/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Huawei şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Huawei şirkətinin baş vitse-prezidenti ilə görüşüb
18.03.2017 [11:09]
Martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Lin ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı Ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirib, Huawei şirkətinin Azərbaycandakı fəaliyyətinə 2002-ci ildə Naxçıvandan başladığını və ötən dövrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Həyata keçirilən qarşılıqlı layihələrdən razılığını bildirən Ali Məclisin Sədri imzalanacaq yeni müqavilənin də bu baxımdan əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikasında yeni innovasiyaların tətbiqindən danışan Ali Məclisin Sədri muxtar respublikanın bütün ərazisinin sürətli internetlə təmin olunduğunu, dördüncü nəsil mobil rabitə şəbəkəsinin fəaliyyət göstərdiyini, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində rabitə və yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlandığını qeyd edib.
Ali Məclisin Sədri naxçıvanlı tələbələrin Çində “Huawei” şirkətinin yay təlim məşğələlərində iştirakından məmnunluğunu ifadə edib, Naxçıvan Muxtar Respublikası ilə Huawei şirkəti arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Huawei şirkətinin baş vitse-prezidenti Ami Lin Naxçıvana səfərindən və keçirilən görüşdən böyük məmnunluq duyduğunu bildirib. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının onda böyük təəssürat yaratdığını diqqətə çatdıran Ami Lin xüsusilə yeni texnologiyaların tətbiqi sahəsində görülən işləri yüksək qiymətləndirib. Dünyanın ən böyük telekommunikasiya şirkətlərindən olan Huawei ilə Naxçıvan Muxtar Respublikası arasında ötən 15 ildə səmərəli əməkdaşlığın qurulduğunu qeyd edən qonaq yeni texnologiyaların iqtisadi inkişafdakı əhəmiyyətinə toxunub, Huawei şirkətinin muxtar respublika ilə əməkdaşlığa bundan sonra da mühüm əhəmiyyət verəcəyini bildirib.
Görüşdən sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyaları Nazirliyi ilə Huawei şirkəti arasında “Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində telekommunikasiya şəbəkəsinin yeni nəsil telefon stansiyaları ilə əvəz edilməsi” haqqında müqavilə imzalanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

