YAP bələdiyyə seçkilərində ənlayiqli namizədlərlə təmsil olunacaq
25.06.2009 [10:03]
Dünən YAP Nərimanov rayon təşkilatında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar müşavirə keçirilib. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək seçkilərə hazırlıqla bağlı məlumat verib. “YAP Nərimanov rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq ərəfəsindədir. Bələdiyyə seçkilərinə hazırlıqla bağlı rayon təşkilatının iş planı təsdiqlənəcək və “Bələdiyyə seçkiləri üzrə Seçki Qərargahı” fəaliyyət göstərəcək. Rayon təşkilatının fəal üzvləri bələdiyyə seçkilərində müşahidəçi və məşvərətçi qismində iştirak edəcəklər” deyə T.Tağıyev vurğulayıb.
Nərimanov bələdiyyəsinin sədri Hüseyn Cəfərov ölkəmizdə yerli özünüidarə orqanlarının inkişaf etdiyini bildirib. Bələdiyyələrlə bağlı qanunvericiliyin də təkmilləşdirildiyini deyən H.Cəfərovun sözlərinə görə, bu amil onların fəaliyyətinə xeyli müsbət təsir edir. O, qeyd edib ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Nərimanov bələdiyyəsi rayonun abadlıq və quruculuq işlərində yaxından iştirak edir. H.Cəfərov 18 bələdiyyə üzvündən 14-nün YAP-ın üzvü olduğunu da vurğulayıb.
Partiyanın gənc üzvü Dürdanə Əliyeva cəmiyyətdə gənclərin mövqeyindən danışıb. Onun sözlərinə görə, YAP-ın sıralarında güclü intellektə malik olan gənclər ordusu birləşib. Hər bir seçkidə isə gənclərin potensialından səmərəli istifadə olunur.
Daha sonra YAP Nərimanov rayon təşkilatının fəalları Zakir Abbasov və Həqiqət Məmmədova çıxış edərək Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. çıxış edənlər hakim partiyanın bütün siyasi proseslərin önündə getdiyini qeyd ediblər.
Millət vəkili Əhməd Vəliyev çıxışında vurğulayıb ki, ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda bütün sahələr üzrə nəzərəçarpacaq inkişaf müşahidə edilir. Millət vəkili, həmçinin, ölkədə keçirilən seçki proseslərinə diqqət yönəldərək, bələdiyyə seçkilərinin də demokratik, şəffaf, seçicilərin yüksək fəallığı şəraitində keçiriləcəyinə əminliyini bildirib. Onun fikrincə, seçki kampaniyası zamanı layiqli insanların bələdiyyələrə namizədliyi irəli sürülməlidir.
YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev isə çıxışında qeyd edib ki, rayonun siyasi proseslərdə rolu daha da gücləndiriləcək və YAP Nərimanov rayon təşkilatının imkanları genişlənəcək. “Biz rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını bundan sonra da yerinə yetirməyə çalışacağıq” deyə A.Fərzəliyev vurğulayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu ilin dekabrında çox əhəmiyyətli olan siyasi kampaniya - yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Azərbaycanda 2008-ci ilin sonunda və 2009-cu ilin əvvəllərində çox mühüm iki siyasi kampaniyanın keçirildiyini qeyd edən YAP İcra katibi hər iki seçkidə xalqın fəal iştirak etdiyini və vətəndaşların yekdilliklə davamlı islahatlara səs verdiklərini vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı 1993-cü ildən başlayaraq həyata keçirilən siyasətin onların yüksək həyat şəraitinin təmin edilməsinə və firavanlığına xidmət etməsini dəyərləndirərək bütün seçkilərdə bu davamlı islahatları dəstəkləyiblər. “ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni iqtisadi siyasət, xüsusilə də neft strategiyası Azərbaycanın siyasi, sosial, iqtisadi inkişafının əsaslı təməllərini yaradıb və respublikamızın dünyada iqtisadi inkişaf tempinə görə lider dövlət olmasını şərtləndirib. Bu və digər yüksək nailiyyətlər onun göstəricisidir ki, Azərbaycanda dövlətin və xalqın maraqlarına, mənafelərinə uyğun siyasət həyata keçirilir və bu siyasət öz mühüm bəhrələrini verir. Bu, özünü ölkəmizin qüdrətinin artmasında, müasirləşməsində, yeniləşməsində, xalqımızın sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasında büruzə verməkdədir. Bu siyasət bir tərəfdən respublikamızın inkişafını əsaslandırır, digər tərəfdən isə Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsinə, imicinin yüksəlməsinə təsir göstərmiş olur. Bu sürətli inkişaf dinamikası ölkəmizin, xalqın həyatında yaranan mühüm dəyişikliklərin baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərməkdədir və vətəndaşlar da məhz bu siyasi sabitliyi, müsbət dinamikanı nəzərə alaraq keçirilən bütün seçkilərdə öz müsbət fikirlərini ifadə edirlər. Azərbaycan vətəndaşları həyata keçirilən bu siyasəti, həmin siyasəti həyata keçirən Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəkləyirlər”.
Hər bir seçkinin eyni zamanda sınaq olduğunu xatırladan Əli Əhmədov Yeni Azərbaycan Partiyasının indiyə qədər keçirilən seçkilərdən böyük qalibiyyətlə çıxdığını deyib və hakim partiyanın bələdiyyə seçkilərində də böyük üstünlük əldə edərək qalib gələcəyinə əminliyini bildirib: “Bunun üçün çox ciddi əsaslar var. Həyata keçirilən məqsədyönlü və düşünülmüş uğurlu siyasət və ölkə başçısına insanların dərin inamı, bu siyasətin qətiyyətlə müdafiə olunması bu əsasları yaradıb. Eyni zamanda, bu amillərin sırasına Yeni Azərbaycan Partiyasının bütün strukturlarının seçkilərin keçirilməsi ilə əlaqədar gördüyü işləri də əlavə etmək lazımdır”.
Əli Əhmədov partiyanın digər seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də xüsusi hazırlaşdığını bəyan edib. “Biz istər yerli seçkilər olsun, istər parlament, istərsə də prezident seçkiləri, bu kampaniyalara eyni ciddiliklə yanaşmışıq və güman edirəm ki, indiyədək keçirilmiş seçkilərdə qazandığımız yüksək nailiyyətlər həm də bununla əlaqədardır. Bələdiyyə seçkilərində də yenə yüksək nailiyyətlər və nəticələr əldə etmək niyyətini qarşımıza məqsəd kimi qoymuşuq. Hesab edirəm ki, bu niyyətlərə çatmaq üçün bələdiyyə seçkilərinə eyni ciddilik və məsuliyyətlə yanaşmalıyıq. Bu halda biz qarşımıza qoyduğumuz məqsədlərə çata bilərik”.
Onun fikrincə, seçkilərin keçirilməsinə yarım il qalmasına baxmayaraq, YAP respublikamızın bütün bölgələrində seçkilərə partiyadaxili hazırlığa start verib. Ə.Əhmədov YAP-ın bütün üzvlərinin irəli sürülmüş namizədlərin böyük təbliğatçısına çevrilməli olduğunu da vacib məsələ kimi vurğulayıb. Onun sözlərinə görə, hazırda ölkə üzrə bələdiyyə üzvlərinin 60 faizi YAP-ı təmsil edir: “Amma son beş il ərzində ölkədə həyata keçirilən quruculuq işləri, sürətli inkişaf onu deməyə əsas verir ki, qarşıdan gələn seçkilərdə uğurumuz daha böyük olacaq. İnanırıq ki, YAP-ın irəli sürdüyü namizədlər hər bir bələdiyyə ərazisində insanlar arasında böyük nüfuza və yüksək siyasi fəallığa malik layiqli şəxslərdən ibarət olacaq. Təbii ki, vətəndaşlar da onları dəstəkləyəcəklər”.
Nərimanov rayon seçicilərinin indiyədək keçirilən bütün seçkilərdə xüsusi fəallıq nümayiş etdirdiyini xatırladan Əli Əhmədov, onların yerli özünüidarəetmə orqanlarına seçkilərdə də ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu ifadə edib.
YAP-ın Sədr müavini, həmçinin, Nərimanov rayonunda həyata keçirilən quruculuq işlərini təqdir edərək vurğulayıb ki, bütün bunlar əhalinin rifahının yüksəlməsinə xidmət edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
