/ / Azərbaycan-Qazaxıstan dostluğu Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyə, inkişafa və təhlükəsizliyə xidmət edir
Azərbaycan-Qazaxıstan dostluğu Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyə, inkişafa və təhlükəsizliyə xidmət edir
24.02.2017 [09:34]
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Qazaxıstan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasına həsr olunan “dəyirmi masa” keçirilib
Dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında Qazaxıstan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasına həsr olunan “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”nı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu açaraq dost Qazaxıstan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini çox əlamətdar hadisə kimi səciyyələndirib. O deyib: “Azərbaycanın strateji müttəfiqi olan Qazaxıstan ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Əlbəttə ki, bu hadisə bizi sevindirir. Çünki Qazaxıstanla Azərbaycanın strateji münasibətləri var. Bizi qazax xalqı ilə bir sıra dəyərlər - dil, ortaq mədəniyyət, etnik köklər və ümumi siyasi keçmiş birləşdirir. Hazırkı mərhələdə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev arasında dostluq münasibətləri formalaşıb və bu münasibətlər, əlbəttə ki, xalqlarımızın tarixi ənənələrindən qaynaqlanır. Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə eyni müvəffəqiyyətlə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib və 2012-2013-cü illərdə iki dəfə bu təşkilata böyük uğurla sədrlik edib. Bu gün isə artıq mötəbər quruma sədrlik hüququnu Qazaxıstan qazanıb. Biz dost ölkənin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini alqışlayırıq”.
Sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Darxan Kuşurbayev BMT Baş Assambleyasının iclasında Qazaxıstanın 2017-2018-ci illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü ifadə edib. D.Kuşurbayev deyib: “Qazaxıstan BMT TŞ-yə sədrliyi dövründə beynəlxalq ictimaiyyətin diqqətini nüvə silahından, müharibələrdən və münaqişələrdən azad dünya qurmaqla bağlı təşəbbüslərə cəlb etmək niyyətindədir. 2017-2018-ci illərdə Qazaxıstanın real imkanları olacaq ki, bu istiqamətdə TŞ-nin işinə öz töhfələrini versin. Eyni zamanda, Qazaxıstan milli maraqların, eləcə də Mərkəzi Asiya regionu ölkələrinin sülh və təhlükəsizlik məsələlərinin təmin olunmasına çalışacaq. Qazaxıstanın BMT TŞ-yə üzv olması bizə imkan verir ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına dair Prezident Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 70-ci sessiyasında, eləcə də Nüvə Təhlükəsizliyi Sammitində səsləndirilən sülhməramlı təşəbbüsləri reallaşdıra bilək. Həmçinin ölkəmiz BMT çərçivəsində Əfqanıstanda sülhün təmin olunması məsələlərinə dair müzakirələrin təşkil olunması, müştərək layihələrin həlli məqsədilə donorların cəlb olunması məsələlərini də gündəmə gətirməyə səy göstərəcək”.
“Dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov da BMT TŞ kimi nüfuzlu bir qurumun qeyri-daimi üzvü seçilməsi münasibətilə dost ölkənin xalqının və dövlətinin ünvanına xoş sözlərini ifadə edib. Elman Nəsirov vurğulayıb: “Qazaxıstanın adı çəkiləndə hər bir azərbaycanlının qəlbində rəğbət hissi yaranır. Bu da təsadüfi deyil. Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Qazaxıstan dost və qardaş ölkə olduğunu həmişə təsdiqləyir. Məlumdur ki, işğalçı Ermənistan Avrasiya İqtisadi Birliyinə Dağlıq Qarabağdakı qondarma separatçı rejimlə getmək istəyirdi. Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev isə qətiyyətlə bildirib ki, Ermənistan heç bir halda Avrasiya İqtisadi Birliyinə separatçı rejimlə birlikdə daxil ola bilməz. Azərbaycan-Qazaxıstan dostluğu həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada sabitliyə, inkişafa və təhlükəsizliyə xidmət edir”.
“Dəyirmi masa”da söz alan Milli Məclisin deputatı Aydın Hüseynov Qazaxıstanın BMT TŞ-nin 2017-2018-ci illərdə qeyri-daimi üzvü seçilməsinin bu ölkə üçün böyük siyasi, diplomatik qələbə olduğunu bildirib. İki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən bəhs edən millət vəkili bildirib ki, Qazaxıstanla Azərbaycan yalnız siyasi platformada deyil, eyni zamanda, iqtisadi müstəvidə də ortaq maraqlara malikdirlər. Respublikamızın moderatorluğu ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərbi birləşdirən ən böyük nəqliyyat dəhlizidir. Azərbaycan Uzaq Şərqə, Çinə çıxış yolunu Qazaxıstan vasitəsilə görür, eyni zamanda, bəhs olunan layihənin reallaşdırılması ilə dost ölkənin Avropaya iqtisadi baxımdan sərfəli çıxışı təmin ediləcək. Millət vəkili onu da əlavə edib ki, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən iki ölkənin coğrafi mövqeyi və iqtisadi potensialı yalnız bir-biri üçün deyil, eyni zamanda, bütövlükdə, Avropanın və Asiyanın iqtisadi əlaqələrinin möhkəmlənməsi, inteqrasiyanın dərinləşməsi üçün çox önəmlidir.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, Qazaxıstanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi yalnız Qazaxıstan üçün deyil, həmçinin bu ölkənin dostları, o cümlədən də Azərbaycan üçün çox önəmli hadisədir: “Eyni zamanda, bizim Qazaxıstanın BMT TŞ-də fəaliyyətindən müəyyən gözləntilərimiz də var. Məlumdur ki, indiyədək Qazaxıstanın dövlət başçısı Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çox həssaslıqla yanaşıb. Ümid edirik ki, Qazaxıstan BMT TŞ-yə sədrlik edəcəyi dövrdə də dünyada həll olunmamış münaqişələri, o cümlədən də Dağlıq Qarabağ problemini diqqət mərkəzində saxlayacaq və ədalətin bərqərar olmasına yönələn yeni təşəbbüslərlə çıxış edəcək”.
“Dəyirmi masa”da çıxış edən “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev vurğulayıb ki, Qazaxıstan öz nümunəsi ilə həm regional əməkdaşlığın dərinləşməsinə, həm də qlobal təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verən bir ölkədir. O deyib: “Bu günlərdə Münxen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə Rusiya arasında məlum səbəblərdən gərginləşən münasibətlərin istiləşməsinə, iki ölkənin əlaqələrinin bərpa olunmasına Qazaxıstanın dövlət başçısının da öz dəstəyini verdiyini bildirib. Biz başqa belə nümunələr də çəkə bilərik. Bax elə bu kimi amillər də beynəlxalq birlikdə bu ölkəyə dərin etimad qazandırıb. Qazaxıstanın 138 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi də bu etimadın növbəti təcəssümüdür. İnanırıq ki, Qazaxıstanın BMT TŞ-nin sədri kimi fəaliyyəti dövründə qəbul edəcəyi mühüm qərarlar dünyada təhlükəsizliyin təmin olunmasına yeni töhfələr verəcək”.
Politoloq Fikrət Sadıqov da Qazaxıstanla Azərbaycanı bir sıra ortaq dəyərlərin birləşdirdiyini və bu iki dövlətin, iki xalqın bir-birinə çox yaxın olduqlarını diqqətə çatdırıb. Bu il iki ölkə arasında diplomatik münasibətlər qurulmasının 25 ilinin tamam olacağını deyən F.Sadıqov ötən müddətdə çox əlamətdar hadisələrin baş verdiyini nəzərə çatdırıb.
“Dəyirmi masa”da çıxış edən “Dədə Qorqud” fondunun prezidenti, “Azərbaycan dünyası” Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov Qazaxıstanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini bütövlükdə Türk dünyasının böyük uğuru kimi dəyərləndirib. O, Qazaxıstanın uğurlarının əldə olunmasında güclü lider kimi bu ölkənin dövlət başçısı Nursultan Nazarbayevin böyük rol oynadığını deyib.
Müzakirələrə qatılan siyasi icmalçı İlqar Vəlizadə son beş ildə iki türkdilli dövlətin BMT TŞ kimi nüfuzlu qurumun qeyri-daimi üzvü seçilməsinin olduqca əlamətdar hadisə olduğunu bildirib. İ.Vəlizadə xüsusi olaraq vurğulayıb ki, həm tarixi amillər, həm də müasir reallıqlar baxımından Azərbaycanla Qazaxıstanı ortaq məxrəcə gətirən dəyərlərin əhatə dairəsi kifayət qədər genişdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

