Parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir
18.02.2017 [10:22]
Milli Məclisdə parlament-media əlaqələri müzakirə olunub
Dünən Azərbaycan parlamentində Milli Məclisin, Mətbuat Şurasının və media qurumlarının rəhbərlərinin birgə iştirakı ilə media-parlament əlaqələri müzakirə edilib. Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, qəzet, informasiya agentlikləri, informasiya portallarının rəhbər şəxsləri iştirak ediblər.
Əvvəlcə media nümayəndələri Milli Məclisin inzibati binası ilə tanış olublar. Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova parlament və media əlaqələrindən danışıb. B.Muradova bildirib ki, parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir: “Azərbaycan demokratik cəmiyyət quruculuğu ilə inkişaf edən bir ölkədir. Biz qısa bir müddətdə çox böyük uğurlar əldə etmişik və uğurlarımızın bir çoxu da mətbuat sahəsinə aiddir. Milli mətbuatımızın yaranması, onun təşəkkül tapması, inkişaf etməsi, demokratik cəmiyyətin tələblərinə uyğun şəkildə formalaşması, bu sahədə qanunvericilik bazasının yaranması, qanunların aliliyinin təmin olunmasındakı iştirakı, gündəlik ictimai-siyasi vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın hədəfləri - bütün bunlarla bağlı mətbuatımız üzərinə düşən vəzifəni zaman-zaman müəyyənləşdirib, müəyyən vaxtda üzləşdiyi çətinlikləri dəf edib. Mətbuatımız demokratik ənənələrin yaranmasında, qurulmasında özünəməxsus rol oynayıb, ölkəmizə bu sahədə tanınmış simalar bəxş edib”.
Vitse-spiker qeyd edib ki, Azərbaycan dövləti mətbuatın rolunu yüksək dəyərləndirir: “Bu prosesdə öz yerini tutmağa çalışan mətbuat nümayəndələrinin işi yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir. Ulu öndər Heydər Əliyev mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkişafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırkı mərhələyə gəlib çıxıb”.
B.Muradovanın sözlərinə görə, Milli Məclisin deputatları da, jurnalistlər də xalqın hüquqlarını müdafiə edirlər. “Bu illər ərzində mətbuatın nailiyyətləri çoxdur və biz bundan qürur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru-düzgün çatdırılmasında müəyyən problemlər var. Bu görüşün də əsas məqsədlərindən biri mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir”, - deyə vitse-spiker vurğulayıb.
Çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycan mətbuatı milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayb. Onun sözlərinə görə, milli mətbuatımız yarananda orada çalışan mütəfəkkirlər Azərbaycan xalqının inkişaf istiqamətini göstərdilər: “Həmin insanlar XIX əsrin sonlarında Azərbaycan xalqının müstəqil yaşaması ideyasını meydana gətirdilər və sonra Cümhuriyyət qurularkən müxtəlif vəzifələr tutdular”.
Ə.Amaşov deyib ki, milli azadlıq hərəkatında da mətbuat mühüm rol oynadı: “Hazırda ölkəmizdə 40 gündəlik, 250-yə qədər həftəlik qəzet, bir o qədər də elektron mətbuat fəaliyyət göstərir. Bu gün Azərbaycanda mətbuat tam müstəqildir, azad fəaliyyət göstərir, dövlət hər zaman Azərbaycan mətbuatının yanında olub. Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır. Hər zaman xalqımızın, dövlətimizin milli maraqlarından çıxış edir, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”.
“Azərbaycanda mətbuata dövlət qayğısının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli liderimiz tərəfindən dövlət-mətbuat münasibətlərinin düzgün qurulması istiqamətində mühüm addımlar atılıb”. Bu fikirləri isə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib. B.Quliyev bildirib ki, bu amil dövlət-mətbuat münasibətlərinin sağlam prinsiplər əsasında inkişafında xüsusi rol oynayıb. Onun sözlərinə görə, hazırda bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Cənab Prezident dəfələrlə kütləvi informasiya vasitələrinin rəhbərləri, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb, mətbuatla bağlı tənqidlərini, tövsiyələrini birbaşa özü səsləndirib, eləcə də bu sahədə olan problemlərlə şəxsən maraqlanıb. Məhz dövlət-mətbuat münasibətlərinin düzgün tənzimlənməsinin nəticəsidir ki, bu gün qanunvericilik orqanı olan parlamentdə belə bir görüş keçirilir. Mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. Parlamentdə KİV nümayəndələri ilə görüşün keçirilməsi çox müsbət haldır. Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq, ümummilli məsələlərdə biz eyni mövqedən çıxış etməliyik. Xüsusilə, Qarabağ problemi, o cümlədən Xocalı soyqırımı ilə əlaqədar birlik nümayiş etdirməli və Azərbaycanın səsini dünyaya çatdırmalıyıq”, - deyə B.Quliyev vurğulayıb. Baş redaktor həmçinin qeyd edib ki, bəzən mətbuatda ayrı-ayrı millət vəkilləri tənqid olunur: “Bu tənqidlərdən çəkinmək lazım deyil. Çünki sağlam tənqid hər bir kəsin öz işini daha yaxşı qurması üçün müsbət rol oynayır. Eyni zamanda, deputatlar aktual mövzularla əlaqədar jurnalistlərlə fəal əməkdaşlıq etməli, mətbuatın suallarından yayınmamalıdırlar”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında parlamentdə jurnalistlər üçün yaradılan şəraitdən razılıq ifadə edib. O, KİVDF-nin yaradılmasını dövlətin mətbuata böyük dəstəyi kimi dəyərləndirib.
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yarandığı vaxtdan yalnız çap mediasına maliyyə dəstəyi göstərir”. Bu fikri Fondun icraçı direktoru Vüqar Səfərli deyib. V.Səfərli bildirib ki, hazırda 33 qəzet KİVDF-dən maliyyə dəstəyi alır. Onun sözlərinə görə, Fond dövlət büdcəsindən maliyyələşir və büdcə parlament tərəfindən qəbul olunur.
“2017-ci ilin dövlət büdcəsində KİVDF üçün ayrılan vəsaitin məbləği azalmayıb. Hətta ötən il Milli Mətbuat Günündə gündəlik qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon manat da ayrıldı. Təbii ki, elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq”, - deyə V.Səfərli qeyd edib.
O bildirib ki, elektron mediaya ayrılacaq vəsait bütün portallara şamil edilməyəcək: “Elektron mediaya maliyyə ayrıldıqda, hesab etmirəm ki, bütün portallar bundan yararlana biləcəklər. Çünki bu gün xəbər portallarının əksəriyyəti bir-birindən köçürərək fəaliyyət göstərir. Belə olan halda, onlara nə ehtiyac var? Lakin elə saytlarımız da var ki, onlar bir neçə dildə fəaliyyət göstərir, həqiqətlərimizin dünyaya çatdırılmasında xidmətlərə malikdirlər. Təbii ki, ilk növbədə belə saytlar maliyyələşəcək. Hər gün saysız-hesabsız portallar yaranır. Elə adam var ki, onun 10-12 saytı var. Bu, o demək deyil ki, dövlət onların hamısına dəstək göstərəcək. İlk növbədə xarici dildə yayımlanan saytlara dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək”.
“İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, bu görüş parlament-media münasibətlərində yeni mərhələnin başlanğıcıdır. İctimaiyyət tərəfindən Milli Məclisin, deputatların fəaliyyətinə böyük önəm verildiyini deyən baş redaktor qeyd edib ki, bu səbəbdən bəzən kiçik elementlər daha geniş şəkildə ictimailəşir: “Bəzən isə deputatların fikirlərinə bəzi mətbuat orqanlarında qərəzli yanaşma olur. Azərbaycanın KİV haqqında çox mütərəqqi qanunu var. Amma elektron media orqanlarına bu qanun bir o qədər də şamil olunmur. Buna görədir ki, bəzi şəxslər 10-12 sayt təsis edirlər. Hesab edirəm ki, bununla bağlı qanunda hüquqi əsaslar əksini tapmalıdır”.
Çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, parlamentlə mətbuat arasında fəal əməkdaşlıq mövcuddur. Onun sözlərinə görə, Milli Məclis bu əməkdaşlığın daha da gücləndirilməsində maraqlıdır: “Milli Məclisdə baş verən proseslər, tədbirlər, görüşlər qurumun saytında dərc olunur. Ona görə də KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi, Aparatı media ilə dostluq etmək niyyətindədir”.
S.Mirzəyev həmçinin KİV təmsilçilərinin bir sıra suallarını da cavablandırıb.
Tədbirdə digər çıxış edənlər də parlament-media münasibətlərinə dair fikirlərini bildiriblər.
Sonda vitse-spiker Bahar Muradova görüşdə səsləndirilən təkliflərə münasibət bildirib. O, bu görüşün hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

