Milli Məclisdə ailə institutunun formalaşması məsələləri müzakirə olunub
17.02.2017 [10:18]
Fevralın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantını giriş sözü ilə açan parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, tədbirdə ailədaxili münaqişələrin yaranma səbəbləri və həlli yolları, sağlam ailə modelinin, ailə institutunun formalaşmasında adət-ənənələrin rolu, mövcud qanunvericiliyin ictimaiyyət arasında təbliği və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Aqiyə Naxçıvanlı deyib ki, ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına və inkişafına çalışır. Ailə inkişaf etdikcə ailə münasibətləri də mürəkkəbləşir, münasibətlərin müxtəlif təzahürləri meydana çıxır. Ailədaxili münaqişələr bütün ailə üzvlərinə, o cümlədən qohumlara, ümumilikdə cəmiyyətə mənfi təsir göstərir. Burada əsas məsələ münaqişəli münasibətlərin vaxtında, düzgün təhlil edilməsi, onları doğuran səbəb və nəticələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır.
Komitə sədri diqqətə çatdırıb ki, ölkəmizdə ailə, qadın və uşaq hüquqları ilə bağlı mövcud qanunvericilik aktlarında ailə üzvlərinin hüquq və vəzifələri təfsilatlı şəkildə əks olunur.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda güclü ailə siyasəti həyata keçirilir və bu sahədə mükəmməl qanunvericilik bazası yaradılıb. Qeyd edilib ki, ailə məsələləri ilə bağlı problemlər bütün dünyada mövcuddur. Bu gün qloballaşan dünyada Azərbaycan da digər ölkələr kimi müsbət hallarla yanaşı, müəyyən mənfi təsirlərə də məruz qalır. Ailə problemlərinin həllinə xüsusi diqqət yetirilir. Bu gün ailə institutunun hərtərəfli inkişafı, ailə dəyərlərinin qorunması, ailədaxili problemlərin aradan qaldırılması cəmiyyətin diqqət yetirdiyi vacib məsələlərdir.
“Dəyirmi masa”da Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva “Sosial amillərin psixi sağlamlığa təsiri” mövzusunda çıxış edib. O, psixi xəstəlikləri doğuran amillər, o cümlədən ailədaxili münaqişələr və bu səbəbdən uşaqlarda psixoloji problemlərin yaranmasına diqqət çəkib. Məruzəçi bu halların aradan qaldırılmasının yolları, bu istiqamətdə müxtəlif məzmunlu proqramların hazırlanmasının vacibliyi barədə danışıb.
Müzakirələr zamanı deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və digər aidiyyəti qurumların nümayəndələri ailədaxili münaqişələrin psixoloji xüsusiyyətləri, onların hüquqi aspektləri, evlilik həyatında ən çox yaşanan problemlər, boşanmalara aparan yol, qeyri-rəsmi nikahların ağır nəticələri, övladlığa uşaq götürmək, himayəçiliklə bağlı çətinliklər və digər məsələlər barədə fikirlərini açıqlayıblar.
Çıxışlarda milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanması və möhkəmləndirilməsinin əhəmiyyəti haqqında danışılıb. Bunun üçün ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması istiqamətində dövlət proqramlarının həyata keçirilməsinin önəmli olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

