AŞPA-nın qış sessiyasında Azərbaycanın multikultural dəyərlərindən danışılıb
28.01.2017 [10:44]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında sərbəst müzakirələr zamanı Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova çıxış edərək bildirib ki, bu gün dünya ictimaiyyəti çox ciddi problemlərlə üzləşir. Bir tərəfdən, qlobal iqtisadi böhranın dövlətlərin iqtisadiyyatına vurduğu ağır zərbələrin fəsadları hələ də aradan qaldırılmayıb. Bu, eyni zamanda, ictimai münasibətlər və sabitliyin təmin olunmasında çətinliklər ortaya çıxarır. Digər tərəfdən, qlobal terror dalğasının genişlənməsi və artıq bu təhlükənin hamımızı ciddi şəkildə narahat etməsi kifayət qədər düşündürücüdür. Ötən il ərzində Avropanın bir sıra şəhərlərində baş vermiş qanlı terror olayları da bir daha sübut etdi ki, heç kəs belə təhdidlərdən sığortalanmayıb.
Komitə sədri qeyd edib ki, miqrantların sayının durmadan artması da ciddi sosial problemlərlə müşayiət olunur: “Bizi narahat edən digər bir məqam bu gün bəzi dairələrin məqsədli şəkildə İslam dinini terrorla yanaşı tutmalarıdır. Əlbəttə, heç bir din terroru dəstəkləyə bilməz. Müqəddəs dinlər insanlara sülh və barışı, xoş münasibəti təlqin edir və bu gün heç bir dinlə əlaqəsi olmayan terroru şiddətlə qınayır”.
Onun sözlərinə görə, Azərbaycan dövləti bütün millətlərin və dinlərin nümayəndələrinə qayğı ilə yanaşır, hər kəsə eyni hüquqları təmin edir. Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir: “Azərbaycan, eyni zamanda, İslam dəyərlərinin də qorunması, inkişaf etdirilməsi və yaşadılması istiqamətində ardıcıl tədbirlər görür. Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu il çərçivəsində görüləcək tədbirlər dünyada İslamı terror dini kimi təqdim etməyə çalışan məqsədli qüvvələrə qarşı da əsaslı cavab olacaq, İslamın əsl mahiyyəti üzrə sülh və barış dini təqdimatına töhfə verəcək. Şübhəsiz ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə də töhfəsini verəcək. Bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Buna paralel olaraq, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək”.
Deputat deyib ki, Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edib. Bu il isə IV İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək. Bu, yalnız idman hadisəsi deyil. Bakı şəhəri 2 ildə həm Avropanın, həm də İslam dünyasının ən böyük idman tədbirini təşkil etməklə xoş məramını göstərir. Bu, Azərbaycan xalqının tarixi dəyərlərinin, bugünkü reallıqlarının diktə etdiyi həqiqətdir. Azərbaycan dinlərin, mədəniyyətlərin qovuşduğu, fərqli dünyagörüşlərinin uzlaşdığı, müxtəlif millətlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkədir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37

