/ / Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsi beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir
Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsi beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir
24.01.2017 [10:01]
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi və bunun Minsk prosesinə təsiri haqqında bəyanatında əks olunub.
Bəyanatda deyilir ki, qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Dağlıq Qarabağ regionu onun bir hissəsi olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edib və xüsusilə beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipini və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini bir daha vurğulayaraq işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
ATƏT-in Minsk Konfransının sədri Mario Rafaelli 1993-cü ilin iyulunda verdiyi bəyanatda bildirmişdi ki, bu yaxınlarda zor gücünə ələ keçirilmiş ərazilərin dərhal azad edilməsi sülh danışıqlarının irəliləməsini təmin edəcək əsas amildir.
Beləliklə, Azərbaycanın sülh danışıqlarında iştirak etməsində başlıca məqsəd işğalçı Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və işğal altında olan digər torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının təmin olunmasıdır. Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir. ATƏT-in Minsk qrupu və həmsədrlərin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş çərçivədən yayınmaları onlara həvalə edilmiş mandatı pozur və bu, münaqişənin həlli prosesinə ciddi təsir göstərə bilər. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrasına qayıtmalı və bu əsasda hər iki tərəfi substantiv nəticə yönümlü danışıqlara cəlb etməlidir.
Son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin olmaması barədə bir çox bəyanatlar yayılıb. Biz də buna inanmaq istərdik. Sülh prosesinin bu istiqamətə yönəlməsi sual doğurur. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş əsas elementlərə əsaslanırmı? Danışıqlar prosesində irəliləyişə nail olmağa maneə törədən nədir və ATƏT iştirakçı dövlətləri, ümumiyyətlə, sülh məsələsində maraqlıdırlarmı? Əgər cavab müsbətdirsə, o halda nə üçün münaqişənin hərbi yolla həllini görməyənlər sülhün əldə edilməsinə olan maneələrin aradan qaldırılması ilə bağlı Azərbaycan tərəfinin müraciətlərinə məhəl qoymamaqda davam edirlər? Bunlar “münaqişənin hərbi yolu yoxdur” kimi mühakimələr irəli sürülmədən öncə dürüst cavabı tapılmalı olan suallardır.
BMT Təhlükəsizlik Şurası tamamilə aydın şəkildə bəyan edib ki, Azərbaycan ərazilərinə qarşı güc tətbiq edilməsi heç bir halda hüquqi təsir yaratmır. Ermənistanın fəaliyyəti qeyri-qanunidir və beynəlxalq münasibətlərdə hərbi gücdən istifadənin qadağan edilməsi ilə bir araya sığmır, BMT Nizamnaməsi və onun məqsədləri ilə ziddiyyət təşkil edir. Bunlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün, konkret olaraq BMT Nizamnaməsinin 2(4)-ci maddəsinin açıq pozuntusudur.
Gücdən istifadə etməmə prinsipinin işğala əsaslanan status-kvonun dondurulması məqsədilə təhrif edilməsi qəbuledilməz, əks nəticə verən və çox təhlükəli yanaşmadır. Bir dövlət beynəlxalq münaqişənin sülh yolu ilə həll edilməsi kimi öhdəliklərinə etinasız yanaşdığı halda və ondan sonra hüquqazidd şəkildə digər dövlətin ərazilərini işğal etmək üçün gücdən istifadə etdikdə, sülh prosesində irəliləyiş olmadığı və təcavüzkara təzyiq edilmədiyi şəraitdə təcavüzkar dövlətə münasibətdə təcavüzün qurbanı olan dövlətin gücdən istifadə etməməyə dair öhdəliyə riayət etməsini iddia etmək ən azından yersizdir.
Ermənistan Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməklə gücdən istifadə etməmək prinsipini kobud şəkildə pozur, yüz minlərlə azərbaycanlı məcburi köçkünün Azərbaycanın Dağlıq Qarabağ regionu və işğal olunmuş digər 7 rayonundakı öz doğma yurd-yuvasına geri dönməsinə imkan vermir, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməyə yönəlik davamlı səylər göstərir, onların Azərbaycana aid mədəni və tarixi köklərinin əlamətlərini yox edir və öz mənfəəti üçün bu ərazilərdə istismar işi ilə məşğul olur və oranın sərvətlərini talayır. ATƏT-də çox az sayda nümayəndə heyətləri Ermənistanın belə davranışlarından narahatlıq ifadə edib və ondan öz silahlı qüvvələrini işğal etdiyi ərazilərdən çıxarmağı tələb edib.
Buna görə də münaqişənin həlli kontekstində gücdən istifadə etməmək haqqında danışanlar, ilk növbədə, Azərbaycan ərazilərinin hərbi işğalı amilini aradan qaldırmalıdır. Əgər onlar Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına və sülh prosesinə təhdid yaradan digər çoxsaylı çağırışların həllinə qadir deyillərsə, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və istənilən vasitə ilə öz vətəndaşlarını qorumaq hüququ var. Əgər sülh prosesi status-kvonu dəyişməkdə uğursuzluğa düçar olarsa, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi, bizim status-kvonu dəyişmək hüququmuz var.
Gücdən istifadənin nəticəsində meydana çıxan və işğala əsaslanan status-kvo BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz təsbit edildiyi səbəbindən münaqişənin həlli üçün əsas hesab edilə bilməz. Xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə qeyd etdiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və işğal olunmuş digər ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması beynəlxalq ictimaiyyətin tələbidir və heç bir halda güzəşt kimi təqdim edilə bilməz və ya qoşunların çıxarılmasını siyasi məsələlərin həllinə bağlayaraq sövdələşmə predmeti kimi istifadə edilə bilməz. Nazir Elmar Məmmədyarov, həmçinin vurğulayıb ki, həmsədr ölkələr məsələyə tam ciddi yanaşacaqları təqdirdə, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılması təmin olunacaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

