Milli Məclisin payız sessiyası başa çatıb
31.12.2016 [11:27]
Sessiyanın son iclasında millət vəkilləri 25 məsələni müzakirə ediblər
Dünən Milli Məclisin payız sessiyasının son iclası keçirilib. İclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə millət vəkili, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanı 80 illik yubileyi və dövlət başçısı tərəfindən Heydər Əliyev Ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi barəsində məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu günlər ölkə həyatında intensiv dəyişikliklərin baş verdiyini deyib. O, Prezident İlham Əliyevin iqtisadi islahatlarla əlaqədar müəyyən etdiyi tədbirlərin uğurla həyata keçirildiyini bildirib. Z.Səmədzadə deyib ki, təqdim edilmiş qanun layihəsi Azərbaycanın iş adamları, istər dövlət, istər özəl sektor tərəfindən müsbət qarşılanacaq. Komitə sədrinin sözlərinə görə, artıq bir neçə ildir ardıcıl Vergi Məcəlləsində dəyişiklik aparılır. Bu dəyişikliklərin əsas prinsipi vergi güzəştlərinin daha da genişləndirilməsindən, vergi ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasından ibarətdir. 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsində də sahibkarlıq subyektləri üçün kifayət qədər vergi güzəştləri nəzərdə tutulub ki, bu da investisiyanın təşviqi, iqtisadi aktivliyin artırılmasına xidmət edir.
Z.Səmədzadə qeyd edib ki, sənədə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Qanun layihəsinə görə, vergi borcları əsasən iki hissəyə bölünüb. Birinci hissədə vergi ödəyiciləri tərəfindən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin silinməsindən söhbət gedir. İkinci hissədə isə maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla silinməsindən bəhs olunur. Hesablanmış faizlərin 2017-ci ilin yanvar vəziyyətinə əsasən istisnasız olaraq silinməsi təklif olunur. Tərkibindən asılı olaraq maliyyə sanksiyalarının 2017-ci il yanvarın 1-dən məbləğindən asılı olmayaraq, istisnasız şəkildə silinməsi təklif edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 58-ci və digər maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyalarının isə ardıcıl silinməsi nəzərdə tutulur.
Sənədə görə, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borcları vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.
Qeyd edilib ki, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Z.Səmədzadə diqqətə çatdırıb ki, qanun layihəsi 44704 vergi ödəyicisini əhatə edəcək ki, onların 1037-si dövlət sektorunda, 43667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi nəticəsində 386,4 milyon manat məbləğin silinməsi təmin olunacaq. Bunun da 125,5 milyon manatı dövlət, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablaşmalarının qaydalarının pozulmasına görə 6304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətində silinməsi nəzərdə tutulur. Digər maliyyə sanksiyalarının silinməsi ilə bağlı yanvar, fevral, mart ayları ərzindəki ödənişlərinə adekvat olaraq qalan maliyyə sanksiyasının silinməsi nəticəsində 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək. Bu qanun layihəsinin qüvvəyə minməsi nəticəsində 44704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq. Faiz məbləğlərinin silinməsi nəticəsində Bakı şəhəri üzrə 288,3 milyon manat, regionlar üzrə isə 98 milyon manat məbləğin silinməsi təmin ediləcək.
Sonra deputatlar qanun layihəsini qəbul ediblər.
İclasda daha sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında” və “Təhsil haqqında” qanunlara dəyişikliklər məsələsi müzakirə olunub. Qeyd edilib ki, bu dəyişikliklərin məqsədi sözügedən sənədlərin “Reklam haqqında” qanuna uyğunlaşdırılmasıdır. “Orta məktəblərin rusdilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixi ayrı kitablar şəklində tədris olunur. Məgər Qarabağ Azərbaycan tarixi deyil? Rusdilli bölmələrdə Qarabağın tarixinin ayrıca tədris olunması doğru deyil”. Bu fikirləri müzakirələr zamanı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Məsələ ilə bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlərin edildiyini deyən S.Novruzov bu məsələyə aydınlıq gətirilməsinin vacibliyini bildirib.
“Belə çıxır ki, orta məktəblərdə İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu, hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də tədrisin rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib deyə bilərlər ki, Azərbaycanın özündə belə Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan xahiş edirəm ki, məsələ ilə bağlı araşdırma aparılsın”, - deyə S.Novruzov vurğulayıb.
Məsələ ilə bağlı AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib ki, bu hadisə tarix elminə qarşı təxribatdır. Spiker Oqtay Əsədov isə məsələnin araşdırılmasını tapşırıb.
Millət vəkili Məlahət İbrahimqızı isə ona Nəsimi rayonunun bir qrup müəllimi tərəfindən müraciətin edildiyini bildirib. Onun sözlərinə görə, həmin müraciətlərdə orta məktəblərdə qış tətilinin əvvəlki vaxtına keçirilməsi xahiş olunur.
İclasda həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti haqqında”, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, “İcra haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri qəbul edilib. Eləcə də Vergi, İnzibati Xətalar, Mülki, Mülki Prosessual məcəllələrə dəyişiklik edilməsi haqqında qanun layihələri qəbul edilib.
Sonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti təsdiq olunub. Müraciəti vitse-spiker Bahar Muradova oxuyub.
Qeyd edək ki, iclasda millət vəkilləri ümumilikdə 25 məsələni müzakirə ediblər.
Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis payız sessiyası ərzində səmərəli fəaliyyət göstərib. Onun sözlərinə görə, 10 iclasda 195 qanun və qərar qəbul edilib: “Bu dövrdə parlament beynəlxalq əlaqələrini də inkişaf etdirib. Sessiya ərzində Milli Məclisin nümayəndə heyəti 24 ölkəyə 50-dən çox səfər edib. Millət vəkillərimiz bir sıra ölkələrdə parlament, prezident seçkilərini və referendumu müşahidə ediblər. Bu dövr ərzində 40-dan çox xarici dövlətin, beynəlxalq təşkilatların 50-yə yaxın nümayəndə heyəti ölkəmizə səfər etdilər. Bütövlükdə, deyə bilərəm ki, biz 2016-cı ili uğurla başa vurduq. Xalqın maraqları üzərində qurulan siyasətə görə cənab Prezidentə bir daha minnətdarlığımı bildirirəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident İlham Əliyevi və ailəsini Milli Məclis adından təbrik edirəm”.
Spiker Oqtay Əsədov millət vəkillərini də qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Parlamentin payız sessiyası dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00

