S.Markov: Əgər Rusiya liderdirsə, o, Dağlıq Qarabağ problemini həll etməlidir
13.12.2016 [09:36]
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Rusiyanın xarici siyasəti - 25 il” mövzusunda konfrans çərçivəsində Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi tərəfindən təşkil edilmiş “Rusiya ilə Azərbaycan arasında humanitar münasibətlər - 25 il” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”nın moderatoru, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov diskussiyanı açaraq diqqəti ona yönəldib ki, regionun lider ölkəsi olan Rusiya bu məkanda baş verən hadisələrə görə məsuliyyət daşımalıdır. Onun fikrincə, Rusiya öz yaxın qonşuları ilə münasibətlərinə ciddi şəkildə yenidən baxmalı və bu münasibətlər yenilənməlidir. S.Markov deyib: “Əgər Rusiya liderdirsə, o, məsuliyyət daşımalıdır. O, problemləri, o cümlədən Dağlıq Qarabağ problemini həll etməlidir. Bu problem daim havadan asılı vəziyyətdə qalmamalıdır”.
Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və erməni xalqları arasında dialoqa şərait yaradılmasının vacibliyini vurğulayıb.
TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, beynəlxalq və Rusiya Jurnalistlər İttifaqının üzvü Səadət Qədirova öz çıxışında KİV nümunəsində ölkələrimiz arasında humanitar əməkdaşlıq mövzusuna toxunub. Mədəniyyət və incəsənət sahəsində ölkələrimiz arasında qarşılıqlı əlaqələrin intensiv inkişafını qeyd edən S.Qədirova Tretyakov Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini, bu sərginin açılışında Azərbaycanının birinci xanımı Mehriban Əliyevanın iştirak etməsini xatırladıb. Ekspert, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Rusiyanın aparıcı TASS informasiya agentliyi arasında uğurlu əməkdaşlığı vurğulayıb. Lakin politoloqun fikrincə, bu il aprel ayında Ermənistan ilə Azərbaycan arasında cəbhə xəttində baş vermiş son hadisələr KİV sahəsində daha sıx əməkdaşlığın zəruri olmasını bir daha nümayiş etdirdi. S.Qədirova vurğulayıb: “Aprel hadisələri göstərdi ki, biz bu cür çağırışlara hazır deyilik, çünki Rusiya media məkanında informasiya əsasən birtərəfli şəkildə təqdim edilirdi. Həmin dövrdə kifayət qədər ciddi sayılan bəzi KİV-lər hətta birbaşa efirdə səsvermə keçirməyi və “Kim Ermənistanın, kim Azərbaycanın tərəfdarıdır?” tipli suallar verməyi özlərinə rəva görürdü. Halbuki Rusiya bu hadisələrdə kiminsə tərəfini saxlamır, münaqişənin dinc yolla həlli üçün ardıcıl səy göstərirdi”.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Nəcibə Mustafayeva strateji tərəfdaşlıq amili kimi Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlıq barədə danışıb.
D.S.Lixaçov adına Rusiya Elmi-Tədqiqat Mədəni və Təbii İrs İnstitutunun direktor müavini Yevgeni Baxrevski qeyd edib ki, məsələyə sivil yanaşma baxımından Azərbaycan regiondakı üç iri ölkə - İran, Rusiya və Türkiyə ilə tarazlaşdırılmış münasibətlər quran unikal ölkədir. Ekspert deyib: “Azərbaycan hər üç məkanda öz mənliyini tamamilə qoruyub saxlayır. Son vaxtlar bu üstünlükdən öz xeyrinə istifadə etməyə başlayıb. Rusiya, İran və Azərbaycan liderlərinin yaxın vaxtlarda Bakıda keçirilmiş görüşü buna parlaq nümunədir. Ekspertlərin çoxunun fikrincə, Türkiyənin də bu ölkələrə qoşulması və dördtərəfli format yaradılması regionun inkişafı üçün yaxşı perspektivlər açacaq”.
Diskussiyalarda Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova, MDBMİ-nin iqtisadi klubunun elmi rəhbəri, Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov, MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin elmi işçisi Elnur Mehdiyev, “Lider TV”nin Rusiya bürosunun rəhbəri Anar Həsənov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

