/ / Bahar Muradova: Azərbaycanın müdafiə qabiliyyətinin artırılması gələn ilin büdcəsində də əsas prioritet kimi qarşıya qoyulub
Bahar Muradova: Azərbaycanın müdafiə qabiliyyətinin artırılması gələn ilin büdcəsində də əsas prioritet kimi qarşıya qoyulub
10.12.2016 [11:59]
“2017-ci ilin büdcəsi Azərbaycanın gələnilki vəzifələrini yerinə yetirmək üçün mövcud reallıqlara uyğun şəkildə hazırlanıb. Azərbaycanın müdafiə qabiliyyətinin artırılması gələn ilin büdcəsində də əsas prioritet kimi qarşıya qoyulub”. Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, 2017-ci il dövlət büdcəsi xərclərinin 24 faizi milli təhlükəsizliyin, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına ayrılıb. Həmin məbləğ cari illə müqayisədə 2,1 faiz çoxdur.
“2017-ci ildə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı ayrılan vəsait büdcənin 24 faizini təşkil edir ki, bu da ötən illə müqayisədə 2,1 faiz artıqdır. Bu onu göstərir ki, növbəti ildə də Azərbaycan müdafiə qabiliyyətinin gücləndirilməsini əsas prioritet istiqamət kimi qarşıya qoyub. Bu da təsadüfi deyil. Ötən il baş verən hadisələr, xüsusilə də aprel hadisələrindən sonrakı durum, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin müdafiə sahəsini daim diqqət mərkəzində saxlamasını və inkişafını labüd edir. Çünki son nəticədə münaqişənin həllində Azərbaycanın öz gücünə istinad etməli olduğuna inam getdikcə daha da möhkəmlənir. Əlbəttə, bu həm ordunun qüdrətinin gücləndirilməsini, həm bu sahədə çalışan, xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatının, onların maddi və sosial durumunun yaxşılaşdırılmasını, həm də ordunun təminatı və müdafiə sənayesinin inkişafını ciddi şəkildə nəzərdə tutur. Hesab edirəm ki, bu sahədəki nailiyyətlərimiz, beynəlxalq aləmdə, hərbi sursat istehsal edən ölkələr sırasında Azərbaycanın rolunun artması ölkəmizin doğru yolda olduğunu göstərir. Lazım gəldikdə Azərbaycan istehsal etdiyi silah-sursatdan ölkənin ərazi bütövlüyünü və müdafiəsini təmin etmək üçün istifadə edəcək. Azərbaycan Prezidenti İlham Əliyev bütün bunlarla bağlı təmas xəttinə son səfərində də qeyd edib”, - deyə vitse-spiker vurğulayıb.
Qaçqın və məcburi köçkünlərə dövlət qayğısından söz açan Bahar Muradova bu yaxınlarda Füzuli rayonu ərazisində istifadəyə verilən 400 evdən ibarət şəhərcik barədə də fikirlərini bildirib. O qeyd edib ki, həyata keçirilən tədbirlər sayəsində Azərbaycan hazırda qaçqın, köçkün və miqrasiya problemi yaşayan bütün dünyaya çox ciddi bir nümunə kimi göstərilir.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

