/ / Yaponiya radiosu Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş veriliş yayımlayıb
Yaponiya radiosu Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş veriliş yayımlayıb
26.11.2016 [09:28]
Verilişdə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi və OANA-nın XVI Baş Assambleyası barədə də söhbət açılıb
Yaponiyanın “Radio Rainbow town 79.2 FM Tokyo” radiosunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası barədə xüsusi veriliş yayımlanıb.
Verilişin qonaqları - Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər və mərkəzin icraçı direktoru, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması tarixindən, onun qorunması və inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Vurğulanıb ki, ötən dövrdə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Bildirilib ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının reallaşması üçün imkan yaradıb və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin fəaliyyətə başlaması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil olub. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilib, dövlətçilik ənənələri zənginləşdirilib.
Verilişdə Azərbaycanın bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkə olduğu qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikada enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının göstəricisi tikilən yüzlərlə məktəb, yeni tibb müəssisələri, mədəniyyət ocaqları, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir.
Verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib. Bildirilib ki, beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrə baxmayaraq Azərbaycanın ərazi bütövlüyü indiyədək bərpa olunmayıb. Vurğulanıb ki, 25 illik inkişaf yolunun ən parlaq nəticəsi Azərbaycanın, sözün əsl mənasında, artıq tam müstəqil ölkə olmasıdır. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.
Verilişdə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi və OANA-nın XVI Baş Assambleyası barədə də yapon dinləyicilərə geniş məlumat verilib. Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən bu tədbirlərə Azərbaycan rəhbərliyinin xüsusi diqqətlə yanaşdığı, Prezident İlham Əliyevin açılış mərasimində nitq söylədiyi qeyd edilib. Bildirilib ki, dünya xəbər agentliklərinin bu mötəbər tədbirlərinin Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın uğurlarını bir daha təsdiq edir.
Bildirilib ki, dünyanın 130-dan çox nüfuzlu xəbər agentliyinin təmsilçiləri, BMT və UNESCO kimi beynəlxalq qurumların nümayəndələri Azərbaycana toplaşaraq ənənəvi jurnalistikanın gələcəyi baxımından mühüm məsələləri müzakirə ediblər. Tədbirlərdə sosial media və xəbər agentliklərinin gələcəyi ilə bağlı mövzular, jurnalistikanın aktual problemləri diqqət mərkəzində olub. Nüfuzlu media nümayəndələri öz layihələrini təqdim edib, yeni təkliflər irəli sürüblər.
Verilişdə Dünya Xəbər Agentlikləri Konqresinin medianın aktual problemlərinin müzakirəsi üçün nadir platforma olduğu xüsusi qeyd edilib. Bildirilib ki, Bakı Konqresi çərçivəsində xəbər istehsalı və istehlakının gələcəyi, yeni texnologiyaların tətbiqi və sosial medianın çağırışları, xəbər agentliklərinin innovasiyası, jurnalistlərin təlimi, onların qorunması, müasir dövrün tələblərindən irəli gələn digər aktual məsələlərə xüsusi diqqət yetirilib. Konqresin qəbul etdiyi Bakı Bəyannaməsində informasiya agentliklərinin üzləşdiyi müasir çağırışlara və problemlərə münasibətin əks olunduğu diqqətə çatdırılıb.
Verilişdə AZƏRTAC-ın 2016-2019-cu illər ərzində həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik edəcəyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

