Caner Toker: Azərbaycan dövləti və xalqı öz dostlarına yüksək dəyər verir
23.11.2016 [09:32]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü - Türkiyənin Erciyes Universitetinin tələbəsi Caner Tokerin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.
Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini günü-gündən genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi - bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.
Caner Toker: “Bu, Azərbaycana ikinci səfərim idi. İlk dəfə Azərbaycanda beynəlxalq multikulturalizm qış məktəbində iştirak etmişəm. Həmin vaxt Azərbaycanın multikulturalizm modeli məni elə heyran etdi ki, buraya ikinci dəfə gəlmək imkanı yarananda bunu əldən buraxmaq istəmədim. Azərbaycanda olduğum müddətdə burada çoxsaylı xalqların dinc yanaşı yaşamasını öz gözlərimlə gördüm. Hansı dinə etiqad etdiklərindən və hansı etnik qrupa mənsub olmalarından asılı olmayaraq, insanların bir-birinə hədsiz sayğı və sevgiylə yanaşması məni riqqətə gətirdi. Azərbaycanı gəzərkən buranın təbii gözəllikləri ilə yanaşı, insanların qarşılıqlı münasibətində öz əksini tapan mənəvi, mədəni dəyərlərə valeh oldum.
Nicdəki alban-udi xristian məbədindəki toy mərasimi məni çox təsirləndirdi. Orada müxtəlif dinlərin daşıyıcıları və fərqli etnik kökənli insanlar aralarındakı fərqliliyin fərqinə belə varmadan hamısı yeni evlənənlərin xoşbəxt günündə sevinib əylənirdilər. Azərbaycan multikulturalizmini bundan daha yaxşı ifadə edən tablo təsəvvür etmirəm.
Azərbaycana hər səfərimdən sonra bu qardaş ölkəyə sevgim daha da artır. Burda özümü evdəki kimi hiss edirəm.
Türkiyəyə qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarımı dostlarıma, qohumlarıma, ailəmə danışmaqdan doymuram. İstəyirəm ki, onlar da Azərbaycana gəlib bu maddi, tarixi və mənəvi gözəllikləri öz gözləri ilə görsünlər. Arzulayıram ki, özümə dost bildiyim hər kəs bu ölkəyə səfər edib buradakı multikultural, tolerant mühitin, Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olsun. Əminəm ki, Azərbaycana marağı olan hər kəs bu marağın necə tezliklə sevgiyə çevrilməsinə özü də mat qalacaq. Azərbaycana gəlib onu sevməmək, dost olmamaq mümkün deyil. Əminəm ki, buraya bir dəfə səfər edən ikinci dəfə də gələcək.
“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yaranması beynəlxalq multikulturalizm yay və qış məktəbində iştirak edən gənclərin hamısının ürəyindən xəbər verdi. Çünki bu klub Azərbaycan multikulturalizmi, mədəniyyəti, tarixi, adət-ənənələri, Azərbaycan xalqının zəngin mənəviyyatı ilə əyani tanış olan hər kəsin rahatlıqla sözünü deyə biləcəyi ictimai tribunadır. Bu tribuna vasitəsilə qardaş ölkə Azərbaycanın həqiqətlərini bütün dünyaya çatdırmaq, haqq işində ona dəstək olmaq hər bir azərbaycansevərin arzusudur.
Yay məktəbi ərzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bizimlə görüşü mənim üçün xüsusilə yaddaqalan oldu. Həmin görüşdə Dövlət müşaviri unudulmaz fikirlər səsləndirib: “Çox şadam ki, Azərbaycana olan marağınız əyani tanışlıqdan sonra zamanla Azərbaycana sevgiyə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirlərsə, deməli, yanılmamışıq və biz dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan öncəki yay məktəblərinin tələbələrinə olduğu kimi, sizə də ömrünüz boyu dost olmağı təklif edir. Burada hamı sizi çox sevib. Biz sizinlə bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi və biz ömrünüz boyu sizin dostunuz olmağa hazırıq”. Dövlət müşavirinin bu sözləri sübut edir ki, Azərbaycan dövləti və xalqı öz dostlarına yüksək dəyər verir. Belə yüksək dəyər verilən dostlardan biri olduğum üçün fəxr edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

