Meksikanın “Uno Mas Uno” və “El Dia” qəzetləri: Metsamor AES insanlıq üçün təhlükədir
12.11.2016 [01:05]
Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədovanın müəllifliyi ilə bu ölkənin geniş oxucu kütləsinə malik “Uno Mas Uno” və “El Dia” qəzetlərində “Metsamor AES insanlıq üçün təhlükədir” adlı məqalə dərc olunub. Məqalə, eyni zamanda, feysbuk, tvitter və digər sosial şəbəkələrdə 4 milyon 200 min nəfərdən çox izləyicisi olan 20 məşhur jurnalist tərəfindən də paylaşılıb.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə M.Səmədova son dövrlərdə bəşəriyyət üçün yaranan ciddi təhlükələr haqqında müxtəlif səviyyələrdə danışıldığını və ayrı-ayrı peşə sahibləri tərəfindən məsələnin mühüm aspektlərinin geniş təhlil edildiyini bildirir, bütün bunların fonunda dünyanı gözləyən qlobal təhdidlər üzərində düşünmək ehtiyacının yarandığı qənaəti barədə fikirlərini bölüşür. O, bu gün dövrümüzün ən böyük problemlərindən biri olan nüvə təhlükəsizliyindən bəhs edir, atom energetikasının inkişafının bəşəriyyət üçün faydalı olmaqla yanaşı, bu enerji növü ilə ehtiyatsız davranma, ondan qərəzli istifadə, nəzarətsizlik kimi halların çoxsaylı tələfatlara səbəb ola biləcəyindən söhbət açır.
Buna misal olaraq, Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətindən bəhs edən M.Səmədova 1994-cü ildə qəbul olunan, Ermənistanın da qoşulduğu “Nüvə təhlükəsizliyi haqqında” Konvensiyanın 14-cü maddəsində iştirakçı dövlətlərin nüvə qurğuları istismara verilməzdən əvvəl və istismar dövründə qurğunun təhlükəsizliyinin hərtərəfli qiymətləndirilməsinin nəticələri, radiasiya təhlükəsizliyi normativlərinin vəziyyəti barədə hesabatları təqdim etməli olduqları barədə təsbit olunmuş öhdəliklərə imza atdıqlarını bildirir. Buna baxmayaraq, Ermənistan hökumətinin bu tələblərə riayət etməkdən boyun qaçıraraq uzun illər ərzində mənəvi və fiziki aşınmaya məruz qalan bu ölümsaçan obyektin istismarını davam etdirdiyini vurğulayan müvəqqəti işlər vəkili bu gün dünyanın tanınmış nəşrlərində Metsamor AES haqqında çoxlu sayda analitik yazılar dərc olunduğunu diqqətə çatdırır. Daha sonra o, seysmik aktiv ərazidə Çernobılla oxşar, köhnə sovet texnologiyası ilə 1976-cı ildə inşa olunan, qəza zamanı radiasiya sızmalarının qarşısını almaq üçün güvənli soyutma mexanizmi və ya qoruyucu konstruksiyaları olmayan bu obyektin “National Geographic” tərəfindən “Dünyanın ən təhlükəli nüvə stansiyası” adlandırıldığını qeyd etməyin kifayət olduğunu vurğulayır. Eyni zamanda, Ermənistandakı mövcud durumun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırdığını və bu ölkənin dənizə birbaşa çıxışı olmadığı üçün həmin qüvvələrin öz çirkin məqsədləri üçün qonşu Gürcüstan ərazisindən tranzit kimi istifadə etdiklərini diqqətə çatdırır. M.Səmədova cinayətkarlar yaxalanaraq Ermənistana təhvil verilən zaman əksər hallarda onlar haqqında heç bir tədbir görülmədiyi, cəzasızlığın isə insanlıq əleyhinə yeni cinayətlərə şərait yaratdığının təəssüf doğurduğunu qeyd edir.
Yazıda, həmçinin bildirilir ki, radioaktiv materialların davamlı qaçaqçılığı çirkli bomba istehsalı riskini də artırır. Bu da öz növbəsində İŞİD kimi terrorist təşkilatların daha qanlı cinayətləri reallaşdırmasına xidmət edir. Beynəlxalq ekspertlərin araşdırmalarının mətbuatda dərc olunan nəticələrinə istinad edən müvəqqəti işlər vəkili Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayonun nəzarətsiz ərazisində Metsamor AES-in radioaktiv tullantılarının basdırıldığı 29 radiasiya mərkəzinin mövcudluğunu qeyd edərək, bu torpaqlarda canlı həyatın gələcək mövcudluğunun şübhə doğurduğunu bildirir.
Məqalənin sonunda M.Səmədova qlobal təhlükənin qarşısının alınması üçün bu gün beynəlxalq səviyyədə həyəcan təbili çalınmazsa sabah artıq gec olacağını vurğulayır. Bu səbəbdən də dünyanın bütün tərəqqipərvər qüvvələrinə insanlığı təhdid edən bu bəladan qurtulmaq üçün haqq səsini ucaltmalı olduğu barədə çağırış edir.
Xəbər lenti
Hamısına baxİdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23

