/ / Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 31-ci sessiyasında iştirak edib
Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 31-ci sessiyasında iştirak edib
01.11.2016 [09:42]
Təmraz Tağıyev: Tədbirdə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı səmərəli müzakirələr aparılıb
Xəbər verildiyi kimi, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 31-ci sessiyası keçirilib. Sessiyada Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov rayon bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də iştirak edib. Təmraz Tağıyev qəzetimizə müsahibəsində öncə sessiyada müzakirə olunan məsələlər haqqında məlumat verib:
- 19-21 oktyabr tarixlərində Fransanın Strasburq şəhərində Yerli və Regional Hakimiyyətlər Konqresinin 31-ci sessiyası keçirilib. Qeyd edim ki, konqresin işində Azərbaycan nümayəndə heyəti də iştirak edib. Belə ki, ölkəmizi bu tədbirdə Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki milli nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov, nümayəndə heyətinin sədr müavini olaraq mən və Azərbaycan Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov təmsil edib.
Sessiyanın ilk günündən etibarən müxtəlif mövzuları əhatə edən komitə iclasları və plenar iclas keçirildi. Tədbir çərçivəsində üç komitənin prezidenti və vitse-prezidentlərinin seçkisi də baş tutdu. Eləcə də Türkiyədə bələdiyyə sədrlərinin vəziyyəti mövzusunda və bu ölkədə dövlət çevrilişinə cəhdlə bağlı müzakirələr də gündəlikdə olan məsələlər sırasında yer almışdı. Oktyabrın 21-də konqresin 31-ci sessiyası öz işinə yekun vurdu. Bütövlükdə, tədbirdə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı səmərəli müzakirələr aparıldı.
- Səfər çərçivəsində digər ölkələrin bələdiyyə nümayəndələri ilə görüşləriniz oldumu?
- Bəli, belə görüşlər keçirdik. Görüşlər zamanı qarşılıqlı olaraq təmsil etdiyimiz ölkələrdə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi apardıq. Hesab edirəm ki, belə görüşlər xarici ölkələrdə bələdiyyələrin fəaliyyətinin təcrübəsinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Onu da qeyd edim ki, səfər çərçivəsində bir hadisə mənim diqqətimi xüsusi olaraq cəlb etdi. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra Ulu öndər Heydər Əliyev Avropa Şurasına Azərbaycandan hədiyyə olaraq xalça təqdim edib. Həmin xalça təşkilatın binasında hədiyyələr sırasında yer alıb. Xüsusi olaraq vurğulamalıyam ki, Avropa Şurası bu günədək cəmi altı ölkənin hədiyyəsini qəbul edib. Bunlardan biri də məhz Azərbaycandır. Bu, Ulu öndər Heydər Əliyevin şəxsiyyətinin və Onun uzaqgörən siyasətinin dünyadakı nüfuzundan xəbər verir. Mən bundan qürur və fəxarət hissi duydum!
- Təmraz müəllim, Azərbaycanda bələdiyyələrin yaradılmasından 17 ilə yaxın bir vaxt ötür. Bu dövr ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətini necə qiymətləndirmək olar?
- Bu illər ərzində ölkəmizdə bələdiyyələr müəyyən inkişaf yolu keçib, eyni zamanda, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımlar atılıb. Ümumiyyətlə, bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun - bələdiyyələrin fəaliyyəti vacibdir. Eyni zamanda, ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Məsələn, bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün 20-dən artıq qanun qəbul olunub.
Son dövrlərdə isə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, ölkəmizdə bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılması və fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq ölkə qanunvericiliyinə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər.
- İndiyə qədər ölkəmizdə bir neçə bələdiyyə seçkisi keçirilib. Sizcə, son seçkilərdən keçən müddət ərzində onların fəaliyyətində daha hansı yeniliklər özünü göstərir?
- Bildiyiniz kimi, ölkəmizdə bələdiyyə seçkiləri 1999-cu, 2004-cü, 2009-cu və 2014-cü illərdə keçirilib. Son bələdiyyə seçkiləri isə xüsusilə yaddaqalan oldu. İlk növbədə, deyə bilərəm ki, həmin seçkilərə gedərkən Azərbaycanda bu institutun artıq 15 yaşı var idi və müəyyən təcrübə əldə olunmuşdu. Eyni zamanda, bu dəfə kadrların seçilməsi, gənclərə və qadınlara üstünlük verilməsi son seçkilərin daha çox maraq kəsb etməsinə səbəb oldu. Bu gün Azərbaycan bələdiyyələrində qadınların və gənclərin təmsilçiliyi xeyli yüksəkdir. Son seçkilərdə mütəxəssislərin say faizi, ali savadlı insanların bələdiyyələrdə təmsilçiliyi də artdı. Bütün bunlar bələdiyyələrin fəaliyyətində səmərəliliyin artmasına da müsbət təsir göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMEDİA
26 Sentyabr 22:46
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09

