Dünənin, bu günün, sabahın Türkiyəsi
29.10.2016 [10:52]
93 illik Cümhuriyyət dönəmində bir sıra sınaqlardan üzüağ çıxmış Türkiyə xalqı iyulun 15-də öz qəhrəmanlığı ilə Atatürk prinsiplərinə sadiq qaldığını bir daha sübuta yetirdi
Bu gün qardaş Türkiyədə Cümhuriyyət bayramıdır. Bugünkü Türkiyə Cümhuriyyəti məhz 93 il əvvəl Osmanlı imperiyasının qalıqları üzərində, 5 dövlətin işğal ordularına qarşı döyüşdə yüz minlərlə şəhidin verilməsi ilə, amansız çarpışmalarda qələbə qazanılaraq yaradılıb. Xatırladaq ki, 1918-ci ildə Birinci Dünya müharibəsində Almaniya ilə ittifaqda olan Osmanlı imperiyasının torpaqları müharibənin başa çatması ilə müttəfiq Antanta qüvvələri tərəfindən işğal olunmuşdu. Məhz belə bir şəraitdə ölkənin bütünlüyünü qorumaq üçün Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Anadoluda başlayan azadlıq müharibəsi (Qurtuluş Savaşı) qələbə ilə başa çatdı. 1923-cü il, oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyəti elan olundu və Mustafa Kamal Atatürk prezident seçildi.
“Egemenlik kayıtsız şartsız millətindir”, - deyən Mustafa Kamal Atatürk daha sonra Türkiyə Cümhuriyyətini formalaşdıran bir sıra islahatlar həyata keçirib. Məhz buna görə də Türkiyə dövləti və xalqı dahi Atatürkü, onun prinsiplərini hər zaman üstün tutur, bu prinsiplərə sadiq qaldığını sübut edir. Necə ki, bunu cari il iyulun 15-də bir daha təsdiqlədi. Bu barədə bir qədər sonra...
Azərbaycanla Türkiyəni dərin tarixi əsaslara söykənən dostluq və qardaşlıq münasibətləri birləşdirir
Türkiyə Cümhuriyyətinin elanı tarixi haqqında yazarkən bir məqamı da unutmaq olmaz. Bu da “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyənin varolma tarixlərindəki oxşarlıqla bağlıdır. Məsələ burasındadır ki, hər iki dövlətin müstəqilliyi ağır və qanlı savaşlardan keçib. Dahi Mustafa Kamal Atatürk Qurtuluş Savaşına öndərlik etməklə Osmanlı imperiyasının ərazilərinin xarici işğalçılar tərəfindən ələ keçirilməsinin qarşısını alıb və Türkiyə Cümhuriyyətinin əsasını qoyub. Ulu öndər Heydər Əliyev isə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra xarici və daxili düşmənlərin parçalama planlarının mərkəzində dayanan Azərbaycanı yox olmaq təhlükəsindən xilas edərək, müasir, qüdrətli və daim inkişaf edən dövlətin əsasını qoyub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin qurulmasının növbəti ildönümü ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanlanan məktubunda da deyildiyi kimi, Azərbaycan ilə Türkiyəni dərin tarixi, milli köklərdən bəhrələnən möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz müttəfiqliyimizi və birliyimizi bariz şəkildə ifadə edir.
Bəli, bizim xalqlarımızın dostluğu, qardaşlığı çətin sınaqlardan çıxıb və böyük tarixi yol keçib. Çox da uzağa getməyib, ötən əsrin əvvəllərindən etibarən cərəyan edən hadisələrə yenidən nəzər salsaq, dediklərimizin öz təsdiqini tapdığının şahidi olarıq. Məsələn, Çanaqqalada türklərin, türk dövlətçiliyinin ölüm-qalım savaşında qardaşlarına yardıma gedərək şəhid olan azərbaycanlıların, həmçinin 1918-ci ildə Bakını erməni-bolşevik işğalından xilas edərkən şəhid olan türklərin məzarları deyilənləri təsdiqləməklə yanaşı, bu gün iki qardaş xalqı bir-birinə daha da sıx bağlayır.
Həmçinin qeyd etmək yerinə düşər ki, XX əsrdə ikinci dəfə tarixi şərait yarandıqdan və Azərbaycan müstəqillik qazandıqdan sonra bu müstəqilliyi tanıyan ilk dövlət məhz Türkiyə Cümhuriyyəti oldu.
Təsadüfi deyil ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə reallaşdırılan siyasət qardaş dövlətlərin münasibətlərində “Bir millət, iki dövlət” mərhələsinin əsasını qoydu. Bundan əvvəl isə 1992-ci il mayın 28-i iki qardaş xalq və ölkə arasında “Ümid körpüsü” adlı daha bir tarixi dastan yazıldı. Məhz həmin gün o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu öndər Heydər Əliyevin və Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəlin iştirakı ilə Azərbaycan-Türkiyə sərhədində salınan, rəmzi adı “Ümid körpüsü” olan həyati bir layihə reallaşdırıldı.
1999-cu il 17 avqust zəlzələsi türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər sarsıtdı. Məhz həmin günlər, demək olar ki, bütün Azərbaycan xalqı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün ayağa qalxdı. Kimisi evində olan pal-paltarını, kimisi sabahı üçün ehtiyatda saxladığı pulunu, kimisi isə evində olan ərzağını götürüb Türkiyənin Bakıdakı səfirliyinə yollandı.
Məlum olduğu kimi, Qarabağ müharibəsi başlayanda Azərbaycana hər cür yardım edən Türkiyə Ermənistanla sərhədi tamamilə bağlayıb. Eyni zamanda, Türkiyə rəhbərliyinin təmsilçiləri iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər.
Öz növbəsində Azərbaycan rəhbərliyi də beynəlxalq tədbirlər çərçivəsində Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi zamanı qardaş ölkəyə dəstək verir. Məsələn, 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin beş illiyinə həsr olunmuş plenar iclasındakı çıxışı zamanı Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə təmsilçisinin tədbirdə iştirak etməməsindən istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar söyləməsinə və qondarma “soyqırımı” məsələsini qabardaraq heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirməsinə “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” şəklində tutarlı cavab verməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsi kimi tarixə düşdü.
Bu silsilədən növbəti tarixi addım isə cari il martın 15-də atıldı. Məlum olduğu kimi, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının cari ilin fevral ayında Azərbaycanın ikinci böyük şəhəri Gəncədə keçirilməsi planlaşdırılmışdı. Lakin fevralın 17-də Türkiyə paytaxtında törədilən terror aktı Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfərini təxirə saldı. Dövlətlər səviyyəsində əldə edilən razılıq əsasında Şuranın növbəti iclasının mart ayının 15-də Bakıda keçirilməsi razılaşdırıldı. Ancaq martın 13-də Ankara şəhərində növbəti terror aktının törədilməsi, yüzlərlə insanın yaralanması və həyatını itirməsi Türkiyə Prezidentinin bu səfərini də təxirə saldı. Belə bir zamanda Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət və əsl qardaşlıq nümayiş etdirərək, rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə martın 15-də Türkiyəyə səfər etdi. Bununla O, Mustafa Kamal Atatürkün və Ulu öndər Heydər Əliyevin zamanında müdrikcəsinə səsləndirdiyi fikirlərin doğruluğunu yenidən təsdiq etdi. Prezident İlham Əliyevin bu addımını yüksək qiymətləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu addım Azərbaycan və Türkiyənin terrora qarşı bir olduğunu göstərən çox önəmli hadisədir. O, hər kəsin bu qardaşlıq mesajından dərs almasını tövsiyə edib.
Nəhayət, bu il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi zamanı Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev qardaş Türkiyəyə dəstəyi ilə bütün dünyaya nümunə oldu. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mətbuata açıqlamasında da qeyd edildiyi kimi, Prezident İlham Əliyev bütün gecə qardaş Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib. Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib.
Türkiyə xalqı 93 il sonra dövlət və bayraq uğrunda yenidən birləşdi
Həqiqətən də, iyulun 15-də Türkiyə müasir tarixinin ən böhranlı gününü yaşadı. Həmin gün baş verənlər hər hansı siyasi partiyaya və ya şəxsə qarşı deyil, sözün tam mənasında, konstitusion quruluşun devrilməsini hədəfə alan, Türkiyənin çökdürülməsi məqsədinə xidmət edən xainlərin cəhdi idi. Bu baxımdan Türkiyə xalqı bunu çağdaş tarixinin ən mühüm dönüş nöqtələrindən biri olaraq qəbul edir. Çünki həmin tarixdə dövlətçiliyi təhlükə qarşısında qoyan FETÖ terror örgütünə qarşı birlikdə müqavimət göstərən, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövləti qorumaq çağırışı ilə meydanlara çıxan xalq öz müstəqil dövlətini qorudu, 93 yaşlı Türkiyə Cümhuriyyəti isə demokratiya üçün çox ciddi təhlükəni sovuşdurdu.
Həmin müdhiş gecədə zaman-zaman dövlətin bütün qurumlarına sızmış, Türkiyə dövlətinin şah damarları olan strateji qurumlarda belə kök salmış FETÖ terror örgütünün hərbi çevriliş cəhdinin qarşısını öz canları, qanları bahasına alan Türkiyə Cümhuriyyətinin qəhrəman oğul və qızları bununla, eyni zamanda, bir daha təsdiq etdilər ki, Türkiyə xalqı egemenliyin, yəni hakimiyyətin qeyd-şərtsiz millətin olduğunu bəyan edən Atatürkün prinsiplərini hər zaman üstün tutur, bu prinsiplərə sadiq qaldığını sübut edir. Bu da səbəbsiz deyil. Çünki Türkiyə Cümhuriyyəti məhz atatürkçülük ideyaları əsasında dünən var olub, bu gün həmin ideyalar uğrunda çarpışan oğul və qızlarının qəhrəmanlığı hesabına dünyada əsas söz sahiblərindən biri kimi tanınır və bu ideyaların işığında sabah yeni-yeni qələbələr əldə etmək üçün mətin addımlarla irəliləyir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

