Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsi sosialyönümlü olacaq
27.10.2016 [09:53]
Bütün sosial proqramlar dövlət büdcəsində öz əksini tapacaq, eyni zamanda, 2017-2018-ci illərdə yeni təhsil ocaqları, xəstəxanalar və olimpiya mərkəzləri tikiləcək
Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ölkəmizdə sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun bir fenomen kimi tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, işsizliyin aradan qaldırılması diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev respublikamızdakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı qarşıya mühüm vəzifə qoyub. Son 13 ildə respublika üzrə təxminən 1,5 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir.
Respublikamızda əksər sosial proqramlar uğurla icra olunur
Məlumdur ki, hazırda dünyada yaşanan qlobal kataklizmlər fonunda ayrı-ayrı ölkələrdə sosial məsələlərin həllində müəyyən çətinliklər müşahidə olunur - maaşlar, müavinətlər azaldılır, müxtəlif layihələr ixtisara salınır. Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Yeni şəraitdə də ölkəmiz dərin məzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Son illərdə Azərbaycanda nəinki hər hansı bir sosial proqram ixtisara salınmayıb, əksinə, respublikamızda bu sahədə yeni təşəbbüslər irəli sürülüb. Prezident İlham Əliyev ötən ilin son ongünlüyündə baş verən milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Paralel şəkildə əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Son 13 ildə qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Ölkəmizdə dövlət siyasətində sosial sferanın prioritetliyinin gözlənilməsi baxımından 2016-cı ilin arxada qalan 9 ayı da istisna təşkil etməyib. Bəhs olunan dövrdə respublikamızda, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğuladığı kimi, sosial layihələr icra edilib.
Beləliklə, Azərbaycan qlobal mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan indiki şəraitdə də özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev vurğulayıb ki, gələn ilin dövlət büdcəsində də bütün sosial proqramlar öz əksini tapmalıdır: “Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azalmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır”.
Sosial infrastrukturun yenilənməsi gələn ildə də davam etdiriləcək
Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır. Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə oçaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkəmizdə təhsil infrastrukturunun müasir səviyyəyə yüksəldilməsi siyasəti cari ildə də yüksək səviyyədə davam etdirilib. Son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. Ümumilikdə isə cari ilin 9 ayında bütün mənbələr hesabına ölkə üzrə 29 məktəb tikilib, 485 məktəbdə əsaslı və cari təmir işləri həyata keçirilib.
Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Respublikamızda cari ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Təkcə belə bir faktı vurğulamaq lazımdır ki, ölkəmizdə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı qəbul edilib. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq son vaxtlar ölkənin dərman bazarında vəziyyətin qaydaya salınması istiqamətində müvafiq tədbirlər görülür. Parlamentdə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər təsdiqlənib. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Səhiyyə sahəsində həyata keçirilən bu kimi islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Ölkəmizdə təkcə ötən il ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. Respublikamızda 2016-cı ildə məlum çətinliklərə baxmayaraq, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə əlavə olaraq 83 milyon manat vəsait ayrılıb. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri aparılır. Dövlətimizin başçısı bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarının - Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında şəxsən iştirak edib və Öz dəyərli tövsiyələrini verib. Hazırda respublikamızda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün - Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Ölkəmizdə sosial infrastrukturun yenilənməsi ilə bağlı layihələr gələn ildə də davam etdiriləcək. Sosial infrastrukturun yenilənməsi ilə bağlı müəyyənləşdirilən prioritetlərə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Gələn il sosial infrastruktur layihələri icra ediləcək. Məktəblərin, xəstəxanaların, olimpiya mərkəzlərinin tikintisi nəzərdə tutulur. Modul tipli məktəblər tikilməlidir. Çünki bizdə hələ qəzalı şəraitdə kifayət qədər çox məktəb var. Məncə, biz onları 2017-2018-ci illərdə tamamilə sökəcəyik və onların yerində yeni məktəblər tikiləcək. Beləliklə, bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

