“Human Rights Watch”un qərəzli hesabatı reallıqları əks etdirmir
22.10.2016 [00:37]
Ermənipərəst dairələrin maraqlarına xidmət göstərən bu qeyri-ciddi QHT ölkəmizə qarşı yalan və böhtan kampaniyası aparmaqla bir daha əsl simasını ortaya qoyur
Məlum olduğu kimi, ikili standartlara əsaslanaraq Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən “Human Rights Watch” ölkəmizlə bağlı növbəti dəfə şər-böhtan dolu “hesabat” açıqlayıb. Bu dəfə də subyektivliyi, qərəzi ilə seçilən “hesabat”da əsl həqiqətlər təhrif olunub, yalan, böhtan və qərəz önə çıxarılıb. Ölkəmizdə guya vətəndaş cəmiyyətinin “basqı altında olması”, ənənəvi “siyasi məhbus problemi” kimi sərsəmləmələrin dilə gətirilməsi, eləcə də dini radikallığı ilə seçilən, ekstremizmi və terroru dəstəkləyən, ölkə qanunlarını pozaraq, konkret cinayət əməlində ittiham olunaraq həbs edilən bir sıra şəxslərin açıq şəkildə dəstəklənməsi bu “hesabat”ın ilk baxışdanca qeyri-ciddiliyini və qərəzliliyini ortaya qoyur.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı yüksək səviyyədədir
Qeyd edək ki, “hesabat”da ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına kölgə salan yalan məlumatlar yer alır. Guya ölkəmizdə “tənqidçi QHT-lər, xüsusilə şəffaflıq, dövlət məsuliyyəti və insan haqlarıyla bağlı fəaliyyət göstərən QHT-lərin iş görməsinə şərait yoxdur”. Təbii ki, bu iddialar kökündən əsassızdır. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Ölkə Konstitusiyasının maddələrinin təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarının təmin olunmasına həsr edilib. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları komitəsinin, eyni zamanda ölkəmizdə Ombudsman Aparatının fəaliyyəti Azərbaycanda demokratik prinsiplərə verilən dəyərin göstəricisidir. Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasını özündə ehtiva edən müqavilələri və konvensiyaları dəstəkləyir.
Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq məhz ölkəmizdə qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Fondun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verib. Bu qurum vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına, gənclər təşkilatlarına və digər qurumlara hər il maliyyə dəstəyi göstərilir.
“Human Rights Watch” dini ekstremizmi yaymağa çalışanları dəstəkləyir
“Human Rights Watch”un qərəzli “hesabatında” başqa bir qərəzli və anlaşılmaz məqam “Müsəlman birliyi” adı altında fəaliyyət göstərən qruplaşmanın dəstəklənməsidir. Vurğulamaq lazımdır ki, Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi xarakterizə olunur. Tarixən fərqli dinlərin nümayəndələrinin, eləcə də müxtəlif millətlərin birgə yaşadığı Azərbaycanda istər dini, istərsə də milli-etnik dözümlülük yüksək səviyyədə olub. Multikulturalizmi öz həyat tərzinə çevirən Azərbaycanda ənənəvi dini ritualların həyata keçirilməsində heç bir problem yoxdur. Ən əsası isə, insanların din, vicdan azadlığı ölkə Konstitusiyası ilə tənzimlənir.
Təbii ki, qeyri-insani və ya radikalizmə söykənən hər hansı bir dini qrupun yaratmağa çalışdığı təhlükələrin qarşısının alınması üçün qanun çərçivəsində dövlətin müvafiq strukturları tərəfindən tədbirlər görülür. Görəsən, qərəzli QHT-nin məskunlaşdığı ABŞ-ın özündə və ya başqa bir Avropa ölkəsində qeyri-ənənəvi və ya radikal ekstremizmə istinad edən fəaliyyətlərin qarşısının alınması yönündə hər hansı addımlar atılmırmı? Və ya dünyanın əksər gücləri bu gün terrorun qarşısını almaq üçün öz güclərini səfərbər etmirlərmi? “Human Rights Watch”un özünün “xəbər mənbələri”ndən aldığı informasiyalar əsasında hazırladığı və reallığı əks etdirməyən “hesabat”da Nardaran qəsəbəsində həbs edilənlərin hansı səbəblərdən saxlanıldıqları qeyd edilmir. Xatırladaq ki, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən “Müsəlman birliyi” adlı qeyri-qanuni silahlı cinayətkar dəstə Daxili İşlər Nazirliyi tərəfindən zərərsizləşdirilmişdi. Müəyyən olunub ki, dəstənin başçısı Taleh Bağırov və digərləri dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat nəticəsində adıçəkilən T.Bağırov və onun dəstəsinə daxil olan şəxslər həbs olunublar. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Maraqlıdır ki, özünü insan hüquq və azadlıqlarının qoruyucusu qismində qələmə verən “Human Rights Watch” xalqın iradəsi əsasında formalaşdırılmış konstitusion dövlət quruluşunu dəyişmək istəyən silahlı dəstəni niyə dəstəkləmək qərarını verib? Bu təşkilatın Nardaran qəsəbəsində həbs edilən terrorçu dəstəyə açıq şəkildə dəstək verməsi qurumun qeyri-obyektiv, şəxsi maraqlara xidmət göstərən “hesabat”lar vasitəsilə ermənilərin və anti-azərbaycançı mərkəzlərin mənafeyini təmin etməyə çalışdığını göstərir.
“Human Rights Watch” yenidən “siyasi məhbus” adı altında Azərbaycana qarşı şər-böhtan kampaniyası aparmaq fikrinə düşüb
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur. Ölkəmizdə qərəzli “hesabat”da göstərilən “siyasi məhbus” problemi yoxdur. Bu fakt beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur, bir sıra mühüm hesabatlarda Azərbaycanda ədalətli məhkəmə - hüquq sisteminin mövcudluğu qeyd edilir. Sadəcə olaraq, bu dəfə də ermənipərəst dairələr, eləcə də “Human Rights Watch” “siyasi məhbus” adı altında Azərbaycana qarşı şər-böhtan kampaniyası aparmaq fikrinə düşüb.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, “Human Rights Watch” əgər ədalətli (təbii ki, ədalət hissi onlarda birmənalı şəkildə yoxdur) hesabat yaymaq istəyirsə, bu gün Cənubi Qafqaz regionunda qeyri-stabil siyasi həyat yaşayan Ermənistanda insan hüquqlarının pozulması, müxalif fikirli şəxslərə qarşı repressiyaların aparılması, xalqa qarşı silah işlədilməsi faktlarını qabartmalı, bu ölkənin Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasını, bir milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvalarında yaşamaq hüququnun pozulduğunu qeyd etməlidir. Nəticə etibarı ilə, “Human Rights Watch”un işğalçı Ermənistanda bütün bu hüquqların pozulmasına göz yumması, hesabatlarında bu reallıqları əks etdirməməsi, əksinə, Azərbaycandakı inkişafı, ölkəmizdə insan hüquqlarının qorunması yönündə atılan addımları görməzlikdən gəlməsi onun əsl məqsədlərindən xəbər verir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

