Daşkənddə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyası keçirilir
19.10.2016 [10:16]
Daşkənddə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının “Təhsil və maarifçilik - Sülh və yaradıcılığa aparan yol” devizi altında 43-cü sessiyası keçirilir.
İclasda İƏT-ə üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.
Sessiyaya İƏT-in baş katibi İyad bin Amin Mədəni, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam İnkişaf Bankı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Ərəb Ölkələri Liqası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin yüksək səviyyəli nümayəndələri də qatılıblar.
Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev tədbirdəki çıxışında Yaxın Şərqdə nüvəsiz zona elan edilməsinin vacibliyini bildirib. O qeyd edib ki, Özbəkistanın təşkilata sədrliyi dövründə bu məsələyə böyük diqqət veriləcək. Şavkat Mirziyayev İƏT-ə üzv ölkələr arasında elmi-texniki, mədəni-humanitar, ticarət-investisiya sahələrində əlaqələrin daha da inkişafı məsələlərinə diqqət çəkib.
İyad bin Amin Mədəni İƏT-ə üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, İslam ölkələrində mövcud olan münaqişələr haqqında danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə toxunub. Baş katib sülhün və sabitliyin bərqərar edilməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıb.
Sessiyada çıxış edən nazir Elmar Məmmədyarov bildirib ki, silahlı münaqişələr, terror aktları, qaçqın və miqrant böhranı, bəzi ölkələrdəki dağıdıcı humanitar vəziyyət, din haqqında geniş yayılmış təhriflər, sülh və təhlükəsizlik üçün bir çox digər əngəllər kövrək dünyamızda mövcud olmaqda davam edir. Təəssüf ki, İƏT-ə üzv olan bir sıra dövlətlər hazırda yuxarıda qeyd olunan problemlərlə üz-üzədirlər.
Nazir deyib ki, bugünkü sessiya bu problemlərin mövcudluğunun əsas səbəblərindən birinə - savadsızlıq və cəhalətin artması probleminə müraciət etmək üçün əlverişli fürsət yaradır. Sessiyanın “Təhsil və maarifçilik - Sülh və yaradıcılığa aparan yol” adlı şüarı sanki bizə xatırladır ki, dünyamızın üzləşdiyi problemlərlə mübarizədə uğur qazanmaq üçün açar təhsildədir. Təhsil və maarifçilik müsəlmanlar arasında həmrəyliyi gücləndirə, islamofobiya meyillərinin kökünü kəsə, ekstremizmi dəf edə, tolerantlıq mədəniyyətini təşviq edə və müxtəlif mədəniyyətlər, dinlər və millətləri təmsil edən insanların dinc yanaşı yaşaması üçün əlverişli zəmin yarada bilən əsas qüvvələrdir.
Azərbaycan sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə əldə olunduğuna inanan bir ölkə kimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu möhkəmləndirən beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
İslamofobiyanın yaratdığı təhlükələrdən danışan nazir onun meydana gəlməsinə səbəb olan amillərdən birinin zorakı ekstremizm və terrorizm olduğunu deyib. Bildirib ki, bu təhlükənin aradan qaldırılmasına yönəlik beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük ehtiyac var. Terrordan irəli gələn təhlükə və çağırışların qarşısını səmərəli almaq, eləcə də onun yalnız bununla məhdudlaşmayan əsas səbəblərini - həlli uzanmış hərbi münaqişələri, savadsızlığı və sosial təcridetməni aradan qaldırmaq üçün bütün lazımi tədbirlərin görülməsi zəruridir. Vurğulanıb ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi terrorun bütün forma və təzahürlərini birmənalı şəkildə pisləyir.
E.Məmmədyarov deyib: “Mən bir daha Azərbaycanın qardaş Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və müstəqil dövlətin yaradılmasında apardıqları mübarizədə tam dəstəyini qeyd etmək istəyirəm. Azərbaycan İsrail-Fələstin münaqişəsinin həllində bu müqəddəs torpaqlarda uzun zamandır gözlənilən, hərtərəfli, uzunmüddətli və yalnız sülh, təhlükəsizlik və davamlı inkişafın əldə edilməsinin yeganə təminatı olan “iki dövlət” həllinə tərəfdardır. Biz İƏT-in Fələstin xalqının dəstəklənməsi və amalına xidmət edən işlərini yüksək səviyyədə təqdir edirik”.
Nazir çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə məhəl qoymadan və beynəlxalq hüququ kobudcasına pozmaqla münaqişənin həlli üzrə danışıqlar prosesində destruktiv mövqe tutmaqda davam edir. Rəsmi Bakı Azərbaycan torpaqlarının işğalının pislənilməsində daimi prinsipial mövqeyinə görə bir daha İƏT-in baş katibinə və üzv dövlətlərə təşəkkürünü çatdırır.
“Biz Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Kontakt Qrupunun yaradılmasını yüksək qiymətləndiririk. İnanırıq ki, Kontakt Qrupunun işi İƏT-in və BMT-nin müvafiq qətnamələrinin həyata keçirilməsinə töhfə verəcək və bu istiqamətdə səylərin uyğunlaşdırılmasına kömək göstərəcək”, - deyə nazir qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

