/ / Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli mövqe imkan verməyəcək ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın
Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli mövqe imkan verməyəcək ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın
15.10.2016 [10:41]
“Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün ən perspektivli tərəfdaş hesab edilir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasət həyata keçirir: “Elə təsadüfi də deyildir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Yəni, Azərbaycanın böhranlı dünyanın problemlərinin həll olunmasına, multikulturalizm, mədəniyyətlərarası dialoq kimi ümumbəşəri idealların inkişafına böyük töhfələr verməsinə baxmayaraq, bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəlli ölkələrin ikili standartlı siyasətilə qarşılaşırıq”.
Sədaqət Vəliyeva vurğulayıb ki, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir: “Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnamələrində, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının vacibliyi bildirilir. Amma biz yenə də birbaşa olaraq, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin laqeyd münasibətini görürük.
Nə üçün 20 ildən artıqdır ki, davam edən münaqişənin tərəflərinə eyni gözlə baxılır? Niyə işğalçı öz adı ilə çağırılmır? Elə bu günlərdə yenə eşidirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri torpaqlarımızı işğal altında saxlayanlara müasir kəşfiyyat sistemləri verib. Axı, hansı səbəbdən işğalçılara, ekstremistlərə maddi və texniki dəstək verilir? Axı, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” kimi bəyanatlar səsləndirmək də Ermənistanın işğalçı siyasətinə dəstək vermək deməkdir.
Artıq belə fikir formalaşıb ki, istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də vasitəçilik missiyasını öz üzərlərinə götürmüş dövlətlər Ermənistana təzyiq etmək istəmirlər. Bunu görən Ermənistan da daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır.
Aydındır ki, cənab Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli mövqe imkan verməyəcək ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın. Amma bütün hallarda böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Artıq Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Bu səbəbdən də, bu gün hər zamankından daha çox birliyə ehtiyacımız var. Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, həm insanlar, həm vətəndaş cəmiyyəti nümayəndələri, həm media qurumları bu aralar daha çox təşəbbüslər göstərməli, həqiqəti dünya ictimaiyyətinə çatdırmalıdır”.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

