ABŞ əvvəlki kimi “saman çöpü” rolunda deyil...
05.10.2016 [10:29]
Xəbər verildiyi kimi, sentyabrın 19-30-u arası Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun illik toplantısı keçirilib. Toplantıda Azərbaycandan da dövlət və qeyri-dövlət təmsilçiləri iştirak ediblər. Bəndəniz də bir QHT rəhbəri olaraq növbəti dəfə bu toplantıya qatılıb. Yəni orada olanları gözüylə görüb, danışılanları qulağıyla eşidib. Eyni zamanda, müxtəlif mövzularda çıxış etmək imkanı olub.
Bu günlərdə bəzi mətbu vasitələrdə həmin toplantıda ABŞ təmsilçisi Maykl Kozakın etdiyi çıxışlarla bağlı bir xülasə yayımlanıb. Həmin tədbirdən xəbəri olmayanlar o xülasəni oxuyub düşünə bilərlər ki, tədbir başdan-ayağa Azərbaycana qarşı köklənib. Yaxud da ABŞ təmsilçisi yalnız Azərbaycan haqqında tənqidlər səsləndirib. Elədirmi? Təbii ki, deyil.
Qeyd etdiyim kimi, biz də QHT təmsilçisi olaraq həmin tədbirlərin bizə aid hissəsində - ilk həftəsində iştirak etmişik.
Doğrudan da, ABŞ təmsilçisi Azərbaycanda insan haqlarıyla bağlı bəzi narahatlıqlarını dilə gətirirdi. Amma və lakin bu narahatlıqlar əvvəlki illərdə olduğu kimi kəskin və geniş deyildi. Sadəcə olaraq, M.Kozak ölkəsinin ATƏT bölgəsində insan haqları məsələlərinə münasibətini açıqlayırdı. Təbii ki, bəzən Azərbaycan haqqında da danışırdı. Müəyyən fikirləri bizdə ciddi narazılıq doğurmasa da, bəzən məlumatsızlıqdan qaynaqlanan yanlış açıqlamalarının olduğu nəzərimizdən qaçmırdı. Ona görə də çıxışlarımızda birbaşa və ya dolayısıyla ona, onun kimi danışanlara cavab verirdik. Yəni həmin toplantıda M.Kozak da daxil olmaqla bəzi çıxışçıların Azərbaycanla bağlı səsləndirdiyi elə bir söz qalmadı ki, ona cavab verilməsin.
Məsələn, iddia edilirdi ki, Azərbaycanda referendum öncəsi jurnalistlər həbs edilir. Lakin heç bir fakt göstərilmirdi. Belə olan halda çıxış edərək son 3 ay ərzində - yəni referendumla bağlı müddətdə hansısa jurnalistin həbs edilmədiyini, əgər belə bir fakt varsa, təqdim olunmasını istədim. Yalnız qısa müddətə bir neçə jurnalistin saxlanılması, media təmsilçisi olduğu aşkarlanan kimi buraxılması faktının olduğunu dedim.
Başqa bir iddia isə jurnalist Rasim Əliyevin öldürülməsilə bağlı idi. Düzdür, M.Kozak belə bir iddia irəli sürmədi. Amma bəzi çıxışçılar belə bir iddia irəli sürdülər. Təbii ki, məsələyə aydınlıq gətirildi, izah edildi ki, Azərbaycan dövləti də, cəmiyyəti də bu halı sırf cinayət əməli kimi - yəni heç bir siyasi çaları olmayan əməl kimi dəyərləndirir və canilər öz cəzalarını alıblar.
M.Kozakın GONGO - guya hökumətə işləyən QHT-lərlə bağlı yanaşması maraqlı oldu. Şəxsən mən çıxışımda sual etdim ki, necə olur, ABŞ başda olmaqla bir sıra dövlətlərin hökumətlərindən pul alan QHT-lərə GONGO deyilmir, amma Azərbaycan kimi yeni demokratiyalardan pul alanlara bu damğa vurulur? Əgər konkret fəaliyyət üçün hökumətdən pul almaq yanlışdırsa, onda ABŞ-dan da pul alınmamalıdır.
Bu məsələyə münasibət bildirən M.Kozak qeyd etdi ki, hamı haqqında belə düşünmürlər. Hətta dedi ki, mənimlə yanaşı oturmuş, fəallığı və əsaslı çıxışlarıyla diqqət çəkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun təşkilatı da ABŞ-dan pul alıb. Bu heç də o demək deyil ki, o bir ABŞ GONGO-sudur...
Toplaşmaq azadlığı, QHT-lərin fəaliyyəti, dindar kəsimlə bağlı məsələlərdə də M.Kozak bir sıra ölkələr, o cümlədən Azərbaycan haqqında yumşaq tənqidlərini, yaxud da təkliflərini dilə gətirdi. Yəni o toplantıda ABŞ təmsilçisi tərəfindən Azərbaycanın kəskin şəkildə hədəfə alındığını heç kim iddia edə bilməz. Hətta bəzən ifadələrini çox diqqətlə seçdiyini, Azərbaycanla bağlı fikirlərini səthi şəkildə dilə gətirdiyini də sezmək olurdu. Bu isə o deməkdir ki, ABŞ rəsmisi bu dəfə Azərbaycanda hər şeyi qara rəngdə görmək istəyənlərə o qədər də çox qida vermədi və ya vermək istəmədi.
Bizim üçün əsas problem ermənilər oldu desək, yanılmarıq. Özü də təkbaşına deyil. Onlarla birlikdə Azərbaycan vətəndaşlığından könüllü şəkildə imtina etmiş Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov ikidə bir olmayan yerdən “faktlar” uydurub çox qorxunc bir Azərbaycan tablosu cızmağa çalışırdı. Ermənistan nümayəndələri iddia edirdilər ki, onların ölkəsində bütün hüquqlar qorunur. Hətta işğal altında tutduqları Dağlıq Qarabağda belə insan hüquqları yüksək səviyyədə təmin edilir. Təbii ki, absurd idi. Onlarla səs-səsə verib absurd fikirlər səsləndirən həm də Emin Hüseynov idi. Məsələn, iddia edirdi ki, Rasim Əliyevi Azərbaycan hakimiyyəti öldürüb. Görəndə ki, buna artıq insanları inandırmaq mümkün deyil, bu dəfə iddia etdi ki, bəs, sən demə sentyabrın 17-də saxlanılan hansısa gənci Azərbaycan polisləri döyüb öldürüblər. Başqa bir gənc isə ölüm ayağındadır. Nağıl idi bu, təbii.
Eminin ermənilərlə eyni ağızdan danışması, təbii ki, cavabsız qalmırdı. Ona əsas və tutarlı cavabı Azərbaycandan olan rəsmi təmsilçilər verirdi. Həm diplomatik nümayəndəliyimizdən olan təmsilçilər, həm də Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərova ermənilərə də, Eminə də konkret faktlarla tutarlı cavab verirdi. Əlbəttə ki, bu cavablar iştirakçıların yanlış bilgilərin əsirinə çevrilməsinin qarşısını dərhal alırdı.
Ümumi olaraq belə deyə bilərik ki, ABŞ təmsilçisi başda olmaqla heç bir dövlətin rəsmisi Azərbaycana münasibətdə kəskin mövqedən çıxış etmədi. Əksinə, mümkün qədər nəzakətli bir dildə, sadəcə, bəzi problemlərin mövcudluğundan narahat olduqlarını ifadə etdilər. Bu da normaldır. Çünki o görüş məhz bu cür məsələlərin müzakirəsi üçün bir platformadır.
Ayrıca qeyd etdiyimiz kimi, Ermənistan nümayəndələri və onlarla eyni mövqedən çıxış edən Emin Hüseynov, sadəcə, fakt qıtlığı üzündən çıxışlarında ya köhnə faktlara istinad edir, ya da özlərindən əsassız “faktlar” uydurmalı olurdular. Bu isə bizdə gülüş doğururdu. Əslində, onların belə çıxışlarına reaksiya verməmək də olardı. Lakin iştirakçılar susqunluğu razılıq əlaməti kimi qəbul etməsin deyə, Gülsel Səfərova, Sahib Məmmədov, digər nümayəndələrimiz və mən çıxışlarımızda onların əsassız iddialarını faktlarla darmadağın edirdik. Ona görə də Azərbaycan nümayəndələrinin hər çıxışından sonra bizə qarşı olanlar daha mülayim olmağa çalışırdılar. Yalnız Emin Hüseynov və ermənilərdən başqa. Onlar isə növbəti dəfə uduzduqlarını görüncə, yeni hücum üçün yeni “faktlar” uydurmalı olurdular...
Sonda bir daha vurğulamaq istərdim ki, bəzi media qurumlarının M.Kozakın tədbirdəki çıxışlarından hazırladığı xülasə, sadəcə olaraq, suyu bulandırmaq cəhdindən başqa bir şey deyil. “Orda alınmadı, bəlkə, burda alınar” düşüncəsinin məhsuludur bu. M.Kozakdan son ümid yeri kimi istifadə etmək istəyənlər növbəti dəfə ABŞ-ın guya Azərbaycan hakimiyyətinə qarşı kəskin mövqe sərgilədiyini sübut etmək üçün saman çöpündən yapışırlar. Amma bir şeyi unudurlar ki, ABŞ 26 sentyabrda keçirilmiş referendumdan düz bir gün sonra öz müsbət rəyini açıqlamaqla Azərbaycan dövlətinə də, hakimiyyətinə də, xalqın iradəsinə də rəsmi münasibətini konkret ifadə etdi. Bu, yetərli deyilmi suyu bulandırıb balıq tutmaq istəyənlərə? Umutmayaq, ABŞ ABŞ-dır, amma əvvəlki kimi “saman çöpü” rolunda deyil...
Azər Həsrət
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

