Bakıda “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
28.09.2016 [10:15]
Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin müdafiə nazirləri və digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.
Müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək ölkəmizdə və regionda ikinci dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2016” sərgisinin açılışı münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri təbrik edib.
Artıq ölkəmizdə müasir texnologiyalara əsaslanan müdafiə sənayesi müəssisələrinin fəaliyyət göstərdiyini deyən Y.Camalov bildirib ki, Azərbaycanın hərbi qüdrəti durmadan artır.
Nazir deyib ki, son illərdə ölkəmizin müdafiə sənayesi uğurla inkişaf edir. Müdafiə sənayesi müəssisələri tərəfindən buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bir çox sərgilərin iştirakçısı olub, bu sərgilərə və bazara çıxardığı məhsullarla özünü təsdiqləyib. Nazirliyin müəssisələrində istehsal olunan və sayı artan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir.
Yavər Camalov qeyd edib ki, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın inkişafı müstəsna əhəmiyyət kəsb edir. Əməkdaşlığın reallaşdırılmasında beynəlxalq sərgilərin keçirilməsi mühüm rol oynayır. Azərbaycanda digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordudur.
Ölkəmizdə əldə olunmuş nailiyyətlər növbəti illərdə də iqtisadiyyatın davamlılığının təmin edilməsi üçün zəmin yaradıb. Bu məqsədlə qəbul edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” bütünlükdə ölkənin sənaye infrastrukturunun, o cümlədən, müdafiə sənayesi sahəsinin də hərtərəfli inkişafını təmin edəcək.
Diqqətə çatdırılıb ki, bu gün (dünən - red.) öz işinə başlayan “ADEX 2016” Beynəlxalq müdafiə sərgisində çoxlu sayda ölkələrin şirkət və özəl qurumları iştirak edir. Bu, onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb. Hazırda dünyanın 45 ölkəsinin hərbi sənaye kompleksinin və digər aidiyyəti qurumları ilə əməkdaşlığa nail olunub.
“ADEX 2016” sərgisində ilk dəfə nümayiş etdirilən məmulatlar sırasında mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınlarını, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatlarının ən yeni tipli təkmilləşdirilmiş variantlarını, atıcı silahları, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşınını, döyüş sursatlarını və onların partladıcı başlıqlarını və s. göstərmək olar. Hazırda 125 məmulatın yaradılması üzrə təcrübi konstruktor işləri uğurla davam etdirilir.
Yavər Camalov sərginin dünyada sülhə, təhlükəsizliyə xidmət edəcəyinə və əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, “ADEX 2016” Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. Sərgidə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.
Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
“ADEX 2016” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdirilir. Nazirlik “ADEX 2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Bu məmulatların sırasına Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə və xüsusi təyinatlı məhsullar, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələri daxildir. Sərgi çərçivəsində, həmçinin Azərbaycan müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı nəzərdə tutulur.
Sentyabrın 30-dək davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər də keçiriləcək.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” (“CEO”) şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57

