Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərkəzi Seçki Komissiyasında MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüş keçirilib

Mərkəzi Seçki Komissiyasında MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüş keçirilib

27.09.2016 [11:39]

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti sentyabrın 25-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə keçirilən seçki (referendum) proseslərinin müşahidəsində hər zaman yaxından iştirak edən MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov ümumxalq səsverməsi ərəfəsində görüşdən məmnunluğunu bildirib. Sədr, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verir.
Nümayəndə heyətinin üzvləri ümumxalq səsverməsi (referendum) ilə əlaqədar gerçəkləşdirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıblar.
Sədr Məzahir Pənahov reallaşdırılmış genişmiqyaslı layihələr və referendumun azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar barədə beynəlxalq müşahidəçiləri ətraflı məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30