120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatından S.Sarkisyana tərs sillə
21.09.2016 [10:20]
BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının Sammitində qəbul olunan Yekun sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi vurğulanıb
Təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. O da faktdır ki, Ermənistan ordusu, bir qayda olaraq, mülki əhalini hədəf seçir. Münaqişə başlayandan bəri erməni silahlı birləşmələri Azərbaycanın şəhər və kəndlərində ölçüyəgəlməz miqyasda dağıntılar törədiblər, talanlara əl atıblar, milərlə dinc sakini, o cümlədən də uşaqları, qocaları xüsusi amansızlıqla qətlə yetiriblər. Xocalı faciəsi erməni vandalizminin bariz nümunəsi kimi tarixə düşüb.
Cari ilin aprel ayında törədilən məlum təxribatlar zamanı işğalçı ordunun təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndləri iriçaplı silahlardan intensiv atəşə tutması, məktəbləri, xəstəxanaları, məscidləri hədəf seçməsi, dinc sakinləri qətlə yetirməsi erməni faşizminin sifətini bir daha nümayiş etdirdi. Düşmənin aprel təxribatları nəticəsində çoxlu sayda dinc sakin həlak olub və yaxud yaralanıb. Eyni zamanda, 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yaxud yandırılıb.
Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və BMT TŞ-nin müvafiq qətnamələri əsasında həllini tapmalıdır
Azərbaycanın münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda konstruktiv mövqedən çıxış etməsinə rəğmən, Ermənistan müxtəlif vasitələrlə sülh prosesinə əngəllər yaratmağa və beləliklə də, işğal nəticəsində yaranan mövcud status-kvonu saxlamağa çalışır. Lakin 20 ildən artıq bir müddətdə münaqişənin həllini tapmaması geostrateji baxımdan kifayət qədər həssas region olan Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradır. Cari ilin aprel ayında düşmənin növbəti təxribatları nəticəsində qoşunların təmas xəttində intensiv döyüşlərin yenidən alovlanması münaqişənin həllinin uzanmasının bütün bölgə üçün nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Düzdür, düşmənin aprelin əvvəllərində törətdiyi təxribat əməlləri cavabsız qalmayıb. Azərbaycanın rəşadətli ordusu ermənilərin bütün atəş nöqtələrini susdurmağa nail olub. Ancaq Ermənistanın məsuliyyətsizliyi ucbatından müharibə hər an qızışa bilər ki, bu da nəinki yalnız münaqişə tərəfləri, bütövlükdə Cənubi Qafqaz coğrafiyası üçün təhlükəlidir.
Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqe nümayiş etdirir. Dövlətimiz və xalqımız Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqeyində beynəlxalq hüquq və normalara əsaslanır. Bir dövlətin başqa bir dövlətin dünya birliyi tərəfindən tanınan ərazilərini zor gücünə zəbt etməsi beynəlxalq hüquqla daban-dabana ziddir.
Yeri gəlmişkən, dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar da münaqişənin həllində Azərbaycanın mövqeyinə ardıcıl olaraq dəstək ifadə edirlər. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar.
İşğalçı tərəfə beynəlxalq qınağın növbəti ifadəsi
Yuxarıda deyilənlərdən də göründüyü kimi, beynəlxalq birlik tərəfindən işğalçı Ermənistana qarşı təzyiqlər getdikcə artır. İşğalçı dövlət növbəti zərbəni bu günlərdə 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatından alıb.
Məlum olduğu kimi, 13-18 sentyabr 2016-cı il tarixində Venesuela Bolivar Respublikasının Marqarita adasında Qoşulmama Hərəkatının üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII Sammiti keçirilib. Sammitdə Yekun sənədi qəbul olunub. Yekun sənədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dövlət və Hökumət Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumu ilə əlaqədar bəndlər də daxildir.
Yekun sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin önəmini bir daha təsdiq edib, tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.
Beləliklə, 120 dövlətin üzv olduğu, BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatın - Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın haqlı mövqeyi açıq-aşkar dəstəklənir. Bu, Ermənistanın beynəlxalq miqyasda aldığı daha bir zərbədir. Təsadüfi deyil ki, analitiklər Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının bəhs olunan qərarını işğalçı dövlətin prezidenti S.Sarkisyanın sifətinə vurulan tərs sillə kimi səciyyələndirirlər.
Yeri gəlmişkən, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Qoşulmama Hərəkatının BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olduğunu nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan diplomatiyası növbəti uğura imza atıb.
Qoşulmama Hərəkatının Yekun sənədi Minsk qrupu tərəfindən mütləq nəzərə alınmalıdır
Göründüyü kimi, dünya ictimaiyyəti XXI əsrdə suveren dövlətin sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin, ilhaq siyasətinin əleyhinədir. Beynəlxalq ictimaiyyət bəşəriyyətin gələcəyini müharibəsiz və münaqişələrsiz dünyada görür. Yaxın Şərqdə və digər bölgələrdə sabitliyin pozulmasının ölkələr və xalqlar üçün necə ağır fəsadlarla nəticələndiyi hamı üçün dərs olmalıdır. Heç bir vəchlə yol vermək olmaz ki, Cənubi Qafqaz bölgəsində sabitliyə və təhlükəsizliyə təhdidlər yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bundan sonra da həll edilməmiş qalsın. İşğalçı dövlətə qarşı ciddi tədbirlər görülməli, ona öz yeri göstərilməlidir. Münaqişənin həllinə cəlb olunan ATƏT-in Minsk qrupu daha fəal və səmərəli işləməlidir. Qoşulmama Hərəkatının növbəti sammitində dövlət və hökumət başçılarının qəbul etdikləri Yekun sənəddə BMT TŞ-nin çıxartdığı müvafiq qətnamələrin yerinə yetirilməməsindən xüsusi narahatlıq ifadə edilməsi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin vurğulanması beynəlxalq ictimaiyyətin ədalətli mövqeyini bir daha təsdiqləyir. ATƏT-in Minsk qrupu gələcək danışıqlarda 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı Sammitinin Yekun sənədində əksini tapan və beynəlxalq hüquqa, ədalətə əsaslanan müddəaları mütləq nəzərə almalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

