Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin siyasətini dəstəkləyir
20.09.2016 [10:30]
“Opinion Way” Tədqiqatlar İnstitutunun ölkəmizdə əhali arasında keçirdiyi sorğunun nəticəsi vətəndaşların iqtidara mütləq inam və etimad bəslədiklərini göstərir
Azərbaycan Respublikası milli iqtisadi inkişaf modelinə malik olan, dinamik inkişaf edən, eyni zamanda, demokratik siyasi sistemə sahib olan dövlətdir. Müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar olduqca müstəsna əhəmiyyət kəsb edir. Bu uğurun əsasında isə iqtisadi və siyasi islahatların paralel aparılması, bütövlükdə, həyata keçirilən rasional strateji kurs dayanır.
Azərbaycan cəmiyyəti isə həyata keçirilən uğurlu siyasi kurs sayəsində əldə edilmiş nailiyyətləri ölkənin davamlı inkişafının əsası kimi qiymətləndirir. Bu, müxtəlif rəy sorğularının nəticələrində də özünü göstərir. Yeri gəlmişkən, Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirib. Sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üz-üzə müsahibə aparılıb. Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilib ki, bu suallar respondentin sosial-demoqrafik göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənib.
Müxtəlif sahələri əhatə edən kompleks islahatlar milli gücün - dövlətin qüdrətinin artmasında ifadə olunur
Tədqiqat müddətində rəyi soruşulanların 81 faizi Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduğunu bildirib. Respondentlərin 93 faizi hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədir.
Əlbəttə, ölkəmizdə təkmil siyasi sistemin bərqərar olmasını təmin edən əsas amil davamlı institusional islahatlardır. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır, milli gücün - dövlətin qüdrətinin artmasında ifadə olunur. Paralel olaraq institusional islahatlar demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu uğurla başa çatıb. Eyni zamanda, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bütövlükdə, respublikada demokratiya quruculuğu yetkin mərhələyə qədəm qoyub.
Azərbaycan vətəndaşları Konstitusiya islahatlarını dəstəkləyirlər
Digər tərəfdən, rəyi öyrənilən respondentlərin 82 faizi sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəyini bildirib. Bütün respondentlərin 87 faizi Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd edib. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88 faizi bu təsirin müsbət olacağı qənaətindədir. Xüsusən də rəyi öyrənilənlər təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişafa stimul verəcəyini düşünürlər.
Bu məqamda qeyd edək ki, ölkəmizdə həyata keçirilən islahatlar hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi, idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində müstəsna əhəmiyyət daşıyır. Həmçinin ardıcıl institusional islahatlar idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirir. Eyni zamanda, ölkəmizdə həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır. Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Məhz sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referenduma çıxarılan məsələlər də islahatlar kursunun tərkib hissəsini təşkil edir. Ekspertlərin qənaətinə görə, 26 sentyabr tarixində ölkəmizdə baş tutacaq ümumxalq səsverməsi inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlanır. Yəni Azərbaycan inkişaf etdikcə yeni reallıqlar və tələblər ortaya çıxır, bu zamana qədər həyata keçirilən islahatların müasir çağırışlara uyğun olaraq davam etdirilməsi zərurətə çevrilir. Konstitusiyaya təklif olunan dəyişikliklərə nəzər saldıqda bəlli olur ki, Ana Qanuna əlavə və dəyişikliklərlə milli təhlükəsizliyimizi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa gələcək, hüquqdan sui-istifadələrin qarşısı alınacaq, sahibkarlar sosial öhdəçiliyin subyektinə çevrilməklə sosial dövlət fəlsəfəsinə xidmət edəcəklər, məhkəmə süründürməçiliyinə son qoyulacaq, ədalətli mühakimə təmin ediləcək. Bütün bunlar isə Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edəcək. Bu baxımdan əminliklə söyləmək olar ki, Konstitusiya islahatları Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verəcək. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Konstitusiya islahatlarını dəstəkləyirlər.
Regional güc mərkəzi olan Azərbaycan sabitlik adasıdır
Qeyd edilənlərlə yanaşı, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir. Məhz bu amil də Azərbaycan vətəndaşlarının iqtidarın həyata keçirdiyi siyasətə inam və dəstəyini şərtləndirən mühüm faktorlardandır.
Azərbaycanda həyata keçirilən milli inkişaf siyasətinin alternativi yoxdur
Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və dinamik iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində bu reallığı ifadə edirlər.
Yeri gəlmişkən, sorğuda iştirak edənlərin 96 faizi Prezident kimi İlham Əliyevin Öz vəzifəsini uğurla icra etdiyini bildirib. Əlbəttə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun qanunauyğun nəticəsidir. Bütövlükdə isə, sorğuda əks olunan məqamlar ölkəmizdə vətəndaşların iqtidara mütləq inam və etimad bəslədiyini göstərir, eyni zamanda, Prezident İlham Əliyevin adı və fəaliyyətinin inkişaf və sabitliklə assosiasiya olunduğunu ifadə edir.
Nurlan
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

