/ / Siyavuş Novruzov: “Milli şura”nın mitinqinə əqidəsi, cəmiyyətdə mövqeyi olmayan insanlar toplaşmışdı
Siyavuş Novruzov: “Milli şura”nın mitinqinə əqidəsi, cəmiyyətdə mövqeyi olmayan insanlar toplaşmışdı
20.09.2016 [10:28]
“Bu gün (sentyabrın 17-də - red.) “Milli şura”nın növbəti biabırçı, qeyri-qanuni mitinqinin şahidi olduq”. Bunu “Trend”-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, bu mitinq əslində qeyri-qanuni idi: “Çünki Seçki Məcəlləsinin tələbləri pozulmuşdu. Çıxış edən mitinq təşkilatçıları həm Seçki Məcəlləsini, həm də “Sərbəst toplaşmaq haqqında” qanunu pozmuşdular. Qanunda qeyd edilir ki, dini, milli, irqi ayrı-seçkiliyə yol vermək olmaz və şəxsiyyəti təhqir etmək olmaz. Lakin mitinqdə bu cür çağırışlar oldu və hesab edirəm ki, belə şeylərin qarşısı alınmalıdır”.
O vurğulayıb ki, mitinqə əqidəsi, cəmiyyətdə mövqeyi olmayan insanlar toplaşmışdı: “Şüarların birində yazılmışdı ki, “Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamalıyıq”, digər tərəfdə isə “Allahu Əkbər” qışqırırdılar. Yəni bunlar üçün insanın əqidəsi, hansı düşüncəyə sahib olması vacib deyil, əsas odur ki, mitinqə daha çox insan toplaşsın”.
Millət vəkili bildirib ki, mitinqdəki çıxışların hamısı yalan, iftira üzərində qurulmuşdu: “Əli Kərimli çıxış edib deyir ki, 1988-ci ildə soyuq havaya baxmayaraq “Azadlıq” meydanında soyunub meydanı tərk etməyəcəklərini qışqırırdılar. Lakin həmin vaxtlarda Əli Kərimli Azərbaycan Dövlət Universitetinin (indiki BDU - red.) komsomol komitəsinin katibi seçilməkdən ötrü dəridən-qabıqdan çıxır, mitinqə gedənlərin siyahısını tutub rektorluğa təqdim edirdi. Bu cür yalanlarla tarixi saxtalaşdırmaq olmaz. Utanmasaydılar deyəcəkdilər ki, bugünkü yağışı da iqtidar yağdırdı”.
Millət vəkili əlavə edib: “Təsəvvür edin, Azərbaycan Prezidenti dünən mötəbər tədbirdə Ermənistanın quldur rəhbərini ifşa elədi, lakin paralel olaraq Əli Kərimli burada mitinq keçirib Azərbaycan rəhbərliyinə qarşı fikir söyləyir. Və bu gün Prezident İlham Əliyev Sabirabadda əsl xalqın nümayəndələri ilə görüşdü. Yəni “Milli şura” rəhbərlərinin ətraflarına yığdığı adamlar saxta adamlardır”.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

