Müsavat Partiyası da keçirdiyi mitinqlə özünü biabır etdi
20.09.2016 [10:13]
Radikal müxalifətin anti-Azərbaycan siyasəti, onları maliyyələşdirən maraqlı xarici dairələrin isə ölkəmizdə sabitliyi pozmaq planları növbəti dəfə iflasa uğradı...
Azərbaycanın radikal müxalifət düşərgəsinin anti-azərbaycançı dairələrlə işbirliyi, onların sifarişləri ilə hərəkət etmələri kimsəyə sirr deyil. Xalq arasında heç bir dəstəyi olmayan dağıdıcı düşərgə partiyalarının zaman-zaman sərgiləməyə çalışdıqları “mən də varam” tamaşaları isə daima fiasko ilə nəticələnir. Bunu radikalların son “mitinq”ləri bir daha təsdiqlədi. Belə ki, sentyabrın 11-də və 17-də keçirdiyi “mitinq”lə hansı “güc”ə malik olduğunu göstərən “Milli şura”-nın ardından sentyabrın 18-də Müsavat Partiyası də eyni aqibətlə üzləşdi. Belə ki, “Müsavat”ın keçirdiyi mitinqə əllə sayılacaq qədər şəxsin qatılması, hətta bir sıra partiya funksionerlərinin belə həmin aksiyaya gəlməməsi Arif Hacılının rəhbərlik etdiyi bu partiyanın əsl vəziyyətini ortaya qoydu. Əslində, Müsavat Partiyasının keçirdiyi bu uğursuz mitinqi bir sıra istiqamətlərdən xarakterizə etmək mümkün idi.
Belə ki, sonuncu qurultaydan sonra partiya daxilindəki qruplararası savaşın daha da şiddətlənməsi, Qubad İbadoğlunun və Tural Abbaslının partiyadan ayrılaraq yeni qurumlar təsis etməsi “Müsavat”ın “cırtdan partiya”ya çevrilməsini şərtləndirmişdi. Digər tərəfdən, referendum öncəsi təşviqat qrupu yaratmaq “eşqinə düşmüş” Arif Hacılı nəticədə acı reallıqla üz-üzə qalmalı oldu - təşviqat qrupu yaratmaq üçün gərəkli 40 min imza toplanılmadı. Daha doğrusu, partiyada 40 min imzanı toplayacaq insanlar yox idi. Nəticə etibarı ilə “Müsavat”ın mitinqinə 500 nəfərin “təşrif buyurması” bu partiya ilə bağlı əsl reallığı əks etdirir...
Ermənipərəstlərin sifarişi əsasında keçirilən mini-yığıncaq
Bir sözlə, dünənə qədər özünü radikal düşərgənin “əsas”, “vacib” və başqa epitetlərlə bəzənmiş partiyası adlandıran siyasi təşkilatların iç üzü məhz bu mitinqlərdə bir daha açıldı. Belə ki, “Müsavat”ın da yalnız yalançı iddialar səsləndirməklə məşğul olduğu növbəti dəfə təsdiqləndi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin mitinqə tək Müsavat Partiyasının deyil, ona yedəklik etməyə çalışan və özünü “partiya”, “hərəkat” kimi təqdim edən bəzi qurumların da nümayəndələri qatılmışdılar. Bu nöqteyi-nəzərdən orada “Müsavat” adından heç yüz nəfərin belə iştirak etməməsi faktı meydana çıxır. Düşərgənin “ana müxalifət” və ya “əsas müxalifət” partiyası kimi özündən böyük iddialar irəli sürən partiyasının mitinqinə bir dəfn mərasimində iştirak edəcək qədər adam toplaşırsa, hansı reytinqdən və ya gücdən, hansı iddiadan söhbət gedə bilər? Əslində, “Müsavat” rəhbərliyi bu azsaylı yığıncağı öz qərargahında da keçirə bilərdi. Elə isə bu mitinq şousu zərurəti haradan qaynaqlanırdı?
Vurğulamaq yerinə düşər ki, “Müsavat” rəhbərliyi bu “mitinq-tamaşa”nı keçirmək ehtiyacını bir sıra məqamlara görə duyurdu. Ən əsası isə hər zaman ermənipərəst, Azərbaycanın milli maraqlarına zidd hərəkət edən, dövlətçiliyə və milli mənafeyə düşmən kəsilən xarici dairələrin pulu ilə “nəfəs alan” Müsavat Partiyası yeni başqanın dönəmində də məhz həmin ermənipərəst dairələrin sifarişlərini gözübağlı şəkildə yerinə yetirməyə hazır olduğunu nümayiş etdirmək istəyirdi.
Mitinqə 500 nəfərin qatılması reallığı bir daha ortaya çıxardı - Xalq radikal düşərgəni dəstəkləmir
Göründüyü kimi, tarixi düşməni AXCP-ni özündən qabağa buraxmaq istəməyən Müsavat Partiyası bu mitinq-şou ilə sanki “yalvarma kampaniyası” həyata keçirirdi. İ.Qəmbərin “mitinq”dəki canfəşanlığını və antimilli qüvvələrin irəli sürdüyü tezisləri dilinə gətirməsi də bu faktı təsdiqləyir. Keçmiş sədr hətta öz xələfinin adını belə səhv saldı və Fərəc Kərimovu “Müsavat” başqanı elan etdi. Ermənilərin yaxın dostu, rəsmi müttəfiqi olan İ.Qəmbərin kölgəsinə sığınan və elə ermənilərin puluna tamah salan Arif Hacılı isə bu anı yalnız acı təbəssümlə müşahidə etməyə məhkum idi.
Digər tərəfdən, bu “mitinq” həm də Müsavat Partiyasının maliyyə qaynağı rolunu oynayan ermənipərəst dairələrə yenidən yarınmaq şousu sayılırdı.
Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının sentyabrın 18-də Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqinə həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvünün və təəssübkeşinin qatıldığını bəyan edib. Bu fakt öz-özlüyündə istər AXCP-nin, istərsə də Müsavat Partiyasının mitinqlərinə insanların etinasız münasibətini növbəti dəfə təsdiqləmiş oldu. Azərbaycan xalqı artıq kimin hansı yola qulluq etdiyini görür. Həmin partiyaların illərdir ki, ermənilərlə birgə dövlətçiliyimizə qarşı apardığı düşmən siyasətini birmənalı şəkildə qəbul etmir. Yalandan minlərlə “tərəfdar”ının olduğunu iddia edən partiyaların mitinqlərə 500 nəfərdən artıq adam çıxara bilməməsi onların heç bir dəstəyə malik olmadığını təsdiqləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

