Minskdə MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilib
10.09.2016 [11:02]
Sentyabrın 7-də Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 26-cı iclası keçirilib.
MDB prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdikləri tədbirdə ölkəmizi baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən K.Əliyev ölkəmizin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə sahəsində qəbul edilən bütün beynəlxalq və regional konvensiyalara qoşulduğunu qeyd edib. Fəaliyyət strategiyasının banisinin xalqımızın Ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayan natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının beynəlxalq antiterror koalisiyasının, o cümlədən enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatların həyata keçirilməsində fəal iştirakçılardan birinə çevrildiyini vurğulayıb.
Bildirilib ki, ölkəmiz ötən əsrin sonlarında terrora məruz qalaraq 20 faiz ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub və nəzarətdən çıxan həmin ərazilər terrorçular üçün düşərgələrin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri K.Əliyev terrorçuluğa qarşı mübarizədə prokurorluğun rolu, ölkəmizdə bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar, milli konsepsiya və praktiki mexanizmlər barədə ətraflı məlumat verib.
İclasda, həmçinin iqtisadi cinayətkarlığa qarşı mübarizə (Belarus), cəzaçəkmə müəssisələrində əhalinin sayının azaldılması (Qazaxıstan), seçkilərin keçirilməsi zamanı qanunçuluğun təmin olunması (Qırğızıstan), məhkəməyədək cinayət icraatında azyaşlıların hüquqlarının qorunması və bu sahədə prokuror nəzarəti (Rusiya), beynəlxalq təhlükəsizliyə təhdid edən cinayətkar qruplaşmalar və ekstremist təşkilatlara qarşı mübarizədə prokurorluq orqanlarının rolu (Tacikistan) mövzularında çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.
Tədbirdə Rusiya Federasiyasının baş prokuroru Yuriy Çayka Şuranın növbəti il üçün sədri seçilib və növbəti iclasın 2017-ci ildə Rusiyada keçirilməsi qərara alınıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

