Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tolerantlıq Azərbaycanda həyat tərzinə çevrilib

Tolerantlıq Azərbaycanda həyat tərzinə çevrilib

01.09.2016 [09:49]

Avqustun 31-də Qazax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.
Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, eləcə də bölgədə fəaliyyət göstərən hüquq mühafizə orqanlarının rəhbərliyi, dini işlər üzrə komissiyanın üzvləri, YAP rayon təşkilatının rəhbərliyi, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Konfrans dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransı açaraq bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Respublikamız dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr Mübariz Qurbanlı multikultural və tolerant dəyərlərimiz haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan dünyada tolerant ölkə kimi tanınır və tolerantlıq bizim həyat tərzimizə çevrilib.
Dövlət Komitəsinin sədri diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən bir ölkəyə çevrilib.
Komitənin sifarişi ilə hazırlanan “Fitnə” filmindən də danışan M.Qurbanlı qeyd edib ki, sənədli filmdə dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılır.
Konfransda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 715 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30