Türkiyə terrorizmə qarşı güclü siyasi iradə nümayiş etdirir
31.08.2016 [09:23]
Qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Günü münasibətilə xalqa ünvanladığı təbrikində terror təşkilatlarına qarşı mübarizəni həm məmləkət daxilində, həm də ölkə xaricində aparmaqda qərarlı olduqlarını bildirib
Hər bir ölkənin tarixində xalq və dövlət üçün müstəsna əhəmiyyət daşıyan, sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşları vahid amal uğrunda birləşdirən, yeni bir başlanğıcın, dirçəlişin, inkişafın əsasını qoyan əlamətdar günlər olur. Qardaş Türkiyə üçün hər il avqustun 30-da qeyd olunan Zəfər Günü məhz belə tarixlərdəndir. Qardaş ölkədən ötrü bu tarix Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr tərəfindən bölüşdürülməsi planının qarşısının alınması ilə əlamətdardır. 1922-ci il avqustun 30-da böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün rəhbərliyi altında birləşən vətənpərvər qüvvələr Türkiyəni bir dövlət kimi tamam məhv etmək istəyən işğalçıları sarsıdıcı məğlubiyyətə uğradaraq tarixi zəfər qazandılar. Qeyd olunan mücadilədən sonra tarix səhnəsinə yeni bir Türkiyə daxil oldu. Ötən dövrdə qardaş Türkiyə getdikcə özünün iqtisadi və hərbi gücünü artıraraq inkişafın rəmzinə çevrilib. Bu gün Türkiyə regionda və qlobal miqyasda gedən geosiyasi proseslərə ciddi şəkildə təsir etmək iqtidarında olan bir dövlətdir. Qardaş ölkə böyük dövlət xadimi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinə daim sadiqlik nümayiş etdirərək regional gərginliklərin danışıqlar yolu ilə aradan qaldırılmasına, insanların dinc həyatını təhdid edən terror ocaqlarının birgə səylərlə məhv edilməsinə, ölkələr və xalqlar arasında əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verməyə, əməli dəstəyini göstərməyə çalışır.
Məlum olduğu kimi, son vaxtlar regional və qlobal miqyaslı gərginliklər, geosiyasi qarşıdurmalar, gah bu, gah da digər bir ölkədə ardıcıl surətdə törədilən qanlı terror hadisələri fonunda milli dövlətlərin suverenliyi, təhlükəsizliyinin təmin olunması kimi məsələlərin aktuallığı daha da artıb. Etiraf etmək lazımdır ki, dünyadakı ayrı-ayrı hegemon güc mərkəzləri özlərinin siyasi və iqtisadi təsir imkanlarını artırmaq, yeni nüfuz bölgələri qazanmaq, rəqiblərini zəiflətmək və bu kimi digər məqsədlərdən qaynaqlanan ambisiyalarını reallaşdırmaq üçün elan olunmamış müharibələrə, idarə edilən xaos, terror ssenarilərinə əl atmaqdan belə çəkinmirlər. Deyilənlərin təsdiqi kimi, Yaxın Şərq coğrafiyasında yaşanan insanlıq faciələrini, Əfqanıstanın, İraqın, digər dövlətlərin üzləşdikləri faciələri göz önündə canlandırmaq kifayətdir. Suriyada böyük dövlətlərin geosiyasi maraqlarının toqquşmasından yaranan qarşıdurmalar bu ölkənin həyatını tamam iflic edib. Ölkədə öz ev-eşiyindən didərgin düşən böyük qaçqınlar ordusu yaranıb. Ən acınacaqlısı odur ki, bu ölkədə və bütövlükdə regionda siyasi maraqlardan qaynaqlanan münaqişələr səngimək bilmir, əksinə getdikcə daha da şiddətlənir.
Regionda baş verən proseslərin mənfi təzahürlərinə məruz qalan ölkələrdən biri də qardaş Türkiyədir. Suriyada və bütövlükdə Yaxın Şərq coğrafiyasında sabitliyin pozulmasına bu və ya digər dərəcədə “töhfə” vermiş bir sıra Avropa dövlətlərinin qaçqın, miqrant axınlarının qarşısını keçilməz divarlar hörməklə almalarına rəğmən, Türkiyə dinc insanların faciəsinə biganə qalmayıb, öz sərhədlərini onların üzünə açıb. Regionda İŞİD və PKK terror təşkilatlarının təhdidlərinə ən çox məruz qalan ölkələrdən biri də məhz Türkiyədir. Qardaş ölkə təkcə son vaxtlarda Ankarada, İstanbulda və digər şəhərlərdə törədilən və çoxlu sayda dinc insanın həyatına son qoyan terror hadisələrinin acısını yaşayıb. Cari il iyunun 15-də isə Türkiyəni bir dövlət kimi sarsıtmaq, tamam gücdən salmaq istəyən daxili və xarici qüvvələr birləşərək qardaş ölkənin xalq tərəfindən seçilmiş qanuni hakimiyyətini devirməyə cəhd göstərdilər. Lakin güclü iqtisadi-hərbi potensialı ilə yanaşı, Türkiyəni bir dövlət kimi fərqləndirən həm də cəmiyyətin, insanların yüksək vətənpərvərliyidir. 30 avqust 1922-ci ildə olduğu kimi, 15 iyun 2016-cı ildə də qardaş ölkənin bütün vətəndaşları doğma Vətənə sonsuz məhəbbət nümayiş etdirərək Türkiyənin bədxahlarının planlarının həyata keçməsinə imkan vermədilər.
Cari il iyunun 15-də özünün qanuni hakimiyyətini, dövlətini qorumağı bacaran Türkiyə, eyni zamanda, regionda terror ocaqlarının birdəfəlik aradan qaldırılması üçün güclü siyasi iradə nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Günü münasibətilə xalqa ünvanladığı təbrikində terror təşkilatları arasında ayrı-seçkilik etmədən vətəndaşlarının təhlükəsizliyini təmin edəcək addımları həm məmləkət içində, həm də qonşu ölkələrdə atmağa qərarlı olduqlarını bildirib. Qardaş ölkənin dövlət başçısı vurğulayıb: “30 Avqust Zəfəri Günü ölkəmizin birliyinə, dirliyinə və bu torpaqlardakı varlığına göz dikən terror təşkilatları və mərkəzlərinə dərs olmalıdır. 15 iyul qanlı çevriliş cəhdi qarşısında millətimizin ortaya qoyduğu rəftar bu torpaqlarda böyük müqavimət ruhunun nə qədər diri olduğunun ifadəsidir”.
Türkiyənin terrorizmə qarşı yüksək siyasi iradə nümayiş etdirməsinin təsdiqi olaraq qeyd edək ki, qardaş ölkənin silahlı qüvvələri artıq bir neçə gündür ki, Suriyada genişmiqyaslı antiterror əməliyyatlarına başlayıb. Bəhs olunan əməliyyatlar İŞİD qüvvələrinə, PKK-ya və onun Suriyadakı qolu olan PYD-yə qarşı həyata keçirilir. Türkiyənin xüsusi təyinatlıları qısa müddətdə Suriyanın şimalında terrorçulara ağır zərbələr vurmağa müvəffəq olublar. Artıq strateji əhəmiyyətli Cerablus şəhəri terrorçulardan təmizlənib. Hazırda Azad Suriya Ordusu Türkiyə xüsusi təyinatlılarının yardımı ilə Cerablus şəhərində təmizləmə işləri aparır, burada rəsmi qurumların fəaliyyətinin bərpası ilə məşğuldur.
Qardaş Türkiyənin ölkənin sərhədlərini və vətəndaşların təhlükəsizliyini təhdid edən, insanlarda qorxu və vahimə yaradan terrorizmə qarşı mübarizədə mövqeyi qətidir. Ankaradan bildirilib ki, əməliyyatlar bölgə İŞİD və PYD-dən tam təmizlənənə qədər davam edəcək. Bu məqamda onu da vurğulayaq ki, ABŞ və Avropanın bir sıra dövlətləri də Türkiyənin Suriyada başladığı antiterror əməliyyatlarına dəstək ifadə edərək bunu Türkiyənin “qanuni haqqı” kimi dəyərləndiriblər. Bütün bunlar Türkiyənin fəal iştirakı ilə yaxın gələcəkdə regionda terror təşkilatlarının fəaliyyətinin cilovlanacağına və bölgədə təhlükəsizliyin təmin olunacağına böyük əminlik yaradır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

