Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan üzrə seçki dairələri dairə seçki komissiyalarında ixtisaslaşdırılmış kurslara başlanılıb

Azərbaycan üzrə seçki dairələri dairə seçki komissiyalarında ixtisaslaşdırılmış kurslara başlanılıb

23.08.2016 [09:35]

Avqustun 22-də Azərbaycan Respublikası üzrə seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ ilə bağlı üç günlük ixtisaslaşdırılmış kurslara başlanılıb.
Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.
AZƏRTAC Bakı şəhərində və regionlarda keçirilən ixtisaslaşdırılmış kurslar barədə xəbərləri təqdim edir.
Binəqədi rayonu. 9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursların ilk günündə 50 nəfər iştirak edib.
Dairə seçki komissiyasının sədri Həsən Bayramov bildirib ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) mühüm ictimai-siyasi kampaniyadır. Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq ardıcıl işlər görülür. Ölkədə referendumun hazırlanıb keçirilməsi səlahiyyətlərini icra edən dövlət orqanı kimi Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla ilboyu fasiləsiz işlənilir, yenilənir, seçki komissiyaları tərəfindən ictimailəşdirilir. Diqqətə çatdırılıb ki, Binəqədi rayonundakı seçki məntəqələrində hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır.
Kursun birinci günü Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə dair məruzə ilə çıxış edib.
Aygün Əliyeva bildirib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Artıq Binəqədi rayonu üzrə seçkilərə hazırlıqla bağlı işlərə başlanılıb. Aparılan hazırlıq işləri deməyə əsas verir ki, seçkilər yüksək səviyyədə keçiriləcək. Məntəqələrin maddi-texniki təchizatında heç bir problem yoxdur.
Sonra rayon məhkəməsinin sədri Sədrəddin Hacıyevin “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” mövzusunda məruzəsi dinlənilib.
İxtisaslaşdırılmış kurslarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən ətraflı danışılıb.
Bildirilib ki, qanunvericiliyə əsasən seçki günü məntəqələrdə görülən işin, səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq.
Daha sonra “Seçici siyahıları ilə iş qaydası” mövzusunda seminar keçirilib.
Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.
* * *
Yasamal rayonu. 17 saylı Yasamal III seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kursların birinci günü maraqlı müzakirələrlə yadda qalıb.
Tədbirdə çıxış edən dairə seçki komissiyasının sədri Qədir Kərimov deyib ki, 30538 seçicisi olan və 28 məntəqəni birləşdirən 17 saylı Yasamal üçüncü seçki dairəsində seçki siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılması, habelə asayişin qorunmasında güc strukturlarının komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması istiqamətində müvafiq işlər görülür.
Bildirilib ki, dairə seçki komissiyası budəfəki referendumun da Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.
Üç gün davam edəcək kursların birinci günündə “Seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” və “Seçici siyahıları ilə iş qaydası” mövzularında seminarlar təşkil olunub.
İxtisaslaşdırılmış kurslarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən ətraflı danışılıb, iştirakçıların sualları cavablandırılıb.
* * *
Nizami rayonu. 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov çıxış edib.
Bildirilib ki, bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyası artıq maarifləndirmə işlərinə başlayıb və bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Qeyd olunub ki, məntəqə seçki komissiyalarının üzvləri bütün lazımi vəsaitlərlə təmin olunub, seçki məntəqələrində hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır.
Sonra “Seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” və “Seçici siyahıları ilə iş qaydası” mövzularında seminarlar keçirilib. Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Ramiz İbrahimov, Nizami rayon məhkəməsinin hakimi Habil Əhmədov və başqaları mövzularla bağlı çıxışlar edib, seminar iştirakçılarının suallarını cavablandırıblar.
* * *
Xəzər rayonu. 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların birinci günündə Mərkəzi Seçki Komissiyasının üzvü Şayəddin Əliyev seçki prosesinə hazırlıq işlərindən, komissiya üzvlərinin üzərinə düşən vəzifələrdən bəhs edib. Ş.Əliyev xüsusi vurğulayıb ki, seçki komissiyalarının üzvləri yerli və xarici müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.
Sonra MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli, rayon məhkəməsinin hakimi Tərlan Əkbərov və İcra Hakimiyyəti başçısının müavini Arif Balayev maarifləndirici kursların birinci günündə iştirakçılara seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqata şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması barədə məlumat veriblər. Həmçinin referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri haqqında danışılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
* * *
Qəbələ rayonu. 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyası üzvlərinin və 54 məntəqə seçki komissiyası sədrlərinin iştirakı ilə keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ilk günü Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimovun “Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri” mövzusunda məruzəsi ilə başlayıb.
Məruzəçi referendumun yüksək səviyyədə keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, indiyədək keçirilən prezident, parlament, bələdiyyə seçkiləri, eləcə də referendum dairə və məntəqə seçki komissiyalarının peşəkarlığının yüksək olduğunu göstərir. Seçki komissiyalarının sədrlərinin böyük təcrübə topladığını deyən Mikayıl Rəhimov bununla belə, onlara arxayınlaşmamağı tövsiyə edib: “Referendum demokratik şəraitdə keçirilməlidir və bunu təmin etmək lazımdır. Hər kəs çalışmalıdır ki, referendumda şəffaflıq maksimum təmin olunsun. Ona görə də hər birimiz bu məsələyə yüksək məsuliyyət hissi və peşəkarlıqla yanaşmalıyıq”.
Mikayıl Rəhimov qeyd edib ki, medianın referendum prosesindəki rolu nəzərə alınaraq KİV-lərin MSK və digər seçki subyektləri ilə əlaqələrinin qurulması ümdə məsələlərdən biridir. Elə buna görə də MSK-nın həyata keçirdiyi bütün tədbirlərdə mətbuatın iştirakı təmin olunur. Aşağı seçki komissiyaları da bunu diqqət mərkəzində saxlamalıdır.
MSK-nın katibi, həmçinin kurs iştirakçılarına referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının üzərinə düşən vəzifələr, eləcə də yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.
Sonra Qəbələ rayon Məhkəməsinin hakimi Feyruz Abbasovun “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” mövzusunda məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 290-cı maddəsinə əsasən, həm fiziki, həm də hüquqi şəxslər səsvermə hüquqlarını pozan qərar və hərəkətlərlə bağlı Seçki Məcəlləsində müəyyən olunmuş qaydada ərizə ilə apelyasiya instansiyası məhkəmələrinə şikayət verə bilərlər. Seçki Məcəlləsinin “Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət verilməsi və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət” məsələlərini tənzimləyən 16-cı fəslinin qaydalarına əsasən, milli hüquqda seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müxtəlif növləri nəzərdə tutulur.
Dairə seçki komissiyasının sədri Ramiz Əsədov kurs iştirakçılarına gündəlikdəki üçüncü mövzu - seçici siyahıları ilə iş qaydası barədə məlumat verib. Bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, 54 seçki məntəqəsi üzrə 43 min 328 seçici qeydiyyata alınıb. Referendumun tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları tərəfindən lazımi hazırlıq işləri görülür.
Daha sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin hüquq şöbəsinin əməkdaşı Rauf İbrahimov kurs iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
* * *
Bərdə rayonu. 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyası (DSK) üzvlərinin və məntəqə seçki komissiyası sədrlərinin iştirak etdikləri kursun ilk günündə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun “Seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda məruzəsi dinlənilib.
Kursun digər mövzusu referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsaslarına, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmlərinə həsr olunub. Bununla bağlı iştirakçılar qarşısında Bərdə rayon məhkəməsinin sədri Ağarza Səmədov çıxış edib.
Mühüm siyasi kampaniya olan referendumun uğurla keçirilməsində seçici siyahılarının dəqiq və qüsursuz tərtib edilməsi də önəmli rol oynayır. Bu mövzu barədə danışan 93 saylı Bərdə şəhər seçki dairəsi DSK-nın sədri Şakir Əliyev dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və seçki hüququ ilə bağlı biliklərinin artırılması baxımından kursların əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, kurslar komissiya üzvlərinin və məntəqə seçki komissiyası sədrlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, hər bir seçki hərəkətinə məsuliyyətlə yanaşmalarında, seçkilərin demokratik və şəffaf keçirilməsində böyük təsirə malikdir.
Kurs çərçivəsində keçirilən seminarda DSK-nın sədri seçici siyahıları ilə iş qaydası ilə bağlı iştirakçılara geniş məlumat verib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Xaçmaz rayonu. 55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasında təşkil olunan kursun ilk günündə üç əsas mövzu üzrə maarifləndirmə işi aparılıb, müvafiq təlimatlar verilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov məruzəsində seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və digər istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolundan danışıb. O, bu qurumların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulmasının vacibliyini qeyd edib.
Məruzədə bildirilib ki, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə şərait yaradır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.
Dairə seçki komissiyalarının üzvləri və 42 məntəqə seçki komissiyasının sədrlərinin qatıldığı seminarda daha sonra Xaçmaz Rayon Məhkəməsinin sədri Əlövsət Paşayev məruzə ilə çıxış edib. İştirakçılara referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri haqqında ətraflı məlumat verilib.
Dairə seçki komissiyası üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini referenduma hazırlıq prosesi, seçici siyahıları ilə iş qaydası haqqında məlumatlandıran dairə seçki komissiyasının sədri Bəhram Ömərov Azərbaycanda daim təkmilləşən və dünya təcrübəsini özündə əks etdirən seçki qanunvericiliyi formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının gücləndirilməsinə göstərilən xüsusi diqqət və qayğı qarşıdakı seçki kampaniyasını da uğurla həyata keçirməyə imkan verəcək.
Daha sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
* * *
Şamaxı rayonu. 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasında keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kursların ilk günündə komissiyanın üzvləri və dairənin əhatəsində olan 63 seçki məntəqəsinin sədrləri iştirak edirlər.
Kursun birinci günü “Seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda məruzə ilə başlayıb. Bu barədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov çıxış edib.
Daha sonra rayon məhkəməsinin hakimi Ehtibar Hümbətov referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları ilə bağlı məsələlərə aydınlıq gətirib. O, həmçinin aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri barədə də ətraflı məlumat verib.
Hər iki mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İxtisaslaşdırılmış kursun ilk günü seminarla yekunlaşıb. Dairə seçki komissiyasının sədri Hüseyin Rəcəbov seçici siyahıları ilə iş qaydası barədə mövcud qanunvericiliyin tələblərini ətraflı şərh edib.
* * *
Digər şəhər və rayonlarda da keçirilən ixtisaslaşdırılmış kurslar avqustun 24-də başa çatacaq.

Paylaş:
Baxılıb: 659 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31