/ / “Formula-1” yarışları Azərbaycanın təbliği, ölkəmizin turizm imkanlarının artması baxımından çox önəmlidir
“Formula-1” yarışları Azərbaycanın təbliği, ölkəmizin turizm imkanlarının artması baxımından çox önəmlidir
23.06.2016 [10:00]
Prezident İlham Əliyev: Azərbaycanda idman uğurla, dinamik şəkildə inkişaf edir
Nəhayət, həyəcanlı anlar arxada qaldı. Ölkəmizin paytaxtı Bakı cari il iyunun 17-19-da Formula-1 Avropa Qran-prisinə böyük uğurla ev sahibliyi etdi. Məlum olduğu kimi, Formula-1 Avropa Qran-prisinin keçirildiyi üç gün ərzində azarkeşlər böyük idman həyəcanı yaşayıblar. Yarışın ilk günündə iki test yürüşü keçirilib. Hər iki test yürüşündə birincilik “Mercedes”in pilotu Luis Hamiltona nəsib olub. Azarkeşlər Avropa Qran-prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi olublar. Belə ki, iyunun 18-də komandalar üçüncü test yürüşünə qatılıblar. Bu mərhələni də Luis Hamilton birinci başa vurub. İyunun 18-də həmçinin sıralama yarışı keçirilib. Sıralama yürüşündə “Mercedes” komandasının pilotu Niko Rosberq rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. İyunun 19-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və ailə üzvlərinin izlədikləri Formula-1 Avropa Qran-prisinin açılış mərasimi və final yarışı keçirilib. Finalda 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. Gərgin idman mübarizəsi şəraitində keçən Avropa Qran-prisinin qalibi “Mercedes” komandasının üzvü Niko Rosberq olub. İkinci yerdə “Ferrari” komandasının pilotu Sebastian Fettel, üçüncü yerdə isə “Force İndia” komandasının pilotu Serxio Peres qərarlaşıblar.
1950-ci ildən etibarən müntəzəm olaraq keçirilən “Formula-1”in dünya miqyasınada öz nüfuzuna, ona göstərilən tamaşaçı marağına görə Yay Olimpiya Oyunlarından və futbol üzrə dünya çempionatından sonra üçüncü yerdə dayandığını nəzərə alsaq, onda paytaxtımızda keçirilən yarışların miqyası barədə konkret təsəvvür yaranar. Şübhə yoxdur ki, Bakının ev sahibliyi etdiyi Formula-1 Avropa Qran-prisi yüksək səviyyəsi ilə tarixdə qalacaq. Paytaxtımızda “Formula-1” yarışlarına hazırlıq işləri ən yüksək standartlar səviyyəsində həyata keçirilib. Bakı Şəhər Halqasının memarı Herman Tilkenin rəhbərliyi altında “Formula-1”in bir sıra özünəməxsus cəhətləri ilə fərqlənən 6 kilometr uzunluqda şəhər treki yaradılıb. “Formula-1” üzrə yeni şəhər treki Bakının müasirliyini və qədimliyini, həmçinin Xəzərin əsrarəngiz gözəlliyini təqdim etmək üçün əla imkanlar açıb. Belə ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görmək imkanı qazanıblar. Yeri gəlmişkən, dünyanın nüfuzlu idman nəşrləri, mütəxəssislər Bakının “Formula-1” yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildiriblər. Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda “Formula-1” yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını deyib.
Dünyada böyük maraqla izlənilən belə mötəbər yarışmanın keçirilməsinin Azərbaycana həvalə edilməsi isə heç də təsadüfi deyil. Müstəqillik illərində dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda idman yüksək səviyyədə inkişaf edib və Azərbaycan dünyada nüfuzlu idman ölkəsinə çevrilib. Bunu Azərbaycan idmançılarının beynəlxalq səviyyəli yarışlarda ildən-ilə daha yüksək nəticələr qazanmaları bir daha təsdiqləyir. Təkcə 2015-ci ildə respublikamızı təmsil edən idmançılar çoxsaylı beynəlxalq yarışlarda 823 medal qazanıblar ki, onların da 321-i qızıl medallardır. Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış etmələrindən, möhtəşəm idman arenalarında himnimizin səsləndirilməsindən məmnunluğunu ifadə edərək vurğulayıb ki, Azərbaycanda idman uğurla, dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyev respublikamızın dünyada idman dövləti kimi tanınmasına diqqət çəkərək bildirib: “Bu gün dünya miqyasında Azərbaycan idman dövləti kimi tanınır. Beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, onların rəhbərləri Azərbaycanda idmanda əldə olunmuş uğurları qeyd edirlər. Bu, bizim işimizə verilən böyük qiymətdir”.
Yeni tikilən arenalar sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturana malik ölkəyə çevrilib
Son illərdə Azərbaycan idmanının keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasında bütün ölkə boyu yaradılan müasir infrastrukturun rolunu xüsusi vurğulamaq gərəkdir. Yeni tikilən və yaxud yenidən qurulan arenalar sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır: “Bakıda yaradılmış və təmir edilmiş müasir idman infrastrukturu dünya səviyyəsindədir. Deyə bilərəm ki, biz dünyanın inkişaf etmiş ölkələrindən geri qalmırıq. Bizim idman qurğularımızın həm funksionallığı yüksəkdir, eyni zamanda, onlar memarlıq abidəsidir. Biz bunu bilərəkdən belə yaratmışıq ki, idman qurğuları gözəl şəhərimizə əlavə yaraşıq versin. Müasir idman bazaları, idman infrastrukturu, düzgün siyasət, idmançılara qayğı və dövlət tərəfindən qəbul edilən qərarlar bu vəziyyəti yaradıb ki, bu gün Azərbaycan dünya miqyasında ən birinci sıralardadır”.
Qeyd edək ki, ölkəmizdə müasir idman infrastrukturu yaradılması istiqamətində məqsədyönlü işə 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinin dəyişməsindən sonra başlanıb. Belə ki, Azərbaycan idmançıları MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi.
Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə paytaxtda və bölgələrdə yüksək səviyyədə inşa edilən Olimpiya idman kompleksləri ölkənin idman infrastrukturunu daha da zənginləşdirib. Hazırda respublikanın müxtəlif bölgələrində istifadəyə verilən Olimpiya idman komplekslərinin sayı 50-ni ötüb və daha bir neçə bölgədə oxşar idman obyektləri inşa olunur. Bu isə ölkəmizdə idmanın kütləviləşməsi deməkdir. Yeni tikilən Olimpiya idman komplekslərinin sayəsində təkcə Bakıda deyil, bölgələrdə də gənclər müxtəlif idman növləri ilə məşğul olmaq imkanı qazanıblar.
Bakıda yelkən idmanı üçün nəzərdə tutulan Yaxt-klub, “Musado” Taekvando evi, Otüstü xokkey kompleksi yeni tikilən idman obyektləri sırasındadır.
Ötən ilin iyununda Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin idman infrastrukturunu daha da zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan Atletlər Kəndi barədə də ən xoş söz söyləmək mümkündür. Atletlər Kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir. Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həmçinin bir sıra mövcud idman qurğularında, o cümlədən də Bakı İdman Sarayında, “Kristal Holl”da, Heydər Əliyev adına İdman-Konsert Sarayında əsaslı yenidənqurma və zəruri uyğunlaşdırma işləri aparılıb. Əlamətdar haldır ki, ölkəmizdə yeni inşa olunan və yaxud yenidən qurulan idman obyektlərində ən yüksək standartlar tətbiq olunur.
Azərbaycandakı möhkəm daxili sabitlik mötəbər idman yarışlarının təhlükəsiz şəraitdə keçməsində vacib rol oynayır
Hazırda dünyada sabitlik və təhlükəsizlik kimi məsələlər ciddi önəm kəsb edir. Bu da onunla bağlıdır ki, Avropada, Yaxın Şərqdə və dünyanın digər regionlarında ayrı-ayrı ölkələr terror və müharibə təhlükəsinin, milli, dini, irqi dözümsüzlüyün artmasının ciddi fəsadları ilə üzləşiblər. Müxtəlif ölkələrdə bəhs olunan zəmində yaşanan gərginliklərdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən dinc insanlar daha artıq dərəcədə əziyyət çəkirlər - onlar böyük məhrumiyyətlərlə üzləşir, qlobal miqyasda gedən tərəqqiyə, müsbət dəyişikliklərə inteqrasiyadan kənarda qalırlar. Dünyanın nüfuzlu ölkələrində belə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən də mötəbər idman yarışlarının terror təhdidləri, iğtişaşlarla müşayiət olunması olduqca kədərli mənzərədir.
Lakin dünyadakı belə arzuolunmaz mənzərə ilə müqayisədə Azərbaycan sabitlik və təhlükəsizlik adası kimi fərqlənir. Beynəlxalq idman ictimaiyyətinin mötəbər çempionatlara ev sahibliyi hüququnu Azərbaycana verməsinə əsas yaradan ən vacib amillərdən biri də məhz bununla bağlıdır. Möhkəm daxili sabitlik, vətəndaş həmrəyliyi beynəlxalq miqyaslı idman yarışlarının respublikamızda təhlükəsizlik şəraitində keçməsini şərtləndirir. Bunun təsdiqi kimi, ötən ilin yayında tarixdə ilk dəfə baş tutan birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasını və keçirilməsini nümunə göstərmək mümkündür. Oyunlar zamanı respublikamızda kiçik bir iğtişaş, çaxnaşma belə müşahidə edilmədi, əksinə, cəmiyyət, çoxminli könüllülər ordusu yarışların sabitlik və təhlükəsizlik şəraitində keçirilməsinə yüksək dəstək nümayiş etdirdilər.
Beləliklə, qlobal təhdidlərin artdığı indiki şəraitdə Azərbaycanda möhkəm daxili sabitliyin qorunub saxlanılması və ölkəmizin beynəlxalq əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verməsi, öz növbəsində, beynəlxalq idman ictimaiyyətində “Formula-1” kimi mötəbər yarışmanın respublikamızda təhlükəsizlik şəraitində keçəcəyinə böyük inam yaradıb və bu inam da özünü doğrultdu. Qeyd etmək yerinə düşər ki, paytaxtımızda 3 gün davam edən yarışların təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinqin rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə dəfə Bakı Şəhər Halqasına baxış keçirib. Trekin “Formula-1” yarışına hazır olduğunu yoxlamaq üçün keçirilən baxışlar zamanı trek yolu və onun ətrafında quraşdırılmış obyektlərin keyfiyyəti yoxlanılıb. Çarli Vaytinq trekin hazırlığından olduqca razı qaldığını bildirib.
Onu da vurğulamaq yerinə düşər ki, yarışın yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Təhlükəsizlik Departamenti respublikamızın müvafiq qurumları - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə Bakıda keçirilən “Formula-1”in təhlükəsizlik tədbirlərinin planını hazırlayıb. Tədbirlər planında yarışın yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçməsini təmin etmək üçün bütün məqamlar nəzərə alınıb.
Yüksək səviyyədə keçən yarışlar Azərbaycanın müsbət imicini daha da möhkəmləndirir
Azərbaycan beynəlxalq hüquq normalarından irəli gələn öhdəliklərini həmişə yüksək səviyyədə yerinə yetirir. Respublikamız, eyni zamanda, regional və qlobal miqyasda daim qarşılıqlı faydalı əməkdaşlıq platformalarından çıxış edir, zəngin mədəniyyətimizin, xalqımızın malik olduğu yüksək dəyərlərin dünyada təbliğ olunmasına çalışır. Həyata keçirilən məqsədyönlü siyasət son nəticədə ölkəmizə beynəlxalq miqyasda etibarlı tərəfdaş imici qazandırıb. Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində bildirib: “Biz son illər ərzində ölkəmizi dünya miqyasında kifayət qədər geniş şəkildə təqdim edə bilmişik. Müxtəlif tədbirlər, təqdimatlar, sərgilər, konsertlər keçirilmiş, Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi, bugünkü reallıqları kifayət qədər geniş şəkildə təqdim olunmuşdur”.
Heç şübhəsiz, ölkəmizin müsbət beynəlxalq imicinin möhkəmlənməsində idman sahəsində həyata keçirilən tədbirlər də mühüm rol oynayır. Respublikamızda idmanın inkişafının güclü şəkildə dəstəklənməsi və təşviq olunması beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bu inamın nəticəsidir ki, Azərbaycan artıq dünya və Avropa miqyaslı yarışların keçirildiyi bir mərkəzə çevrilib. Azərbaycan ev sahibliyi etdiyi turnirlərdə bir qayda olaraq öz xoş niyyətini nümayiş etdirərək yarışların ölkələr və xalqlar arasında dostluq, həmrəylik bayramına çevrilməsinə çalışır. Son illərdə Bakıda futbol üzrə qızlar arasında dünya çempionatı keçirilib, ölkəmiz bədii gimnastika və taekvando üzrə Avropa çempionatlarına, həmçinin yüksək səviyyəli bir sıra başqa turnirlərə ev sahibliyi edib. 2015-ci ilin yayında Bakıda tarixdə ilk dəfə birinci Avropa Oyunları keçirildi. Avropa Olimpiya Komitəsinə üzv olan bütün ölkələrdən təxminən 6 min atletin qatıldığı birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirildi. Yarışların təşkilində Azərbaycan yeni dünya standartları müəyyənləşdirdi. Oyunların yüksək səviyyədə təşkil olunması və keçirilməsi ölkəmizin gücünü və niyyətini bütün dünyaya nümayiş etdirdi. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Burada da Azərbaycan dövləti öz gücünü göstərdi. Cəmi iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində keçirilən Oyunlar təşkil edilmişdir. Bəlkə də, heç kim, o cümlədən xarici tərəfdaşlarımız inanmırdılar ki, biz bu Oyunları bu səviyyədə keçirəcəyik. Bütün Azərbaycan xalqı, doğrudan da, həmrəylik göstərmişdir”.
“Formula-1” yarışlarından sonra ölkəmiz yaxın gələcəkdə daha bir neçə mötəbər turnirə ev sahibliyi edəcək. Növbəti Dünya Şahmat Olimpiadası Bakıda təşkil olunacaq. Ölkəmiz 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bir sıra oyunları Bakıda keçiriləcək. Bütün bunlar qlobal miqyasda ölkəmizin artan nüfuzunun təsdiqidir. Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə bir qayda olaraq yüksək səviyyədə əməl etməsi beynəlxalq miqyasda, o cümlədən də dünyanın idman ictimaiyyətində respublikamıza böyük inam yaradıb.
Bəs “Formula-1” yarışları ölkəmizə nə verəcək? “Formula-1” yarışları Azərbaycanın təbliği, ölkəmizin turizm imkanlarının artması baxımından çox önəmlidir. Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışındakı çıxışında Formula-1 Avropa Qran-prisini ölkəmizin turizm imkanlarını dünyaya təqdim etmək üçün ən yaxşı vasitə kimi səciyyələndirərək vurğulayıb: “Formula-1” ölkəmizə böyük diqqət cəlb edəcək. Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur”.
Qeyd edək ki, ölkəmizə gələn turistlər yarışlar zamanı maraqlı anlar keçiriblər. Belə ki, treklə Xəzər sahili arasındakı bulvar hissəsində yaradılan “Formula-1” şəhərciyində müəyyən əyləncə tədbirləri keçirilib. Burada tamaşaçılar həm yarışları izləyib, həm də, sözün əsl mənasında, bayram ovqatı yaşayıblar. Mədəniyyət və Turizm Nazirliyi yarış ərəfəsində sırf turistlər üçün bir sıra maraqlı tədbirlər həyata keçirib. İyunun 17-19-da Bakıdakı bütün mədəniyyət obyektləri intensiv fəaliyyət göstərib və turistlərin ixtiyarında olub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

