Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
16.06.2016 [09:35]
İclasda “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Elm haqqında” qanun layihələri üçüncü oxunuşda qəbul olunub, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməklə magistr təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verilib
Dünən Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. Parlamentin spikeri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra dövlət himni səsləndirilib. Daha sonra iclasın gündəliyi təsdiq olunub.
İclasda ilk olaraq “Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təqdim olunub. Qanun layihəsi haqqında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. E.İbrahimov bildirib ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Onun sözlərinə görə, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların verdiyi təkliflərin uyğun gələnləri sənəddə nəzərə alınıb.
Sənəd üçüncü oxunuşda qəbul edilib.
Daha sonra “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda təqdim olunub. Parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir. O bildirib ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” Çərçivə Sazişinin və “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi məsələsinə baxılıb.
Müzakirələrdə çıxış edən millət vəkilləri bu sazişlərin əhəmiyyətini qeyd etməklə yanaşı, İranın işğalçı Ermənistanla mövcud olan əlaqələrini tənqid ediblər. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışında bildirib ki, İranla Ermənistan arasında olan münasibətlər məlumdur. Millət vəkili deyib ki, biz işğalçı dövlətlə hər hansı münasibəti qəbul etmirik. Onun sözlərinə görə, Azərbaycan hər hansı bir dövlətlə münasibət quranda kənar müdaxiləni qəbul etmir və müstəqil siyasət yürüdür: “Vaxtilə bizə təzyiq etdilər ki, siz də Rusiyaya qarşı sanksiyalara qoşulun. Lakin biz buna etiraz etdik və bildirdik ki, Rusiya bizim qonşumuzdur və bizim dost münasibətlərimiz var. Azərbaycan hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarıdır. Buna misal olaraq deyə bilərəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda İrana səfər etdi və səfər çərçivəsində bir sıra vacib əhəmiyyətli qərarlar qəbul edildi. Naxçıvanın blokadadan azad edilməsində İranın köməyini unutmaq olmaz. İran və Ermənistan arasındakı məsələyə xristian və müsəlman nöqteyi-nəzərindən yanaşmağın da tərəfdarı deyiləm. Burada söhbət müsəlmançılıqdan yox müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır”.
Müzakirələrdən sonra sazişlər təsdiq edilib.
İclasda həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilib. Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələni şərh edən birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Həmçinin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.
Deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda bu mütərəqqi dəyişikliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq bildiriblər. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” məsələni təqdim edib. Bildirib ki, bu qanunun tətbiqi ilə əlaqədar “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunun 2-ci maddəsində, “İnformasiya əldə etmək haqqında” Qanunun 4.2.3-cü maddəsində, “İctimai iştirakçılıq haqqında” qanunun 11.2-ci maddəsində “vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “vətəndaşların müraciətləri” ifadəsi ilə əvəz edilir.
İclasda həmçinin Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsinə də baxılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Vergi Məcəlləsinə edilən dəyişiklik vergi orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və maddi həvəsləndirilməsi üçündür. Belə ki, məcəllənin 22.2-ci maddəsində aparılan dəyişikliyə görə, vergi orqanlarının büdcədənkənar fondu bu orqanlar tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşacaq. İndiyədək həmin məbləğ 25 faiz nəzərdə tutulurdu.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov sənəddə “büdcədənkənar vəsait” məsələsinə tənqidi yanaşıb: “Büdcədənkənar vəsait anlayışı nədir? Axı belə bir anlayış yoxdur. Xüsusilə də son illər rayon icra hakimiyyəti başçıları bildirirlər ki, guya rayonlarda hansısa işləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Hansı pulla bunu həyata keçirirsən? Bu işlər hamısı dövlət vəsaiti hesabına həyata keçirilir. Ümumiyyətlə, bu məsələyə kim qarantiya verə bilər ki, şəffaflıq qorunacaq? Ona görə bu məsələni aradan qaldırmaq lazımdır. Belə bir anlayış hansı ölkədə var? Bu, şəffaflığın pozulması deməkdir”.
Vergilər nazirinin müavini Sahib Ələkbərov isə millət vəkillərinin suallarını cavablandırıb. O, Siyavuş Novruzovun büdcədənkənar vəsait anlayışı ilə bağlı səsləndirdiyi iradlara cavab olaraq bildirib ki, büdcədənkənar fondlar tək Azərbaycanda yox, başqa ölkələrdə də var: “Büdcədənkənar fond Maliyyə Nazirliyinin ciddi nəzarəti altında formalaşır. Eyni zamanda, Azərbaycanda büdcədənkənar fondlarla bağlı limit qoyulub. Orada xərclənən hər bir vəsait diqqət mərkəzindədir. Adətən, büdcədənkənar vəsait deyiləndə düşünülür ki, bu vəsait maaşlara əlavə üçün xərclənir. Vergilər Nazirliyi kifayət qədər böyük qurumdur, proqram təminatlarının, aparatların alınması üçün böyük vəsait tələb olunur. Büdcə ilin əvvəlində təsdiqləndiyi üçün o proqram təminatlarını, aparatları almaq mümkün olmaz”.
S.Ələkbərov əlavə edib ki, vergi orqanları vasitəsi ilə büdcəyə daxil olan vergilərin 33 faizi əlavə dəyər vergisidir.
Qeyd edək ki, iclasda bir sıra qanunlara da əlavə və dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49

