/ / Ali Məhkəmənin Plenumunda “Qaçaqmalçılıqla bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ müzakirə olunub
Ali Məhkəmənin Plenumunda “Qaçaqmalçılıqla bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ müzakirə olunub
03.06.2016 [10:08]
İyunun 2-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olub.
AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev əvvəlcə plenumun gündəliyini elan edib.
R.Rzayev plenumun iclasında çıxış edərək bildirib ki, qaçaqmalçılıq cinayətləri dövlətin normal xarici-iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərə qəsddir. Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin, silah və döyüş sursatının, zəhərləyici maddələrin, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının və bu silahların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların dövlət gömrük sərhədindən qeyri-qanuni yolla keçirilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığı və digər mühüm dəyərlərimizi ciddi təhlükə altına alır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrdə inkişafı gömrük xidmətini də əhatə edib. Gömrük orqanlarının müasir avadanlıqlarla təchiz olunması cinayətlərin açılmasında və qarşısının alınmasında mühüm rol oynayır. Bununla yanaşı, ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə malların və digər əşyaların gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirilməsi, bunun üçün daha asan şəraitin yaradılması istiqamətində dövlətimizin başçısı tərəfindən bir sıra fərmanlar və sərəncamlar imzalanıb. Bunun bariz nümunəsi kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nı göstərmək olar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Plenumun “Qaçaqmalçılıqla bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərar layihəsinin təkmilləşdirilməsi üçün Administrasiya tərəfindən verilən bir sıra təklifləri diqqətə çatdırıb və bununla bağlı fikirlərini bildirib.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bu sahədə mövcud qanunvericilik bazasından, son 10 ildə qaçaqmalçılıqla bağlı məhkəmələrə göndərilən cinayət işlərindən danışıb. Nazir layihənin müzakirəsinin bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşmasına əlavə töhfə verəcəyini deyib.
Layihənin əhəmiyyətini vurğulayan Baş prokuror Zakir Qaralov prokurorluğun bununla bağlı təqdim etdiyi təkliflərdən söz açıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev keçirilən müzakirələrin layihənin təkmil bir sənəd olmasına müsbət təsir göstərəcəyini deyib.
Plenumda “Qaçaqmalçılıqla bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərar layihəsi geniş müzakirə olunub, təhlillər aparılıb.
Müəyyənləşdirilib ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən, əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir. Bununla yanaşı, məhkəmə təcrübəsində bəzi nöqsan və qanun pozuntularına yol verildiyi aşkarlanıb.
İclasda plenum üzvlərinin çıxışları dinlənilib, layihənin müxtəlif maddələri ilə bağlı konkret təkliflər səsləndirilib.
Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə müvafiq qərar qəbul olunub. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə təkliflər verilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46

