/ / Azərbaycan və Çin arasında kommunal təyinatlı nəqliyyat vasitələrinin təhvil-təslim aktı imzalanıb
Azərbaycan və Çin arasında kommunal təyinatlı nəqliyyat vasitələrinin təhvil-təslim aktı imzalanıb
28.05.2016 [08:51]
Mayın 27-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında 50 kommunal təyinatlı nəqliyyat vasitəsinin təhvil-təslim edilməsi ilə bağlı akt imzalanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında 2015-ci il yanvarın 27-də və fevralın 2-də mübadilə edilmiş notalara əsasən, Çin Hökuməti Azərbaycan Hökumətinə 50 kommunal təyinatlı nəqliyyat vasitəsi təqdim edib.
Çin Xalq Respublikası Hökuməti tərəfindən ayrılmış texniki yardım hesabına həmin 50 xüsusi təyinatlı nəqliyyat vasitəsi 2016-cı il aprelin 9-da Bakıya çatdırılıb. Onların sırasına məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri daxildir. Nəqliyyat vasitələri “China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır.
Aprelin 11-də Çin Xalq Respublikasından Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinə Biləcəri stansiyasında baxış keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azəravtoyol” ASC-nin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Azərbaycanla Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildiriblər.
Tədbir çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası və Çin Xalq Respublikası hökumətləri arasında 2015-ci ildə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ölkəmizə gətirilən və “China Civil Engneering Construction Corporation” şirkətinin istehsalı olan 50 kommunal təyinatlı xüsusi maşından dördü verilib.
Mayın 27-də isə Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında 50 kommunal təyinatlı nəqliyyat vasitəsinin təhvil-təslim edilməsi ilə bağlı akt imzalanıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov bildirib ki, Azərbaycan və Çin hökumətləri arasında dostluq əlaqələri bütün sahələrdə inkişaf edir. Bu dostluq və əməkdaşlıq əlaqələrinin yaranmasında hər iki ölkənin rəhbərləri birgə səy göstərib və töhfələrini veriblər. Bu gün baş tutan təhvil-təslim aktı da bu əlaqələrin bəhrəsi və bariz nümunəsidir. Bu münasibətlər daimidir, hər iki ölkə yaranmış əlaqələr çərçivəsində mövcud əlaqələrin sıx olmasına çalışacaq.
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Çindən Azərbaycana 50 kommunal təyinatlı xüsusi maşının gətirilməsini və digər layihələri bu münasibətlərin Çin tərəfindən dəyərləndirilməsi kimi ifadə etmək olar. Bu münasibətlərin qorunması və daimi olması bizim üçün vacibdir.
Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında 50 kommunal təyinatlı nəqliyyat vasitəsinin təhvil-təslim edilməsi ilə bağlı aktı Çinin ölkəmizdəki səfiri Xun Tsyuin və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov imzalayıblar.
Xüsusi təyinatlı maşınlar Azərbaycan-Çin dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Hökumətinə 4,5 milyon ABŞ dolları məbləğində ayrılan növbəti qrant yardımı hesabına təqdim olunub.
Gətirilən 50 maşından 4-ü (1 çirkab suları sovuran, 1 su daşıyan və 2 yolları süpürən maşın) “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib. Digər maşınlar isə respublika üzrə müvafiq dövlət qurumlarına paylanılacaq.
Xəbər lenti
Hamısına baxHadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17

