Milli Məclisin iclasında bir sıra qanunlara dəyişikliklər edilib
05.03.2016 [11:37]
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri də seçilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyi haqqında məlumat verib. Spiker qeyd edib ki, dövlət başçısı tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bağlı 24 qanun layihəsinə dəyişikliklər nəzərdə tutulur və bu sənədlər parlamentə paket halında daxil olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Gənclər və idman komitəsinin sədri Fuad Muradov qanun layihələrinə dəyişikliklərlə bağlı məlumat veriblər. Bu dəyişikliklər mahiyyət etibarilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı texniki düzəlişlərdən ibarətdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə, Mülki, Vergi, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri, “Publik hüquqi şəxslər haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Lotereyalar haqqında” və “Valyuta tənzimi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə layihələr qəbul edilib.
İclasda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib ki, Palata ikisəviyyəli idarəetmə strukturuna malik olacaq: “Ali idarəetmə orqanı ölkə başçısı tərəfindən formalaşdırılacaq və Direktorlar Şurası adlanacaq. Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirəcək. Direktorlar Şurası Palatanın fəaliyyətinin bütün strateji aspektlərini müəyyən edəcək, onun təşkilati struktur, daxili prosedur və qaydalarını müəyyən edəcək, normativ aktların qəbulu ilə məşğul olacaq. Direktorlar Şurası həmçinin maliyyələşmə və büdcə prinsiplərini müəyyən edəcək. İdarə Heyəti isə gündəlik fəaliyyəti təşkil edəcək”.
R.Aslanlı bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır. Ötən dövr ərzində işçi qrup Palatanın fəaliyyətinin mütərəqqi beynəlxalq prinsip və standartlara uğun təşkil olunmasını təmin etmək məqsədilə bu sahədə mövcud olan beynəlxalq standartları araşdırıb. Bunun nəticəsi olaraq isə dövlət başçısına həm təşkilati, həm normativ xarakterli təkliflər təqdim edilib. Bu gün müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur. O bildirib ki, Azərbaycanda yenilik olan maliyyə bazarları tənzimləyicisi bir müddətdir həm Qərbdə, həm Şərqdə geniş tətbiq olunur. Bütövlükdə Palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Palata həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrar sığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur. Kapital bazarı ilə bağlı bir müddət bundan öncə parlamentdə yeni qanun qəbul olundu. Kapital bazarları institutları dedikdə investisiya şirkətləri, fond birjaları, klirinq depozitar institutları nəzərdə tutulur. Palata həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq. Habelə bu gün mövcud olan qiymətli kağızların ticarəti üzrə klirinq və hesablaşma sistemlərinin fəaliyyətinin tənzimlənməsi hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən icra edilir, gələcəkdə isə bu funksiya Palatanın mandatına daxil ediləcək.
Qeyd edilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə vasitədən istifadə edəcək. Bunlardan birincisi lisenziyalaşdırmadır. Palata yuxarıda sadalanan sahələrdə lisenziyalaşdırma aparacaq. İkincisi, Palata maliyyə sektorunda norma yaratmaq, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq. Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə və yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlandıqda bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq. Bildirilib ki, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək.
İşçi qrupun rəhbəri vurğulayıb ki, iclasın gündəliyində təqdim olunan qanunvericilik zərfi məhz Palatanın sadalanan mandat çərçivəsində fəaliyyəti üçün hüquqi əsaslar yaratmağa xidmət edir. Hazırda bank, sığorta və kapital bazarları sektorlarını müxtəlif orqanlar tənzimləyir və orada nəzarət tədbirləri həyata keçirir. Bu tənzimləyici orqanlar isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. Nəzərə alsaq ki, bu funksiyalar üç orqandan yeni yaradılacaq orqana keçəcək, buna görə də təklif olunmuş qanunvericilik zərfində məhz bu funksiyaların yeni quruma keçirilməsi üçün əlavə dəyişikliklər nəzərdə tutulub.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, əmanətlərin tam sığortalanması çox vacibdir. Çünki əmanətlərin 100 faiz sığortalanması həyata keçirilərsə, vətəndaşlar ehtiyat üçün saxladıqları öz vəsaitlərinin hamısını inamla banklara yerləşdirə bilərlər. S.Novruzov bildirib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə paket şəklində göndərilmiş qanun layihələri çox əhəmiyyətlidir. Onun sözlərinə görə, iqtisadi sektorun inkişafı, dövlət büdcəsinə gəlirlərin gəlməsi, maliyyə nəzarətinin həyata keçirilməsi üçün bu sənədlərin qəbul olunması vacibdir.
“Son zamanlar bəzi qurumlarda, dövlət strukturlarına daxil olmayan kommersiya sahələrində, banklarda müxtəlif hadisələr baş verdi. Buna nəzarət mexanizminin olmaması nəticəsində Azərbaycan vətəndaşlarının bir qrupu əziyyət çəkdi və banka olan inam azalmağa başladı. Halbuki, Azərbaycan dövləti maliyyə sisteminin sabitliyini illərlə qoruyub saxlamaqla yanaşı, əhalidə banklara inam yaratmışdı. Hesab edirəm ki, bu inamı bərpa etmək lazımdır. Vətəndaşlar əmanətlərini sərbəst şəkildə banklarda yerləşdirə bilməlidirlər. Bu, bir tərəfdən, vətəndaşların gəlirlərini artırır, bank sisteminə inam yaradır, bankların kredit verməsinə köməklik göstərir, digər tərəfdən isə, cinayətkarlığın qarşısını alır. İqtisadi blokun inkişafı həm maliyyə sisteminin tənzimlənməsi, həm də bank sisteminin möhkəmlənməsi üçün çox vacibdir. Bu baxımdan yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi fəaliyyət göstərəcək”, - deyə S.Novruzov vurğulayıb.
Müzakirələrdə həmçinin millət vəkilləri Əli Məsimli, Vahid Əhmədov, Fəzail Ağamalı və digərləri çıxış edərək sözügedən palatanın yaradılmasının əhəmiyyətini və bununla əlaqədar qanunlara edilən dəyişikliklərin vacibliyini vurğulayıblar.
Daha sonra iclasda “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi haqqında geniş məlumat verib.
Müzakirələr zamanı Milli Məclisin sədr müavini Valeh Ələsgərov çıxış edərək qanunlara edilən dəyişikliklərin əhəmiyyətli olduğunu bildirib. O, dəyişikliklərlə bağlı bir sıra təkliflərini səsləndirib. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, qanun layihəsinin qəbulu böyük əhəmiyyət kəsb edir: “Təhlükəsizlik, hərbi və strateji məsələlərdən başqa, digər sadalanan məsələlər də layihədəki siyahıya daxil olunmalıdır. Sahələrin bir hissəsi siyahıya daxil olunub, digər hissəsi isə daxil olunmayıb. Əgər investisiya cəlb etmək istəyiriksə, orada bütün sahələri qeyd etməliyik. Kim istəyir zavod, fabrik tikə, park sala bilsin və digər məsələlərlə məşğul olsun. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var. Bakı şəhərinin 9 rayonunda qəzalı vəziyyətdə olan, yaşayış və qeyri-yaşayış, o cümlədən boş torpaq sahələrində yeni evlərin, mənzillərin tikilməsi ilə əlaqədar qərar qəbul edilib. Bu qərarın dərhal həyata keçirilməsi üçün yerli icra strukturlarına tapşırıqlar verilib”.
Komitə sədri deyib ki, qanun elə qəbul olunmalıdır ki, Bakı şəhərinin həmin 9 rayonunda tikinti proseslərində xarici investorların da iştirakı mümkün olsun: “Onlar istər hotel, istər yaşayış evləri, istərsə də qeyri-yaşayış obyektləri tikə bilməlidirlər. Bu, eyni zamanda, yeni iş yerlərinin açılmasına da kömək edər”.
Müzakirələrdə millət vəkilləri Fuad Muradov, Sona Əliyeva və başqaları çıxış ediblər.
İclasda həmçinin yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə qərar qəbul edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sözügedən qanun layihəsi öncə etirazı qəbul olunmuş qanun layihəsi ilə bağlıdır. O qeyd edib ki, bu qanun layihəsinə də Prezident tərəfindən edilən etiraz haqlıdır. Milli Məclis Prezidentin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununun məqsədəuyğun olmaması haqqında təklifini qəbul edib.
İclasda Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri də seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

