Azərbaycanda dərman istehsalı müəssisələri yaradılacaq
07.01.2016 [10:25]
Musa Quliyev: Ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal etmək və onu xarici bazarlara çıxarmaq mümkündür
Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sözügedən sahədə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Təbii ki, bütün bunlarla yanaşı, həlli vacib olan məsələlər də var. Bunlardan biri də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi istiqamətində sistemli iş aparır və bir çox dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənib. Eyni zamanda, dərman vasitələrinin keyfiyyətinə nəzarət məsələsində də hökumət ciddi addımlar atmaqdadır.
Artıq dərman vasitələrinin ölkəmizdə istehsal olunması məsələsi də gündəmdədir. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq.
Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.
Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Əli Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dərmanın strateji məhsul olduğunu bildirib. Onun fikrincə, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir: “Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar. Təəssüf ki, indiyə qədər Azərbaycanda dərman istehsalı yoxdur. Keçmiş SSRİ dövründə ölkəmizdə yod istehsal edən zavod fəaliyyət göstərib ki, vaxtilə bu dövlətin böyük bir ərazisini yodla təmin edib. Eyni zamanda, Naftalan neftindən də sürtkü dərmanlar hazırlanıb. Hazırda hər iki sahədə istehsal yoxdur. Amma ölkəmizin həm yod istehsal etmək, həm də Naftalan neftindən dərmanlar hazırlamaq üçün böyük potensialı var. Nəzərə alaq ki, bu gün Azərbaycan müharibə şəraitində olan ölkədir. Əgər hərbi əməliyyatlar başlayarsa, dərmana ehtiyacımız çox ciddi şəkildə artacaq. Bu mənada dərman istehsal etməyimiz vacibdir”.
Komitə sədrinin müavini qeyd edib ki, ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Onun sözlərinə görə, bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada bir nəfərin illik 20 dollar həcmində dərmana etiyacı var. Bu göstərici ilə hesablasaq, ölkəmizdə hər il dərmana təxminən 2 milyard dollar həcmində pul xərclənir. Doğrudur, bizdə rəsmi göstəricilər aşağıdır, amma beynəlxalq standartlara görə, dünyada vəziyyət belədir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür”, - deyən M.Quliyev onu da qeyd edib ki, dərman istehsalı həmçinin yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanmasına və onların işlə təmin olunmasına şərait yaradacaq.
Millət vəkili deyib ki, digər bir özəllik ondan ibarətdir ki, Azərbaycan dərman bitkiləri ilə zəngin regiondur: “Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunacaq. Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirəcək”.
Hökumətin bu məsələ üzərində çalışdığını deyən M.Quliyevin sözlərinə görə, yerli istehsal xaricdən gətirilən dərmanlardan ucuz başa gələcək. “İlkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Bizim sahibkarlara da imkanlar yaradılmalıdır ki, dərman idxalından asılılığımız aradan qalxsın. Bunun üçün gömrük və vergi güzəştləri tətbiq edilməlidir. Sahibkarlar ona görə bu məsələ ilə məşğul olmurdular ki, dərman üçün xammala gömrük rüsumu tətbiq olunurdu, bu da sərfəli deyildi. Bu məsələyə də baxılmalıdır ki, sahibkarlar üçün dərman istehsalı cəlbedici olsun”, - deyə komitə sədrinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06

