Ermənipərəst Kramer anti-azərbaycançı layihənin dəstəkçisi rolunda...
07.01.2016 [10:15]
Yaxud, radikal müxalifət ölkəmizə qarşı hazırlanan qərəzli planın tərkib hissəsinə çevrilib
Azərbaycanın son illərdə bir çox sahələrdə əldə etdiyi uğurlar, eləcə də insan hüquq və azadlıqlarının qorunması, tolerantlığın inkişaf etdirilməsi yönündə aparılan siyasi kurs dostlarımızı sevindirsə də, ölkəmizə qarşı fərqli standartlarla yanaşma sərgiləyən bir sıra xarici anti-azərbaycançı mərkəzlərin narahatlığına səbəb olub. Çünki erməni lobbisinin maliyyəsi ilə ölkəmizə qarşı şər-böhtan kampaniyası aparan belə mərkəzlər Azərbaycan dövlətinin müstəqil xarici və daxili siyasi kurs yürütməsi ilə barışa bilmirlər. Və məhz buna görə də Qərbdəki sözügedən mərkəzlər ara-sıra ölkəmizə qarşı yönəlmiş fərqli “layihələr”lə gündəmə gəlməyə çalışırlar.
Elə hər zaman ermənipərəstliyi ilə seçilən konqresmen Kristofer Smitin, o cümlədən ölkəmizə qarşı həyata keçirilən qaralama kampaniyalarının önündə yer alan Devid Kramer kimi “siyasətçilər”in 2015-ci ilin sonunda yenidən “aktivləşmə fazası”na qədəm qoyması da bu qəbildəndir. Belə ki, ABŞ-ın Helsinki Komissiyasının rəhbəri konqresmen Kristofer Smitin hazırladığı “Azərbaycan Demokratiya Aktı” adlı qərəzli, ermənilərin mənafelərinə xidmət göstərən layihə birmənalı şəkildə şər-böhtan xarakteri daşıyır. Eyni zamanda, K.Smitin ermənilərin istəyi əsasında hazırladığı kimsədə şübhə doğurmayan layihəyə dəstək verənlər bir daha öz kimliklərini açıq şəkildə ortaya qoyur, məqsədlərini bəlli edirlər.
Qeyd etdiyimiz kimi, hər zaman ölkəmizə qarşı aparılan böhtan kampaniyasına dəstək olan, “beşinci kolon”un əsas himayədarlarından sayılan Makkeyn İnstitutunun İnsan Haqları və Demokratiya üzrə baş direktoru Devid Kramer də K.Smitin qərəz dolu layihəsinin müdafiəçisi qismində çıxış edir. Belə ki, dolayısı ilə Azərbaycan Prezidentinin verdiyi sonuncu Əfv Sərəncamını təftiş etməyə niyyətlənən D.Kramer qondarma “siyasi məhbus problemini” yenidən gündəmə gətirməklə K.Smiti dəstəkləyir.
Təbii ki, D.Kramerin bu cəhdi birbaşa ermənipərəst maraqlara xidmət göstərir. Eyni zamanda, D.Kramer özü də etiraf edir ki, Azərbaycan dövləti tərəfdaş olaraq ABŞ üçün böyük əhəmiyyətə malikdir. Bununla belə, erməni lobbisinin istəyi nəticəsində D.Kramer də öz dövlətinin maraqlarını zərbə altına qoyur.
Digər tərəfdən, insan haqları üzrə ekspert olan D.Kramer ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan çoxsaylı addımları qeyd etmir, vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət və qayğıdan danışmır, QHT sektorunun azad və effektiv fəaliyyətinin tənzimlənməsi yönündə görülən tədbirləri dilə gətirmir. Eyni zamanda, Ermənistanın işğalı nəticəsində ev-eşiklərindən didərgin düşmüş bir milyona yaxın Azərbaycan vətəndaşının pozulan hüquqları da nədənsə D.Kramerin yadına düşmür. Amma Azərbaycanın qanunvericiliyi əsasında, törətdiyi cinayət faktına görə həbs edilmiş və “beşinci kolon”un nümayəndəsi kimi D.Kramerin də yaxın “tərəfdaşı” sayılan bəzi şəxslərin ciddi cəhdlə “siyasi məhbus” adlandırılması artıq bütün mətləblərə “işıq salır”. Bu fakt bir daha onu göstərir ki, K.Smit, D.Kramer kimi insan hüquqları və demokratiya məfhumlarını alver predmetinə çevirənlər birmənalı şəkildə erməni lobbisinin maraqlarının əsirinə çevriliblər.
Yeri gəlmişkən, son proseslər başqa bir məqamı da növbəti dəfə ortaya çıxardı. Belə ki, K.Smitin qərəz dolu layihəsinin ölkəmizdəki bir sıra radikal müxalifət düşərgəsi nümayəndələri tərəfindən sevinclə qarşılanması, həmçinin D.Kramerin yalanlarının radikal düşərgə təmsilçilərinin nəzarətində olan qəzetlərdə tirajlanması bu şəxslərin də sözügedən anti-Azərbaycan xarakterli layihənin “hissəsi” olduğunu deməyə əsas verir. Bir sözlə, görünən odur ki, hər zaman ölkəmizə qarşı böhtan kampaniyası aparan ermənilərlə, ermənipərəst xarici mərkəzlərlə eyni sırada yer alan Əli Kərimli və onun nəzarətindəki mətbu orqan bu dəfə də ampluasını dəyişmək fikrindən uzaqdır. Azərbaycana qarşı hər hansı bir sanksiyanın müzakirəsini belə toy-bayramla, sevinclə qarşılayan bu antimilli dəstə nümayiş etdirdikləri mövqe ilə hansı “havaya oynadıqlarını” növbəti dəfə sübuta yetirirlər. Öz xarici “maddi təminat mənbələri”ndən daha çox maliyyə almaq üçün kristofer smitlərdən, devid kramerlərdən daha çox canfəşanlıq göstərən belələri Azərbaycan cəmiyyətinə öz kimliklərini bir daha nümayiş etdirirlər. Amma düşünmürlər ki, “özgə atına minən”in aqibəti heç də yaxşı sonluq vəd etmir. Azərbaycan xalqı satqınlığı özünə peşə seçmiş belələrinə hər zaman öz yerlərini göstərib...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

