“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatı olub
22.12.2015 [09:49]
Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək kitab haqqında məlumat verib. Qeyd edilib ki, kitabda Prezident İlham Əliyevin 2003-2015-ci illərdə dövlət-din münasibətləri ilə bağlı imzaladığı sərəncamlar, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, nitqləri, görüşləri, müxtəlif beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətlər, müqəddəs dini məkanlara etdiyi səfərlər, bayram və əlamətdar hadisələrlə bağlı dini konfessiya rəhbərlərinə təbrikləri toplanıb.
Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin, bu sahədəki siyasətin Prezident İlham Əliyev tərəfindən müəyyən edildiyini söyləyib. Komitə sədri bildirib ki, kitab Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə aid səsləndirdiyi bütün fikirləri özündə ehtiva edir. Bu isə ölkəmizdəki müxtəlif dinlərin nümayəndələri, ilahiyyatçılar, tədqiqatçılar üçün vacib mənbə olacaq. O, bu nəşrin bütün kitabxanalara, icmalara, tədqiqat mərkəzlərinə də veriləcəyini deyib. Azərbaycanın sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan bir ölkə olduğunu deyən M.Qurbanlı bunun bütün dünyada qəbul edildiyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birlikdə səmərəli fəaliyyət göstərdiyini söyləyib. Təqdimatı keçirilən kitabda Prezident İlham Əliyevin dinlə bağlı fikirlərinin yer aldığını deyən Q.Cavadlı bunun dini konfessiyalar üçün çox vacib olduğunu vurğulayıb.
Mərasimdə Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete kitabla bağlı fikirlərini səsləndiriblər. Onlar Azərbaycanın tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini bildiriblər. Azərbaycanın tolerantlıq sahəsindəki təcrübəsinin dünya ölkələri tərəfindən öyrənilməsinin önəmi qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

