Dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması siyasi səbəblərlə bağlıdır
22.12.2015 [09:46]
Rusiyanın siyasi səhnədən və dünya enerji bazarından sıxışdırılıb çıxarılması məsələsində ABŞ-ın və OPEK-də təmsil olunan iri karbohidrogen ixracatçılarının maraqları uzlaşır
XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasətinin ən böyük hadisələrindən biri nəhəng geosiyasi subyekt olan SSRİ-nin süquta uğraması oldu. Bundan sonra təkqütblü sistemə (idarəetmə mərkəzinə) əsaslanan yeni dünya nizamı meydana çıxdı. Qloballaşma prosesinin geniş vüsət aldığı ilk mərhələdə yeni dünya nizamı daha çox iqtisadi amillər üzərində inkişaf etməyə və hegemonluq mübarizələri ön plana çıxmağa başladı. Məhz belə bir situasiyada hegemonluğu təmin etmək istəyən müəyyən güc mərkəzləri müxtəlif qlobal strategiyalarla çıxış etməyə başladılar. Bu kontekstdə dünya enerji resurslarına nəzarət və ya neft, qaz kimi strateji məhsulların dünya bazarlarına çıxarılması məsələsində manipulyasiya xüsusi diqqət mərkəzinə gəldi. Hazırda həmin beynəlxalq dairələrin enerji siyasəti regional və beynəlxalq təhlükəsizliklə yanaşı, dünya iqtisadiyyatına ciddi neqativ təsir göstərir. Ekspertlərin qənaətinə görə, bu qüvvələr enerji resurslarına total nəzarət uğrunda müharibələr aparmaqla, əslində, dünya iqtisadi sisteminin tənəzzülünü gözə alaraq öz iqtisadiyyatının artımına nail olmağa çalışırlar.
Dolayısıyla, son zamanlar sözügedən güc mərkəzlərinin beynəlxalq miqyasda atdığı addımlar dünya iqtisadiyyatında müəyyən kataklizmlərə və tənəzzül meyillərinə səbəb olub. Xüsusilə də, neftin qiymətində kəskin enmələr müşahidə olunur ki, bu da neft ixrac edən ölkələrin iqtisadiyyatında mənfi tendensiyaların yaşanmasına səbəb olur. Dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.
Əlbəttə, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması daha çox siyasi səbəblərlə bağlıdır. Vaxtilə SSRİ-ni iqtisadi və siyasi böhrana sürükləmək üçün ABŞ və onun təsirində olan Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEK) tərəfindən neftin qiymətləri süni şəkildə aşağı salınmışdı. Oxşar ssenari hazırda Rusiyaya qarşı yenidən tətbiq edilir.
Digər bir reallıq ondan ibarətdir ki, OPEK dünya bazarında neftlə əlaqədar yaranmış böhranı aradan qaldırmaq üçün müəyyən imkanlara və fəaliyyət mexanizminə sahib olsa da, bu istiqamətdə addım atmır. Əksinə olaraq OPEK-in məsələ ilə əlaqədar təşkil etdiyi əlahiddə yığıncaqlardan sonra neftin qiymətində növbəti enmə dalğası müşahidə olunur. OPEK-in işində fəal rol oynayan Venesuelada baş vermiş hakimiyyət dəyişiklikləri, İranın isə Qərblə, xüsusən ABŞ ilə anlaşması bu təşkilatda onsuz da mövqeyi güclü olan ABŞ-ın təsir mexanizmini daha da gücləndirib. Qısacası, OPEK ABŞ-ın geosiyasi maraqlarını həyata keçirən növbəti mexanizmə çevrilmişdir. Rusiyanın siyasi səhnədən və dünya enerji bazarından sıxışdırılıb çıxarılması məsələsində ABŞ-ın və hazırda OPEK-də təmsil olunan iri karbohidrogen ixracatçılarının maraqları uzlaşır.
Qlobal iqtisadi tənəzzül və dünya neft bazarında süni olaraq yaradılmış qiymət böhranının fonunda ABŞ-n federal rezervlər siyasətini yenidən gözdən keçirməsi, yəni indiyə qədər toxunmadığı yanacaq-energetika ehtiyatlarının istehsal və ixracına qərar verməsi də böhranın dərinləşməsi üçün atılan addımlardandır. Belə spekulyasiyalar, öz maraqları naminə dünya iqtisadiyyatını dağıtmaqdan çəkinməyən treyder münasibəti neft qiymətlərinin hələ uzun müddət bahalaşması imkanını azaldır. Dünyanın iri enerji istehlakçıları olan ölkələrdə sənayenin azalması da neft qiymətlərinə ciddi təsir edir. Təklifin tələbi üstələməsi fonunda daha bir neqativ proses indiyədək öz neft ehtiyatlarını formalaşdıran bəzi ölkələrin ABŞ-ın ardınca bu rezervləri istifadəyə açması, istehlak bazarına külli miqdarda əlavə neft daxil edilməsidir.
Görünən odur ki, neftin qiymətinin mümkün son həddə endirilməsi, beləliklə, Rusiya kimi potensial rəqibin böhrana sürüklənməsi ABŞ siyasətinin son məqsədidir. Bu isə, bütövlükdə, dünya iqtisadi sisteminə ciddi neqativ təsir göstərməkdədir və həm beynəlxalq miqyasda, həm də ayrı-ayrı ölkələrin timsalında müsbət nəticə vəd etmir.
Nurlan
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16

