Tatyana Borzova: Ermənistan “Kim erməni deyilsə ərazilərimizi tərk etsin!” siyasətini yürüdür
15.12.2015 [10:13]
Ermənistan hələ sovet dövründə digər millətləri öz ərazisindən sıxışdırıb çıxaran və ya özünə tabe edən mono respublika idi. İndi isə vəziyyət daha da acınacaqlıdır. Son 10 il ərzində Ermənistandan köçənlərin 64 faizi rusdilli əhalidir. Bundan başqa, Ermənistanda əsrlərlə yaşayan azərbaycanlılar, gürcülər, belaruslar, ukraynalılar da bu ölkəni tərk etmək məcburiyyətində qalıblar. Bu gün Ermənistan “Kim erməni deyilsə, zəhmət çəkib bizim əraziləri tərk etsin!” siyasətini yürüdür.
Bu fikirləri Rusiyanın “İnterfaks” agentliyində “MDB və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi” mövzusunda keçirilən mətbuat konfransında Avrasiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Tatyana Borzova deyib. Ekspert qeyd edib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən rusdilli əhali kütləvi şəkildə köçür. İnstitutun Dağlıq Qarabağdakı rusdilli icma ilə telefon vasitəsilə apardığı sorğunun nəticələri göstərib ki, son bir ildə bu bölgəni min rusdilli ailə tərk edib.
Avrasiya Strateji Tədqiqatlar İnstitutunun “NGO Acceptare” qeyri-hökumət təşkilatı ilə birlikdə apardığı tədqiqatın nəticələrinə görə, MDB ölkələrində rusdilli əhaliyə münasibət Azərbaycanda daha ürəkaçandır. Azərbaycanda rus dilində orta və ali təhsil almaqla yanaşı, rusdilli əhali bütün dövlət və qeyri-dövlət strukturlarında işlə təmin oluna bilir, rus icmasının nümayəndəsi parlamentdə təmsil olunur. T.Borzova deyib: “Azərbaycana səfərim zamanı Bakı Slavyan Universitetində oldum. Bu ali məktəbin mütəxəssisləri bizi ölkənin digər bölgələrinə səfərlərdə də müşayiət edirdilər. Heydər Əliyev Beynəlxalq Aeroportundan tutmuş ən ucqar bölgələrədək heç yerdə rus dilində ünsiyyət bizim üçün maneə yaratmırdı. Rusdilli əhaliyə bu cür münasibətə görə Azərbaycana minnətdarıq”. Tədqiqat çərçivəsində aparılan sorğunun “Fikrinizcə, yaşadığınız ölkədə rusdilli əhalinin hüquqlarının pozulması üçün hansı səbəblər ola bilər?” sualına Azərbaycanda dini əqidə səbəbini heç kim misal gətirməyib. Halbuki dini baxımdan Rusiyaya yaxın Ermənistanda rəyi soruşulan rusdilli əhalinin 3,27 faizi dini əqidəsinə görə hüquqlarının pozulmasından şikayət edib.
Ermənistana səfərindən danışan T.Borzova vurğulayıb ki, rusdilli mətbuatda yazılanlarla Ermənistandakı vəziyyət arasında böyük fərq var. O deyib: “Mən Ermənistanda sovet dövründə də olmuşam. Ancaq budəfəki səfərim məni şok vəziyyətinə saldı. Hətta Amerikada belə mənə yolu göstərə biləcək rusdilli yerli sakin tapmaq çətin deyildi. Ermənistanda bununla bağlı çox böyük problemlərim oldu. Bu ölkədə rus dilində danışan qonağa olduqca pis münasibətlə rastlaşdım”.
Mətbuat konfransının digər iştirakçısı, “NGO Acceptare” qeyri-hökumət təşkilatının prezidenti Viktoriya Pavlenko deyib ki, Azərbaycanda qanunvericiliyə görə, rusdilli əhalinin rus dilində informasiya almaq, təhsil almaq hüququ var. Azərbaycanda qanunvericiliklə faktiki vəziyyət arasında tam uyğunluq müşahidə olunur.
Tədqiqatın nəticələrindən məlum olur ki, Ermənistan təhsil müəssisələrində rus dili hətta fakültativ səviyyədə belə öyrənilmir. V.Pavlenko deyib: “Ermənistanda rus dilində təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi həm də onunla əlaqədardır ki, bu ölkədə rus dilində təhsil alan əhali, demək olar qalmayıb. Bütün bunlar Ermənistanın tamamilə monomilli dövlətə çevrilməsi istiqamətində atılan addımlardır. Rusdilli əhalinin ölkədən köçməsi baxımından Ermənistan MDB respublikaları arasında birinci yeri tutur”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

