Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Hürriyət" qəzeti sərhədlərin açılmasının tarixini göstərir

"Hürriyət" qəzeti sərhədlərin açılmasının tarixini göstərir

10.04.2009 [16:26]

Türkiyənin “Hürriyət” qəzeti 9 aprel tarixli sayında Ermənistanla sərhədlərin açılması istiqamətində ötən ilin 6 sentyabrından (Prezident A.Gülün Yerevana iki ölkənin futbol üzrə yığma komandaları arasında keçirilən oyunu izləmək üçün edilən səfəri nəzərdə tutulur) başlayan fəal yaxınlaşma prosesinə aydınlıq gətirir. www.yap.org.az saytının məlumatına görə, Türkiyə-Ermənistan gizli danışıqları İsveçrədə davam etdirilib, 24 noyabrda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) sədri kimi İstanbula gələn Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanın səfəri ilə daha intensiv xarakter alıb. Belə ki, həmin səfər zamanı E.Nalbəndyan prezident Abdullah Gülün Ermənistanın dövlət başçısı Serj Sərkisyanı 2009-cu ilin oktyabrında öz ölkəsinə dəvət etdiyini bəyan etmişdi. Qəzetin məlumatına görə, Türkiyə-Ermənistan danışıqlarında növbəti mühüm mərhələ 15-24 aprel tarixləri arasında olacaq. Belə ki, aprelin 15-də Yerevanda keçiriləcək QİƏT-in Nazirlər Şurasının toplantısında Türkiyənin xarici işlər naziri Əli Babacan, daha sonra energetika üzrə nazirlərini toplantısında Türkiyənin energetika naziri Hilmi Gülər iştirak edəcəklər. Danışıqlar QİƏT sədrliyi mayın 1-də Azərbaycana keçənə qədər olduqca sıx və intensiv olacaq. İlk addım kimi diplomatik münasibətlər qurulacaq, daha sonra isə iki ölkə arasında Əlican avtomobil yolu və Akyaka dəmiryol xətləri açılacaq. Qəzet bu addımların Rusiya tərəfindən də dəstəkləndiyini qeyd etməklə yanaşı, “Azərbaycanın, Türkiyənin Ermənistan siyasətinə təsir göstərdiyi vaxtların artıq keçmişdə qaldığını” vurğulayır.
“Hürriyət” qəzetinin həmin sayındakı digər məqalədə Avropa Komissiyasındakı mötəbər mənbəyə istinadən verilən xəbərə görə, Türkiyə-Ermənistan sərhədləri 24 apreldən qısa müddət əvvəl açılacaq. Qəzetdə, həmçinin, Türkiyə tərəfinin bu addımının ABŞ və Avropa dövlətləri tərəfindən alqışlandığı, Avropa Birliyinə daxil olmaq istiqamətində prosesə dinamizm qazandıracağı bildirilir.

Paylaş:
Baxılıb: 1246 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30