Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir
04.12.2015 [10:11]
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü və qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurasının baş məruzəçisi Sahibə Qafarova dekabrın 2-də Parisdə təşkilatın bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak edib.
Komitə iclasının gündəliyinə Avropada antisemitizmə qarşı mübarizə, qadınlara qarşı zorakılığın qarşısının alınması və dini azlıqlara məxsus uşaqların və valideynlərin hüquqlarının müdafiəsi məsələləri daxil edilmişdi.
İclasda dini dözümlülüyün və tolerantlığın Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi olduğunu vurğulayan Sahibə Qafarova ölkəmizdə yaşayan yəhudi icması haqqında məlumat verərək onlar üçün yaradılmış bərabər hüquqlardan danışıb. O, Azərbaycanda heç vaxt antisemitizm meyillərinin olmadığını diqqətə çatdırıb.
Azərbaycanın müxtəlif etnosların və millətlərin, fərqli dinlərə mənsub insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olduğu bildirilib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik, mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin mühüm rolu vurğulanıb.
İclasın sədri Gülsün Bilgehan komitənin fəaliyyətinin işıqlandırılmasında və ictimaiyyətə çatdırılmasında medianın rolunun vacibliyinə toxunub, S.Qafarovanın Sofiyada AŞPA-nın daimi komitəsinin iclasında qəbul olunan “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün ən yaxşı təcrübələrin yayılması” adlı məruzəsinin türk qəzetlərində dərc olunmasından danışıb və azərbaycanlı deputatı uğurlarına görə təbrik edib.
Sahibə Qafarova Avropa Şurasının qadınlara qarşı zorakılığın və ailədaxili şiddətin önlənməsi və ona qarşı mübarizə üzrə Konvensiyanın (İstanbul Konvensiyası) qüvvəyə minməsindən sonra bu sahədə ciddi uğurların əldə olunmasına baxmayaraq, hələ də narahatlıqların mövcudluğunu diqqətə çatdırıb. Deputat Milli Məclisdə yeni komitələrin sırasında ailə, qadın və uşaq məsələləri komitəsinin yaradıldığını qeyd edərək onun gender məsələlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. O, Milli Məclisdə qadın deputatların sayının artaraq 21-ə çatdığını da bildirib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

