Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti müzakirə olunub
28.11.2015 [11:29]
Azərbaycanda səfərdə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev arasında görüş keçirilib.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti və onun inkişaf meyilləri müzakirə olunub. Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirildiyini vurğulayıb, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.
Bununla yanaşı, görüşdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20 faiz işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərdən transsərhəd cinayətkarlıqda istifadə olunduğu xüsusi vurğulanıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

