Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanlıların soyqırımı ilə əlaqədar ottavada mitinq keçirilib

Azərbaycanlıların soyqırımı ilə əlaqədar ottavada mitinq keçirilib

31.03.2009 [16:15]

Martın 29-da Kanadanın paytaxtı Ottavada Azərbaycan Kanada Təskilatları Assambleyasının təşəbbüsü və təskilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mitinq və yürüş keçirilib. Kanada Parlamenti binası önündə başlanan mitinqə Toronto, Monreal, Hamilton, Mississauga, Vaterloo və Ottava şəhərlərində fəaliyyət göstərən Azərbaycan və türk icmalarının nümayəndələri qoşulublar. Aksiya iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. çıxış edən soydaşlarımız azərbaycanlıların zaman-zaman ermənilər tərəfindən terror və soyqırımlara məruz qaldığını tarixi faktlarla qeyd ediblər. Daha sonra mitinq Ottavanın hərəkətin ən gur olduğu küçələrindən birində soyqırımı lənətləyən, erməni terrorunu pisləyən, Dağlıq Qarabağa azadlıq tələb edən şüarlarla davam etdirilib. Mitinqin sonunda Ottavanın mərkəzi küçələrində yürüş keçirilib.

Paylaş:
Baxılıb: 1154 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30