Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
21.10.2015 [09:57]
Prezident İlham Əliyev: Sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır
Azərbaycanda son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Ölkənin dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır. Bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə sosial sferanın, insanların mənafeyinin prioritet olduğunu, uğurla həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bu siyasət növbəti ildə də davam etdiriləcək: “... Dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır”.
Güclü sosial infrastrukturun yaradılması prosesi Azərbaycanın siyasətinin göstəricisidir
Son illərdə qlobal miqyasda bir sıra arzuolunmaz tendensiyalar müşahidə edilməkdədir. Dünyanı bürüyən iqtisadi-maliyyə böhranı, siyasi kataklizmlər, müharibələr ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla sonuclanıb. Dünyadakı belə neqativ mənzərə fonunda diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, gəlirlərinin azalması müqabilində xərclərini qarşılaya bilməyən bəzi dövlətlər nəzərdə tutulan sosial proqramları ixtisara salır, öz büdcələrində əməkhaqlarına, pensiyalara, müavinətlərə və əhalinin sosial müdafiəsi ilə bağlı digər istiqamətlərə ayrılan xərcləri azaldırlar.
Azərbaycandakı mənzərə isə tamam fərqlidir. Ölkəmiz dünya üçün çətin keçən illərdə də dövlət başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün sosial məzmunlu siyasətinə sadiqlik nümayiş etdirir və güclü iqtisadi imkanlarına əsaslanaraq bütün sosial proqramları uğurla icra edir.
Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət, həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır. Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyük həcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində ölkəmizdə təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 12 ildə respublikanın regionlarında çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib.
Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 12 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Təkcə cari ilin 9 ayı ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən Mingəçevir, Göyçay və Ucar mərkəzi xəstəxanalarının açılışında dövlət başçısı şəxsən iştirak edib və öz xeyir-duasını verib. Hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrinin tikintisi davam etdirilir. Ümumiyyətlə, artıq əminliklə demək mümkündür ki, ölkəmizin bütün regionlarındakı səhiyyə ocaqlarında əhaliyə yüksək səviyyəli tibbi xidmət üçün hər bir şərait yaradılıb, daha insanların hansısa bir müayinə və yaxud müalicə almaq üçün Bakıya gəlmələrinə heç bir ehtiyac qalmayıb.
Ölkədə sosial məzmunlu tədbirlərin reallaşdırılması 2015-ci ildə intensiv şəkildə davam etdirilir. Belə ki, ilin əvvəlindən bəri respublikada sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlət siyasətinin prioritetliyi təmin edilib. Təkcə cari ilin birinci yarısında dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı bu məqsədə yönəldilib. Dövlət başçısı isə hədəfi belə müəyyənləşdirib: Ölkə miqyasında bir dənə də təmirsiz məktəb qalmamalı, hər bir kənddə insanlar tibbi xidmətlə təmin olunmalıdırlar. Prezident İlham Əliyev qlobal çətinliklərin yaşandığı və respublikamızın neft gəlirlərinin azaldığı indiki dövrdə Azərbaycanda sosial infrastruktur yaradılması prosesinin davam etdirilməsini ölkəmizdə həyata keçirilən siyasətin əlaməti kimi səciyyələndirərək deyib: “Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz, təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir”.
Ölkədə əhalinin gəlirləri davamlı olaraq inflyasiyanı üstələyir
Son illərdə Azərbaycan dövləti bir tərəfdən müvafiq infrastruktur təminatının gücləndirilməsi, digər tərəfdən də ölkədə makroiqtisadi sabitliyin, əhalinin gəlirlərinin inflyasiyanı üstələməsinin təmin olunması yolu ilə əhalinin sosial müdafiəsinin rasional şəkildə təmin edilməsinə nail olur. Ölkədə məqsədyönlü siyasət sayəsində qısa müddətdə işsizlik və yoxsulluq əhəmiyyətli dərəcədə azalaraq cəmi 5 faiz həddinə düşüb. Ötən il ölkəmizdə çox aşağı - cəmi 1,4 faiz səviyyəsində inflyasiya qeydə alınıb. Bunun müqabilində əhalinin gəlirləri 4,8 faiz olmaqla inflyasiyanı 3 faiz üstələyib. Əhalinin pul gəlirlərinin inflyasiyanı üstələməsi tendensiyası cari ildə də davam edir. Prezident İlham Əliyev ötən 9 ayda ölkədə əhalinin gəlirlərinin inflyasiyanı üstələməsindən məmnunluğunu ifadə edərək deyib: “Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir - 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu da o deməkdir ki, əhalinin real gəlirləri ildən-ilə artır. Baxmayaraq ki, yenə də demək istəyirəm, bu il həm ölkə, həm bölgə üçün ağır il olaraq qalır”.
Yeri gəlmişkən, qlobal miqyasda müşahidə edilən məlum çətinliklər müqabilində Azərbaycanın sosial siyasətini davam etdirməsi və məqsədyönlü tədbirlər sayəsində ölkədə əhalinin gəlirlərinin davamlı olaraq inflyasiyanı üstələməsinin təmin olunması dünyada nümunəvi model kimi göstərilir. Beynəlxalq səviyyəli qurumlar ölkəmizin sosial siyasətlə bağlı uğurlarını etiraf edirlər. Bu baxımdan, MDB Dövlətlərarası Statistika Komitəsinin yaydığı məlumat da xarakterikdir. Qurumun məlumatında vurğulanır ki, Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə MDB məkanında lider mövqeyi bölüşür. Ölkədə orta aylıq əməkhaqqı 436 dollar təşkil edir. Yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artıb. Əhalinin gəlirləri 5,9 faiz çoxalaraq 26,7 milyard manata çatıb.
Vəzifə - ölkədə yoxsulluğu bir fenomen kimi tamam aradan qaldırmaqdan ibarətdir
Ümumilikdə götürdükdə isə Azərbaycanın sosial siyasəti çoxşaxəlidir. Ölkəmizdə dövlət tərəfindən sosial təyinatlı yeni obyektlərin inşası, əhalinin gəlirlərinin inflyasiyanı üstələməsinin təmin edilməsi ilə paralel surətdə digər tədbirlər də həyata keçirilir ki, Azərbaycan vətəndaşının rifah halı daha da yaxşılaşsın, maddi təminatı daha yüksək səviyyədə olsun. Son illərdə respublikamızda işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, sosial ödənişlərin artırılması üçün davamlı olaraq həyata keçirilən tədbirləri buna misal göstərmək mümkündür. Qısa müddətdə Azərbaycanda əhalinin sosial müdafiəsi ilə sıx bağlı olan məşğulluq probleminin həlli istiqamətində böyük uğur qazanılıb. Belə ki, son 12 ildə bütün ölkə üzrə 1 milyon 400 mindən artıq yeni iş yerinin yaradılmasına nail olunub ki, onların da böyük əksəriyyəti respublikanın regionlarında olmaqla daimidir. Hazırda dinamik sosial-iqtisadi inkişaf fonunda ölkədə müsbət demoqrafik vəziyyətin yaranmasına-əhalinin sayının artmasına uyğun olaraq yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilib. Prezident İlham Əliyev qarşıya belə bir tələb qoyub ki, yeni iş yerlərinin yaradılması ölkədə əhalinin say tərkibinin artmasına uyğun şəkildə tənzimlənməlidir.
Həyata keçirilən bu və digər tədbirlər ölkədə yoxsulluğun 5 faizədək azalması ilə nəticələnib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sahədə vəzifə isə yoxsulluğu bir fenomen kimi tamamilə aradan qaldırmaqdan ibarətdir: “Bizim vəzifəmiz, - bunu biz artıq neçə ildir ki, bəyan etmişik, - ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın. Biz bu sosial bəlanı aradan götürməliyik. Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir. Ümumiyyətlə, olmamalıdır və əminəm ki, biz gələcək illərdə buna daha da yaxınlaşacağıq”.
Ölkədə yoxsulluğun azaldılmasında və əhalinin sosial müdafiəsinin gücləndirilməsində müəyyən qrup təbəqəyə verilən ünvanlı sosial yardımların da rolunu xüsusi qeyd etmək yerinə düşər. 2015-ci ilin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib. Hazırda respublikamızda 500 minə yaxın insan, başqa sözlə desək, 114 min ailə ayda 153 manat məbləğində ünvanlı sosial yardım alır.
Əlamətdar haldır ki, əhaliyə ünvanlı sosial yardımların verilməsi mexanizmi getdikcə təkmilləşdirilir və bu sahədə şəffaflıq daha artıq dərəcədə təmin olunur. Bunun da nəticəsində ünvanlı sosial yardımların verilməsi ilə bağlı narazılıqlar əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, şəffaflığın təmin edilməsi və sui-istifadə hallarının qarşısına sədd çəkilməsi sayəsində ünvanlı sosial yardım alanların sayının 16 faizədək aşağı düşməsi də diqqətəlayiq haldır. Bu sahədə qarşıya belə bir vəzifə qoyulub ki, yalnız haqqı çatan insanlara sosial yardımların verilməsi təmin olunsun. Prezident İlham Əliyev ünvanlı sosial yardımların verilməsində ədalət və şəffaflıq prinsipinin təmin olunmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Hesab edirəm ki, ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem - şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb”.
Sosial proqramların icrası bundan sonra da davam etdirilməlidir
Azərbaycan bundan sonra da özünün sosial siyasətinin ardıcıllığını təmin etmək əzmindədir. Yaxın vaxtlarda ölkəmizdə daha bir neçə sosial təyinatlı infrastruktur obyektinin istifadəyə verilməsi gözlənilir. Eyni zamanda, gələn il üçün dövlət investisiya proqramında sosial layihələrə lazımi qədər vəsait ayrılması nəzərdə tutulub. Prezident İlham Əliyev vurğulayıb ki, respublikamızda sosial infrastrukturun yaradılması davam etdirilməlidir: “İnfrastruktur layihələrinin davam etdirilməsi nəzərdə tutulur. Kənd yolları, qazlaşdırma, içməli su layihələri - bütün rayonlarda bu proseslər geniş vüsət almışdır. Ceyranbatan su anbarında yeni təmizləyici qurğunun artıq istismarı gözlənilir. Bu da çox böyük layihədir. Bir neçə il bundan əvvəl mənim iştirakımla o layihənin təməl daşı qoyulmuşdur. Bu gün artıq demək olar ki, bu layihə hazırdır. Bakını təmiz, içməli su ilə təmin etmək üçün bu layihənin əvəzsiz rolu olacaqdır. Eyni zamanda, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası - bu, daim diqqət mərkəzindədir. Gələn ilin dövlət investisiya proqramında bu layihələr nəzərdə tutulmalıdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

