Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sankt-Peterburqun qubernatoru Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidəni ziyarət edib

Sankt-Peterburqun qubernatoru Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidəni ziyarət edib

02.10.2015 [10:23]

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidəni ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri abidənin önünə əklil və gül dəstələri qoyublar.
Georgi Poltavçenko jurnalistlərə müsahibəsində səfərin məqsədinin Azərbaycan ilə Sankt-Peterburq arasında ticari, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi olduğunu deyib. O, nümayəndə heyətinin tərkibində Sankt-Peterburqun dövlət orqanlarını, həmçinin şəhərin biznes, səhiyyə və təhsil sahələrini təmsil edən 50-yə yaxın şəxsin olduğunu qeyd edib.
Bu səfərə böyük əhəmiyyət verdiklərini vurğulayan qubernator deyib: “Hesab edirəm ki, iki gün ərzində yaxşı nəticələr əldə edəcəyik. Mədəniyyət və idman sahələrində əlaqələr də bizim üçün olduqca önəmlidir”.
Qubernator səfərin münasibətlərimizi daha keyfiyyətli və səmərəli səviyyəyə qaldırmağa imkan yaradacağını qeyd edib.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31