Milli Məclisin payız sessiyası öz işinə başlayıb
01.10.2015 [10:43]
Sessiyanın ilk iclasında iş planı təsdiq olunub, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib
Dünən Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
İclasda ilk olaraq Milli Məclisin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsi və səhiyyənin inkişafı daim diqqət mərkəzindədir. O, uşaqların sağlamlığı ilə bağlı Milli Məclisin önəmli qanunlar qəbul etdiyini, ancaq yeni təklifinin olduğunu da bildirib: “Təklifim anadangəlmə lal-karlığı olan uşaqlar barədədir. Hər iki qulağı eşitməyən uşaqlara 3 yaşınadək tibbi müdaxilə edilməsə, onlar ömürlük belə qalırlar. Azərbaycanda təxminən 130-150 hər iki qulağı eşitməyən uşaqlar doğulur. İndi əməliyyat vasitəsilə bunlar aradan qaldırıla bilər. Əməliyyat 15-20 min manata başa gəlir. Dövlət müəssisələrində isə daha ucuz ola bilər. Bu məsələnin həlli üçün dövlət büdcəsindən təxminən ümumilikdə 2-2,5 milyon manat vəsait bəs edə bilər. Bunları həll etməyə dövlətin də imkanı çatar. Buna görə təklif edirəm ki, məsələ ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklər edilsin”.
Millət vəkilinin növbəti təklifi müəllim və həkimlərin sosial ipoteka almaq məsələsi ilə bağlı olub: “Müəllimlər və həkimlərin maaşı çatmadığına görə onların bir çoxu sosial ipoteka ala bilmirlər. Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik edilsin və müəllim və həkimlər xüsusi kateqoriyalı şəxslər hesab edilsinlər ki, onlar da sosial ipotekadan istifadə edə bilsinlər”.
“Hərbi vəziyyət elan olunmayıbsa, o demək deyil ki, bütün KİV-lərin qeyri-məhdud dərəcədə hərbi məsələlərə çıxışı olmalıdır”. Bu sözləri isə millət vəkili Zahid Oruc çıxışında deyib. Millət vəkili, bu istiqamətdə yayılan xəbərlərə xüsusi diqqət yetirilməli olduğunu bildirib. Z.Orucun fikrincə, Müdafiə Nazirliyinin məlumatları medianın əsas xəbəri olmalıdır: “Cəbhə xəttində son zamanlar vəziyyətin gərginləşdiyini hamı bilir. Toqquşmaların olduğu, artilleriya qurğularından istifadə edilməsi barədə KİV-də xəbərlər yayılır. Bir neçə gün öncə Azərbaycan Ordusu düşmənə çox ciddi zərbələr vurdu. Müdafiə Nazirliyinin xəbərləri birinci yerdə olmalıdır. Bunun 3-5-7-ci xəbər yerlərində verilməsi cəmiyyətdə də 7-ci dərəcəli məsələ olduğu təəssüratı doğurur. Nə qədər ki, müharibə qurtarmayıb, bütün media qurumları üçün Müdafiə Nazirliyinin xəbərləri ilk yerdə olmalıdır”.
Millət vəkili daha bir məsələyə toxunub. O qeyd edib ki, hər iki valideynini itirmiş şəxlərin təhsil haqqını dövlət öz üzərinə götürür. Ancaq 23 yaşadək şəxs bakalavr pilləsini bitirib magistraturaya daxil olur və yenə ödəniş edə bilmir. Z.Oruc təklif edib ki, qanuna belə şərt artırılsın ki, bu şəxslərin növbəti pillədə də təhsil ödənişinin həyata keçirilməsinə dövlət kömək etsin.
Müzakirələrdən sonra Milli Məclisin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub. Qeyd edək ki, qanunvericilik işləri planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, “Vətəndaşların müraciətləri haqqında”, “Elm haqqında”, “Publik hüquqi şəxslər haqqında” və Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri daxildir.
İclasda Səriyyə Seyidovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar qəbul olunub.
Daha sonra 2015-ci il aprelin 28-də Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Qanuna Azərbaycan Respublikası Prezidentinin etirazları barədə Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb. Qərara əsasən adıçəkilən qanun ləğv olunub.
İclasda, həmçinin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bu haqda məlumat verən Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan-NATO münasibətlərini yüksək qiymətləndirib. O, deyib ki, saziş milli maraqlarımıza uyğundur.
Milli Məclis “Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qanun layihəsini də təsdiqləyib. Bu barədə parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsinə iki dəyişiklik edilib. Onun sözlərinə görə, bunlardan biri texniki məsələdir. “İkinci məsələ isə Azərbaycan vətəndaşlarının məzuniyyəti üçün önəmlidir. Belə ki, bu qanuna uyğun olaraq Azərbaycan vətəndaşları üçün ən aşağı məzuniyyət 21 gün təyin ediləcək. Bu da Azərbaycan vətəndaşlarına xidmət edən layihədir”, - deyə komitə sədri vurğulayıb.
Milli Məclisin iclasında “Diplomatik xidmət haqqında” qanunda dəyişikliklər edilməsi məsələsinə baxılıb. Dəyişikliklər layihəsində qeyd olunub ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər.
İclasda, həmçinin Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunub. Dəyişikliklərə əsasən, konsula Azərbaycan vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququnun verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, mövcud variantda konsulun səlahiyyəti yalnız Azərbaycan vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır.
Dəyişikliklər “15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunla nəzərdə tutulmuş fərdi identifikasiya kartının xaricdə yaşayan vətəndaşların əldə edə bilməsi məqsədilə təklif edilir.
İclasda, millət vəkilləri, həmçinin bir sıra qanunlara əlavə və dəyişikliklər ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

