/ / Bakıda polis əməkdaşları və dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib
Bakıda polis əməkdaşları və dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib
01.10.2015 [10:40]
Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə növbəti seminar-müşavirə sentyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə bu qurumların məsul nümayəndələri, həm BŞBPİ-nin, həm də paytaxtın polis idarələri, habelə ətraf rayon polis orqanlarının, ümumilikdə 23 şəhər və rayon polis şöbələrinin əməkdaşları, bu rayonlarda fəaliyyət göstərən 43 seçki dairəsi dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Seminar-müşavirədə çıxış edən DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov seçki kampaniyası dövründə və seçkinin keçirildiyi gün ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrinə dair məruzə ilə çıxış edib. O bildirib ki, seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində mühüm amillərdən biri də ictimai asayişin etibarlı qorunmasıdır. Seçki kampaniyası dövründə və seçki günü vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının pozulması, seçki komissiyalarına və onların üzvlərinə təzyiq və təsir göstərilməsi, habelə digər hüquqazidd hərəkətlərin aradan qaldırılması ilə bağlı aidiyyətı dövlət qurumları ilə yanaşı, daxili işlər orqanları qarşısında da mühüm vəzifələr durur. Bu məqsədlə seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib və icrası nəzarətə götürülüb. Tədbirlər planına əsasən artıq respublikamızın bir neçə regionunda, o cümlədən Gəncə Şəhər Baş Polis İdarəsində, Şirvan və Şəki şəhər-rayon polis şöbələrində Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi ilə birgə zona seminar-müşavirələr təşkil olunub. Belə müşavirələrin keçirilməsinin əsas məqsədi daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin bütün orqan və nizami polis hissələri oktyabrın 27-dən noyabrın 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bundan başqa, ictimai yerlərdə, küçələrdə hüquq qaydasının nümunəvi təmin edilməsi məqsədilə şəxsi heyətin hesabına post-patrul naryadlarının sayı artırılacaq. Səsvermə hüququna malik vətəndaşların siyahısının dəqiqləşdirilməsi, onların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunması, habelə ölkədə qeydiyyatda olan, lakin respublikadan kənarda yaşayan şəxslərin, eləcə də son vaxtlar qeydiyyatdan çıxaraq yaşamaq və işləmək üçün digər ölkələrə gedən şəxslərin siyahılarının hazırlanması işi artıq tamamlanmaq üzrədir.
Vurğulanıb ki, seçki kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq, zərurət olduqda səhhətinə görə seçki məntəqəsinə gedə bilməyən seçicilərin yaşadıqları və digər yerlərə seçki qutusu aparan komissiya üzvlərinin müşayiəti və mühafizəsi təmin ediləcək. Seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək, ictimai qayda bərpa olunduqdan sonra onlar dərhal məntəqədən çıxarılacaq.
Diqqətə çatdırılıb ki, seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək. MSK tərəfindən müraciət olunduqda seçkiləri müşahidə üçün Azərbaycana gələcək xarici ölkələrin nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görüləcək. Seçki kampaniyası zamanı və onun normal keçirilməsinə maneçilik törətmək istəyən pozucu qüvvələrin niyyətlərinin vaxtında müəyyənləşdirilib qarşısının alınması üçün əməliyyat-profilaktik tədbirlər həyata keçiriləcək.
Müşavirədə MSK-nın üzvü Bəxşeyiş Əsgərov və Katibliyin hüquq şöbəsinin əməkdaşı Rafiq Abbasov “Seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları” və “Seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilələrin yolverilməzliyi. Seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tədbirlər” mövzularında çıxış ediblər.
Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” paylanılıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

