Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

30.09.2015 [09:53]

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri onun Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı xidmətlərini qeyd edib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa arasında bir çox istiqamətlərdə, xüsusilə elm, təhsil və incəsənət sahələrində əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib.
Muxtar respublikaya səfərindən məmnunluğunu bildirən Paskal Mönye ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışıb, Naxçıvan Muxtar Respublikasının inkişafının əlaqələrin genişləndirilməsi üçün geniş perspektivlər açdığını bildirib və Naxçıvan Dövlət Universitetində fransız dilinin tədrisi üçün yaradılan şəraitə görə minnətdarlıq edib.
Söhbət zamanı mövcud əməkdaşlıq imkanları müzakirə olunub.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31