/ / Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin icraçı direktoru ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin icraçı direktoru ilə görüşüb
29.09.2015 [10:17]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində sentyabrın 24-də BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru Jan-Pol Laborde ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Jan-Pol Laborde Suriya və İraqa vuruşmaq üçün gedən çoxlu sayda xarici döyüşçülərin təhlükəsizlik üçün təhdid olduğunu qeyd edib. Azərbaycan Respublikasının terrorçuluqdan əziyyət çəkən bir ölkə olduğunu vurğulayan icraçı direktor terrorçuluqla mübarizə sahəsində ölkəmizin gördüyü işləri yüksək qiymətləndirib. Bu sahədə ölkəmizlə yaxın əməkdaşlığın vacibliyini bildirib və bu məqsədlə Azərbaycana səfər etmək niyyətini diqqətə çatdırıb.
Elmar Məmmədyarov Azərbaycanın bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu və icraedici direktorun Azərbaycana səfər etmək niyyətinin alqışlandığını bildirib. Avropa ölkələri ilə müqayisədə Azərbaycandan İraq və Suriya kimi ölkələrə döyüşməyə gedənlərin az sayda olduğunu qeyd edən nazir bu təhdidin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. O, məsələnin həlli üçün dövlətlər arasında məlumat mübadiləsinin vacib olduğunu xatırladıb. Nazir İraq və Suriya kimi ölkələrdə siyasi vəziyyətin həllinə nail olmadan xarici döyüşçülərlə bağlı problemin aradan qaldırılmasının qeyri-mümkün olduğunu vurğulayıb.
Jan-Pol Laborde BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2170, 2178 və 2199 saylı qətnamələrin problemin həllinə vacib əsas olduğunu və onların həyata keçirilməsi üçün vasitələrin tapılmasının atılacaq addımlar sırasında durduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 21:50
Dünya
11 Avqust 21:30
Dünya
11 Avqust 20:57
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52

